Avstraliya: Townsville şəhərinə 1 metr qalınlığında yağış yağıb

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Meteoroloqlar vəziyyətin "həyat və əmlak üçün" təhlükəli olduğunu bildiriblər.

Avstraliyanın Townsville şəhərində və onun ətrafında yaşayan minlərlə sakinə "görünməmiş daşqınla" bağlı xəbərdarlıq edilib.

Avstraliyada davam edən musson yağışlar Ross çayını daşdırdığına görə Townsville şəhərinin yerləşdiyi Queensland ştatında çay bəndinin şlüzları bazar günü açdırılıb.

Bundan əvvəl rəsmilər xəbərdarlıq ediblər ki, 20 minədək evi su basa bilər.

Daşqın nəticəsində artıq ərazidəki avtomobillərə və mal-qaraya ziyan dəyib.

Fotonun müəllifi EPA
Image caption Townsville şəhərinə bir həftə ərzində qalınlığı bir metr həcmində leysan yağışlar yağıb.

Avstraliyanın Meteorologiya Bürosu xəbərdarlıq edib ki, şlüzların tam açılması nəticəsində su bəndindən "böyük təhlükə kəsb edən miqdarda" - saniyədə 1900 kub metr həcmində - su çıxır.

Townsville şəhərinə cəmi bir həftə ərzində suyun qalınlığı bir metr həcmində leysan yağışlar yağıb.

Bu isə ilin bu vaxtı üçün nəzərdə tutulan orta yağıntı normasından 20 dəfə çoxdur.

Daşqının təsirinə minlərlə sakin məruz qalıb, bəzi ərazilərdə elektrik enerjisi kəsilib, digər ərazilər yolların su altında qaldığından təcrid olunmuş vəziyyətə düşüblər.

İnsanları xilas etmək üçün ordu səfərbər olunub.

Şimali Queensland bölgəsinin tropik iqlimi olduğundan musson yağışlar burada dekabr ayından aprelədək davam edir, lakin Townsville şəhərindəki kimi vəziyyət olduqca nadir hallarda müşahidə edilir.

Bu arada isə, Avstraliyanın bəzi cənub hissələri güclü quraqlığa məruz qalıb.

Yanvar ayı Avstraliyada oluqca isti keçib, cənubda yerləşən Adelaide şəhərində isə yanvarda iki dəfə rekord dərəcədə istilik qeydə alınıb: əvvəlcə 47,7C, sonra isə 49,5C.

Qızmar istilər meşə yanğınlarına və xəstəxanalarda xəstələrin sayının artmasına səbəb olub.

Bu barədə daha geniş