İlin əsas "Super Ay" hadisəsi - böyük qarlı Ay

Super Ay

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı,

ABŞ, Kaliforniyada qarlı super Ay hadisəsi

Fevralın 19-dan 20-nə keçən gecə "super Ay" astronomik hadisəsi müşahidə olunub, yəni Ay bu il Yerə ən minimal məsafəyə yaxınlaşıb.

Super Ay hadisəsi Ayın Yerə ən minimal məsafəyə yaxınlaşması zamanı müşahidə edilir və bu zaman Ay apogey nöqtəsində olduğu ana nisbətən təxminən 14 faiz daha iri və 30 faiz daha işıqlı görünür.

Yer ətrafında elliptik xətt boyu dövrə vurduğundan Ay ilə Yer arasında məsafə daim dəyişir.

Ay Yerin ətrafında bir dövrəni bir ay müddətinə tamamlayır və bu zaman Aydan Yerədək məsafə 356400-406700 kilometr civarında dəyişir.

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı,

Britaniyanın North Tyneside şəhəri üzərində super Ay hadisəsi ərəfəsi lentə alınan an.

Moskva planetariumunun verdiyi xəbərə görə, Ayın perigey nöqtəsindən keçməsilə Ayın bədirlənməsi anı arasında fərq təxminən 6 saat olub.

Ayın maksimal dərəcədə Yerə yaxınlaşması anı və Ayın bədirlənməsi anı heç də həmişə üst-üstə düşmür.

Bu iki an arasında vaxt fərqi üç sutkadan az olanda Yerdə "super Ay" hadisəsi müşahidə olunur.

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı,

Fevralın 19-da Ay yerə ən minimal məsafəyə yaxınlaşıb.

2019-cu ilə təsadüf edən üç super Ay hadisəsindən ilki yanvarın 21-də müşahidə olunub.

Daha bir super Ay hadisəsi martın 20-də olmalıdır.