Türkmənistan: Yol polisi qadın sürücülərin vəsiqəsini yoxlayır

Aşğabad, 2017 Fotonun müəllifi Valery Sharifulin\TASS via Getty Images
Image caption Türkmənistan höküməti, görünür, qadınlara maşı sürməyi qadağan etmək istəyir

Türkmənistanda avtomobil sürən qadınlar sürücülük vəsiqələrinin polis əməkdaşları tərəfindən götürüldüyündən şikayət edirlər.

Bu arada Türkmənistanda qadınlara avtomobil sürmək də qadağan olunduğu xəbəri yayılıb.

Deyilənə görə, son zamanlarda paytaxt Aşğabadda Türkmənistanm Yol Polisi əməkdaşları qadın sürücüləri saxlayaraq, onların avtomobillərində axtarış aparırlar, müxalifətin Turkmenistanyn Hronikasy nəşri bildirib.

"Polis əməkdaşları qadınlara maşın sürməyin qadağan olunduğunu dilə gətirmirlər, lakin müxtəlif səbəblərə görə maşını cərimə meydançasına aparmağa çalışırlar, - şahidlər Turkmenistanyn Hronikasy nəşrinə bildiriblər. - İlk tibbi yardım çantası, yanğınsöndürən, ehtiyat təkər, domkrat və ya xəbərdarlıq işarəsinin maşında olmaması onun cərimə meydanşçasına daşınmasına kifayət edir".

Nəşrin qeyd etdiyinə görə, şahidlər bir gündə 90-120 avtomobilin cərimə meydançasına aparıldığını deyirlər.

"Polis tərəfindən saxlanılan qadın sürücülər hesab edirlər ki, məqsəd onları avtomobil sürməkdən kənarlaşdırmaqdır", - nəşrin saytında yazılıb.

Azadlıq radiosunun Türkmən Xidməti isə bu xəbərə əlavə olaraq bildirib ki, qadın sürücülər saxlanılarkən onların şəkilləri də çəkilir.

Türkmənistan polisi qadınların avtomobil sürməsinə qadağa qoyulmasını dilə gətirməyib, lakin şahidlərdən biri Azadlıq radiousna deyib ki, polis əməkdaşlarının sözlərinə görə, "onlara tapşırılıb ki, şəhərin əsas küçələrində qadınların sükan arxasına oturmasınlar".

Nəşrin bildirdiyinə görə, bir ildən çoxdur ki, qadınlar sürücülük imtahanında diskriminasiya olunduqlarından şikayət edirlər.

Müxbirin bildirdiyinə görə, açıqlanmamış qadağa qadın polis əməkdaşlarına da şamil olunur.

Qadın polis əməkdaşlarından biri Azadlıq radiosuna deyib ki, "ötən həftə bütün hüquq-mühafizə orqanlarındakı bütün qadınlara avtomobil sürməmək barədə göstəriş verilib".

Qadağanın kimin təşəbbüsü ilə verildiyi məlum deyil, lakin prezident Berdıməhəmmədov avtomobil həvəskarı olaraq yol hərəkəti qaydalarına xüsusi diqqət yetirir.

Misal üçün, ötən ay ölkədə qara rəngdə oaln avtomobillərə dördillik fasilədən sonra yenidən qadağa qoyulub, Türkmənistandan Alternativ xəbərlər saytı (ANT) bildirib.

Daxili İşlər naziri Isgəndər Mülikov dekabr ayında prezident Berdıməhəmmədova məruzəsində qadınları yol nəqliyyat qəzalarının çoxunun səbəbkarı kimi qeyd edib, ANT yazıb.

ANT və Turkmenistanyn Hronikasy nəşrləri yazır ki, ki, qararəngli maşınlara qadağa prezidentin təşəbbüsü ilə qoyulub.

"Prezident uzun illəırdi ki, ağ rəngə üstünlük verir", ANT mənbəyi bildirib.

Turkmenistanyn Hronikasy isə qeyd edib ki, Berdməhəmmədov, iddia olunduğu kimi, "ağ rəngin uğur gətirdiyinə" inanır.

Fotonun müəllifi Turkmen Government
Image caption Prezident Berdıməhəmmədov avtorallidə iştirak edir

Bu barədə daha geniş