Dörd dəfə müvəqqəti sığınacağa qaytarılan "Britaniyanın ən gonbul pişiyinə" sahib tapılıb

Mitzi Fotonun müəllifi Woodside Sanctuary
Image caption Mitzi adında "Britaniyanın ən gonbul pişiyinin" doqquz yaşı var.

Dörd dəfə heyvan sığınacağına qaytarılan kök pişiyə nəhayət daimi sahib tapılıb.

Plymouth şəhərindəki Woodside sığınacağına ilk dəfə gətiriləndə Mitzi-nin çəkisi 7,7 kg olub.

Bu səbəbdən ona "Britaniyanın ən gonbul pişiyi" adı verilib, amma o vaxtdan bəri pişik xüsusi pəhriz hesabına arıqlayıb və çəkisi 5,3 kg olub.

Pişiyin köhnə sahiblərindən birinin ailəsi indi onu daimi olaraq götürmək istəyir.

"Elə şirin pişikdir ki, - sığınacağın meneceri Helen Lecointe deyib. - Biz ümid edirk ki, onun sərgüzəştləri sona çatıb."

Image caption Mitzi Plymouth şəhərində yerləşən pişik sığınacağına dörd dəfə qaytarılıb.

Mitzi adlı pişik Woodside sığınacağına ilk dəfə 2017-ci ildə gətirilib.

"Mitzi çətin anları yaşayıb, - Helen Lecointe deyib. - Onun bir sahibi vəfat edib, digər sahibinin şəraiti dəyişib, növbəti sahibi isə xəstələnib".

Mitzi-nin yeni sahibləri onu götürmək istəyiblər, lakin kirayədə qaldıqları evdə ona baxmaq imkanları olmayıb.

Woodside sığınacağının əməkdaşlarına görə, Mitzi burada onun sahibləri yeni evə köçənədək qalacaq.

Image caption Helen Lecointe deyib ki, dünyanın müxtəlif ölkələrindən Mitzi adlı pişiyi götürüb ona baxmaq istəyənlərdən təkliflər gəlib.

"Biz ABŞ, İsveç və Yaxın Şərqdən-dən təkliflər almışdıq, amma ona burada sahib çıxanı tapa bildiyimizə görə çox sevinirik, - Lecointe deyib. - Pişiyin bəxti gətirmirdi, təkrar-təkrar sığınacağa qaytarılırdı".

Doqquz yaşı olan pişiyin bu dərəcədə kökəlməsinin səbəbini heç kim bilmir, lakin, güman edildiyinə görə, Mitzi-ni kökəldən onun küçədə qaldığı dövrdə qonşular tərəfindən həddən artıq çox yedizdirilməsi olub.

Bu barədə daha geniş