Keniyanın "fillər kraliçasının" son fotoları

Superfil Fotonun müəllifi Will Burrard-Lucas

"Mən onu öz gözlərimlə görməsəydim belə filin mövcud olmasına çətin ki, inanardım".

Keniyanın F_MU1 adı ilə tanınan filinin 60-dan çox yaşı var idi. O, Afrikanın nəsli kəsilməkdə olan son "superfillərindən" biri idi.

Bu fillərin dişləri yerə dəydiyi üçün onlara "superfil" adı verilib.

Britaniyalı fotoqraf Will Burrard-Lucas bu şəkilləri filin təbii ölüm anından bir qədər əvvəl çəkib.

"Əgər fil kraliçası olsaydı, həmin fili əminliklə fillərin kraliçası saymaq olardı", - fotoqraf Newsbeat-ə bildirib.

Fotonun müəllifi Burrard-Lucas Photography

Afrikada hazırda belə fillərin sayı 30-dan çox deyil.

Will bu şəkilləri Tsavo Trust fondu və Keniya Təbiəti Mühafizə Xidmətilə birgə layihə çərçivəsində 18 ay müddətində çəkib.

Will deyir ki, "F_MU1 arıq və yaşlı olmasına baxmayaraq yerişində həmişə bir qürur hiss edilirdi".

"Onun dişləri elə uzun idi ki, yerə dəyirdi. O sanki qədim dövrlərdən qalmış fil idi", - fotoqraf bloqunda yazıb.

Fotonun müəllifi Burrard-Lucas Photography

"O, brakonyerliyin fəllaşdığı dövrdən sağ çıxa bildi. O, brakonyerin atdığı güllə, zəhərli oxdan və qurduğu tələ nəticəsində kəsilməkdən yan qaça bilib", - Will qeyd edib.

Fotonun müəllifi Will Burrard-Lucas

F_MU1 kimi heyvanlar gec-tez brakonyerlərin diqqətini özünə çəlb edir, çünki fil dişinin qırılmadan bu dərəcədə böyüməsi nadir hal sayılır.

İki il bundan əvvəl Satao II adlı 50 yaşlı super Tsavo Milli Parkının kənarında öldürülmüşdü.

Güman edildiyinə görə, hansısa brakonyer həmin fili zəhər çəkilmiş ox vasitəsilə öldürüb.

Fotonun müəllifi Burrard-Lucas Photography

"Superfillərə indi çox nadir hallarda rast gəlmək olur, çünki uzun dişlərinə görə onlar həmişə brakonyerlərin hədəfindədir, - təbiəti mühafizə xeyriyyə cəmiyyətindən doktor Mark Jones deyir. - Bu fillərin sayı azaldığından onların genləri də fil nəslində getdikcə azalır".

Fotonun müəllifi Will Burrard-Lucas

Will-in çəkdiyi çəkillər "Nəhənglər Yurdu" adlı kitaba daxil edilib.

F-MU1-in sonuncu fotosunu Will superfil gölməçə üzərində olanda çəkib.

"O zaman keçirdiyim hissləri ömrüm boyu unutmayacağam", - fotoqraf deyib.

Fotonun müəllifi Burrard-Lucas Photography

Bu barədə daha geniş