Dünyanın ən bahalı şəhərləri hansıdır?

Honkonq, Sinqapur və Paris dünyanın ən bahalı şəhərləri kimi qeydə alınıb. Fotonun müəllifi AFP/Getty Images
Image caption Paris

Honkonq, Sinqapur və Paris dünyanın ən bahalı şəhərləri kimi qeydə alınıb.

30 ildən bəri hər il aparılan və dünya üzrə 133 şəhərin qiymətlərini müqayisə edən Economist Intelligence Unit sorğusu tarixində ilk dəfədir ki, üç şəhər birinci olub.

Keçən il ən bahalı ikinci şəhər olan Fransanın paytaxtı bu il ilk onluğa düşən 10 Avropa şəhərindən biridir.

Sorğuda çörək kimi ən ümumi məhsulların qiyməti müqayisə olunur.

Sonra isə qiymətlərin, meyar kimi qəbul olunan New York-dakı qiymətlərə nisbətdə nə qədər artıb-azaldığı gözdən keçirilir.

Saç kəsimi müqayisəsi

Məruzənin müəllifi Roxana Slavcheva söyləib ki, dünyanın ən bahalı 10 şəhəri arasında Parisin adı 2003-cü ildən bəri çəkilir və burada yaşamaq "son dərəcə bahadır".

"Digər Avropa şəhərləri ilə müqayisədə, yalnız spirtli içkilər, nəqliyyat və tütün məmulatları daha ucuzdur," o deyib.

Məsələn, qadınlar üçün orta hesablı saç kəsimi Parisdə 202 manata (119.04 dollar) başa gəlir. Sürixdə bu qiymət 125 manat (73.97 dollar) və Yaponiyanın Osaka şəhərində 90 manatdır. (53.46 dollar)

"Ev xərcləri, şəxsi qulluq, istirahət və əyləncə kateqoriyaları üzrə Avropa şəhərlərində qiymətlər daha yüksəkdir. Paris də bu kateqoriyaların uğurlu təmsilçisidir," xanım Slavcheva söyləyib.


Dünyanın ən bahalı şəhərləri

1.Sinqapur (Sinqapur)

1.Paris (Fransa)

1.Honkonq (Çin)

4.Sürix (İsveçrə)

5.Cenevrə (İsveçrə)

5.Osaka (Yaponiya)

7.Seul (Cənubi Koreya)

7.Kopenhagen (Danimarka)

7.New York (ABŞ)

10.Tel Əviv (İsrail)

10.Los Angeles (ABŞ)


Fotonun müəllifi Getty Images
Image caption Karakas dünyanın ən ucuz şəhəridir

İnflyasiya və dəyişkən valyuta nəticəsində bu ilki sıralamada cüzi fərqlilik yaşansa da, Argentina, Braziliya, Türkiyə və Venesuelada qiymətlər kəskin şəkildə aşağı düşüb.

Venesuelanın paytaxtı Karakas şəhəri dünyanın ən ucuz şəhəri olub. İnflyasiyanın 1000000% olduğu ölkədə hökumət keçən il yeni valyuta çıxarmaq məcburiyyətində qalıb.

Bloomberg-ə əsasən, Karakasda ötən dekabrda cəmi bir həftə ərzində bir fincan qəhvənin qiyməti ikiqat artaraq 400 bolivara qalxıb (1 manat).

Suriyanın Dəməşq şəhəri dünyanın ikinci ən ucuz şəhəridir.

Economist Intelligence Unit deyib ki, siyasi və ya iqtisadi problemlər nəticəsində qiymətlərin ucuzlaşdığı şəhərlərin sayı artır.


Dünyanın ən ucuz 10 şəhəri

1.Karakas (Venesuela)

2.Dəməşq (Suriya)

3.Daşkənd (Özbəkistan)

4.Almatı (Qazaxıstan)

5.Banqalor (Hindistan)

6.Karaçi (Pakistan)

6.Laqos (Nigeriya)

7.Buenos-Ayres (Argentina)

7.Çennai (Hindistan)

8.Yeni Delhi (Hindistan)


Bu barədə daha geniş