Yaşıl çay piylənmə riskini azaldır, aktyorun rol üçün dəyişməsi isə onun beynini dəyişir. Elmdə son yeniliklər

зеленый чай Fotonun müəllifi Getty Images

Yaşıl çay sizin düşündüyünüzdən daha faydalı ola bilər.

Yeni elmi araşdırmaların nəticələrinə görə, yaşıl çay piylənmənin və piylənməyə görə yaranan xəstəliklərin qarşısını alır.

Ohio Universitetinin biokimyaçılar qrupunun eksperimentləri nəticəsində məlum olub ki, yaşıl çayın 2 faizlik ekstratı siçanların bağırsaqlarında daha sağlam bakterial mühit yaradır.

"Bizim araşdırmalarımız göstərir ki, yaşıl çay bağırsaqlarda faydalı mikrofloranın artmasına şərait yaradır, bu da öz növbəsində piylənmə riskini azaldan faydalı dəyişikliklərə gətirib çıxarır", araşdırmanın baş eksperti professor Richard Bruno deyir.

Yaşıl çay ənənəsi bir çox ölkələrdə populyardır. Amma sağlam pəhrizin vacib elementlərindən biri kimi son illərdə o, artıq bütün dünyada məşhurlaşıb. Alimlərin bir çoxu hesab edir ki, onun tərkibindəki antioksidantlar (katexinlər) immuneti artırır, damar xəstəlikləri riskini isə azaldır.

Yaşıl çay ekstratı əlavə edilmiş yağlı yeməklərlə bəslənən siçanlar digərlərindən orta hesabla 20 faiz az çəki alırlar. Eyni zamanda, belə siçanların insulinə qarşı həssaslığı rasionlarında yaşıl çay olmayan siçanlarınkından daha çox olur.

Yaşıl çay ekstratı verilmiş heyvanlarda bağırsaq iltihabının yaranması ehtimalı və piy hüceyrələrinin sayı da azalıb. Bundan başqa, yaşıl çay bağırsaq mikroblarının yaratdığı endotoksin maddəsinin qana keçməsinə də mane olub.

Professor Bruno deyir ki, siçanlara verilən yaşıl şay ekstratının miqdarı gündə 10 stəkan yaşıl çaya ekvivalentdir. "Elə görünə bilər ki, miqdar həddindən artıq çoxdur. Amma bəzi ölkələrdə bu say qətiyyən təəccüb doğurmaz".

İstilik-nüvə sınaqlarında Çin uğuru

Fotonun müəllifi Getty Images

Ötən ilin noyabr ayında Çin fizikaçıları elan etdilər ki, təkmilləşdirilmiş eksperimental yarımkeçirici tokamak (EAST - istilik-nüvə reaktorunun prototipi) plazma temperaturunu 100 milyon selsi dərəcəyə çatdırıb.

Çinin istilik-nüvə reaktorunun rekonstruksiyası (tokamakın maqnitli çarxları olan toroid kameralar tipi) üzrə işlər davam etdirilirdi və ötən bazar milli nüvə korporasiyasının nümayəndəsi Duan Xuru açıqlayıb ki, yeni HL-2M reaktorunun yaradılması üzrə işlər bu il başa çatdırılacaq.

"Süni günəşin plazması əsas etibarilə elektronlardan və ionlardan ibarətdir. Müasir tokamaklar öz əsas plazmalarındakı elektronların Selsi üzrə 100 milyon dərəcəni keçən həddinə yüksəliblər. İonun temperaturu isə 50 milyon dərəcə olub. Məlum olduğu kimi, cihazın temperaturu məhz ion sayəsində generasiya edir".

Mütəxəssislər deyirlər ki, Çinin HL-2M tokamakı ionların temperaturunu selsi üzrə 100 milyon dərəcəyə çatdıra bilər. Bu, təbii günəşdəki ionların temperaturundan 7 dəfə çoxdur.

Belə nəticə əldə edilsə, qurğu gələcək nəsil istilik-nüvə reaktorlarının prototipi rolunu oynaya bilər və alimlərin tükənməz təmiz enerji arzusu reallığa bir addım da yaxınlaşar.

Qara dənizli miqrantlar və İberiya yarımadası

Fotonun müəllifi L Benitez de Lugo Enrich - Jose Luis Fuentes Sanch
Image caption Bürünc dövrünə aid sümük qalıqlarının analizdən məlum olub ki, qədim İberiya sakinlərinin gen strukturunda kəskin dəyişikliklər baş verib.

Bürünc dövründə Mərkəzi Avropadan İberiya (Pireney) yarımadasına miqrasiya müasir ispanların DNT-sində əhəmiyyətli iz qoyub. İspaniya və Portuqaliyada tapılmış insan qalıqları üzərindəki geniş araşdırılmalardan bu nəticə hasil olub.

Araşdırma 8 min illik bir dövrü əhatə edir: İberiya yarımadasında e.ə. 6000-ci ildən b.e. 1600-cü ilinə qədər yaşamış insanların DNT-si analiz edilib.

Ekspertlərin gəldiyi əsas qənaət bundan ibarətdir ki, bürünc dövrdə baş vermiş miqrasiya genetik profili Qara dəniz ətrafındakı çöllərdə yaşamış insanlarla yüzdəyüz üst-üstə düşən Mərkəzi Avropa sakinlərinin İberiya yarımadasına gəlib çıxmasına səbəb olub. Böyük ehtimal, onlar yeni otlaq yerləri tapmaq üçün tədricən qərbə doğru irəliləyən köçəri maldarlar olublar.

Araşdırmaçılar Y xromosomunu analiz ediblər - bu, DNT-nin atadan oğula ötürülən hissəsidir və ona görə də nəsillər arasında əlaqəni izləmək üçün ondan istifadə edilir.

Məlum olub ki, e.ə. 2000-ci ilə yaxın dövrdə İberiya yarımadasındakı "yerli" Y xromosomları Mərkəzi Amerikadan gələnlərin genləriylə əvəzlənib.

Bütün gen bazasının analizi nisbətən sonrakı dövrdə yaşamış iberiyalılara aid DNT-nin 40 faizinin gəlmələrdən götürüldüyünü aşkar edib.

Alimlər mavrların hakimiyyətdə olduğu b.e. 711-1492-ci illərinə aid genləri də araşdırıblar.

Şimali Afrika mənşəli DNT ispanların genində bürünc dövründən mövcuddur. Amma alimlər bu qənaətə gəliblər ki, Rekonkista dövründən sonra Cənubi İspaniya sakinlərinin DNT-si böyük dəyişikliyə məruz qalıb. O dövrə aid qalıqlarda Cənubi Afrika və İberiya genləri arasındakı nisbətin 50/50-yə olduğu aşkar edilib. Müasir İspaniya və Portuqaliyada isə hazırda ancaq 5 faiz Cənubi Afrika geni var.

Beləliklə, müasir ispanlar və portuqallar öz DNT-lərinin 50 faizini yarımadanın neolit dövrü sakinlərindən, 25 faizini qədim ovçu-toplayıcılardan və 20 faizini yarımadaya Bürünc dövründə gəlmiş çöl köçərilərindən götürüblər.

Onların genində iz qoymuş sonuncu böyük müdaxilə b.e. V əsrində - Roma imperiyasının süqutundan sonra yarımadaya vestqotların gəlişi olub. Vestqotlar german dillərindən birində danışan və genetik olaraq Şərqi Avropaya aid olan tayfalar idi. İberiyada ilk xristian krallığını da məhz onlar yaratmışdılar.

Rola girmək aktyorların "mən"ini dəyişir

Fotonun müəllifi Getty Images
Image caption Romeo və Cülyetta filmindən səhnə

Alimlər aşkar ediblər ki, səhnədə olanda aktyorların şüurunda dəyişikliklər baş verir. Eksperimentlər zamanı məlum olub ki, aktyor və ya aktrisalar rola konsentrasiya olduqca, beyinlərindəki özünüdərk mərkəzləri öz aktivliklərini azaldır.

Stiven Braun McMaster Universitetində icraedici incəsənət növlərinin koqnitiv təbiətini araşdırır.

Onun rəhbərlik etdiyi neyrofizioloqlar qrupu səhnədə rol alan aktyorların beyinlərini skan edib. Kömək üçün müraciət etdikləri professional aktyorlar həm maqnit-rezonans tomoqrafiyasına (MRT), həm də eyni vaxtda müxtəlif şəxslərin adından suallara cavab verməyə razılıq veriblər: ingilis ləhcəsi ilə özlərinin, dostlarının, Romeo və ya Cülyettanın adından.

Senarilərin hər biri aktyorların beynində fərqli mərkəzləri hərəkətə gətirib. Məsələn, onlar suala dostlarının necə cavab verəcəyini düşünəndə beyin qabığının müəyyən hissələrində aktivlik azalıb.

Şekspir qəhrəmanlarını canlandıranda da eyni proses baş verib, amma bu zaman beynin həm də özünüdərk mərkəzlərinin aktivliyi azalıb. Adətən, yaradıcı fəaliyyət, məsələn, hər hansı musiqi əsərinin və ya rəqsin ifası bu zonaların fəaliyyətini artırır; rol ifa etmə zamanı isə, bunun əksi baş verir.

Professor Braun hesab edir ki, səhnədə olanda aktyorlarda özünü hissetmə azalır. Niyə belə olmasının səbəbi hələ ki, aydın deyil - bu cür araşdırmalar yeni başlayır və prosesin metodologiyası tam işlənib hazırlanmayıb.

Bu barədə daha geniş