Afrikanın cənubundakı qasırğada 700-dən çox adam ölüb

Mozambikdə qadın Fotonun müəllifi AFP

Mozambik, Zimbabve və Malavinin məruz qaldığı tropik fırtınada ölənlərin sayı artır.

Birləşmiş Millətlər Təşkilatı (BMT) bildirib ki, ölənlərin dəqiq sayını daşqın sularının çəkilməsindən sonra müəyyən etmək mümkün olacaq.

Ötən həftə Afrikanın cənubunu vurmuş Idai adlı siklonun dağıdıcı təsirinə təxminən 1,7 milyon adam məruz qalıb.

Qasırğadan ən çox sayda adam Mozambikdə ölüb. Mozambik rəsmilərinin məlumatına görə, bu ölkədə qasırğa nəticəsində 417 adam həlak olub.

Zimbabvedə ölənlərin sayı ən azı, 259 nəfər təşkil edir. Qasırğa nəticəsində Malavidə 56 nəfərin öldüyü bildirilib.

Ümumilikdə isə bütün bu bölgədə ölənlərin sayı 700-dən artıqdır.

BMT rəsmiləri Buzi və Zambezi çaylarında daşqın baş verməsi riskinin davam etdiyini qeyd edirlər.

Fotonun müəllifi AFP

Mozambikdə minlərlə adam daşqın baş verdiyi ərazilərdə təcrid olunmuş vəziyyətdə qalmaqdadır.

Mərkəzi hökümət təbii fəlakətdən zərər çəkmiş ərazilərə ərzaq yardımının çatdırılmasını təşkil edir.

Qasırğaya məruz qalan ərazilərdə elektrik təchizatı və su xidmətlərinin işi pozulub, geniş ərazilər su altında qalıb.

Beynəlxalq Qırmızı Xaç rəsmiləri Mozambikin qasırğadan zərər çəkən ərazilərində vəba epidemiyasının başlanması və malyariya hallarının sayının da artması barədə xəbərdarlıq ediblər.

Bu barədə daha geniş