Şəkillər: Şotlandiya təbiət fotoşəkilləri müsabiqəsinin mükafatçıları

Cüyür Fotonun müəllifi Phil Johnston
Image caption Phil Johnston-un mükafata layiq görülmüş fotokadrı.

Yay mövsümünü cüyür ailəsinin çəkilişinə həsr etmiş kişi ötən ilin Şotlandiya Təbiət Fotoqrafı fəxri adına layiq görülüb.

Phil Johnston qələbəyə layiq görülmüş Cüyür Balasının Gülü adlı fotonu evinin yanında lentə alıb.

"Kameramla təbiət səhnələrini izləməyi sevirəm. Həmin gün iyul ayının əvvəlində cüyür ailəsini bir neçə saat idi ki. izləyirdim - ətrafda tülkü də gözə dəymişdi", - Phil Johnston deyir.

Dələ. Fotonun müəllifi Kaitlyn Clark
Image caption Kürən dələ - fotonun müəllifi Kaitlyn Clark. Şəkil Lossiemouth meşəsində çəkilib.

"Təxminən bir saatdan sonra hündür otların arasından səs gəldi və cüyür göründü. Cüyür otun üstündəki gülləri dərib dərhal çeyniyib yeyirdi, - Phil Johnston xatırlayır. - Cüyür gözdən itənədək 3-4 kadr çəkə bildim. Heyrətamiz anlar idi".

Avrasiya kronşnepi Fotonun müəllifi Toby Houlton
Image caption Avrasiya kronşnepi - fotonun müəllifi Toby Houlton-dur.
Edinburgh Fotonun müəllifi Andras Sandor
Image caption Evlərin həyətindəki yaşıllıq sahələrinə yüksəklikdən baxış - şəhər yaşıllığı mövzusunda şəkillərin müsabiqəsində qalib gəlmiş bu fotonun müəllifi Andras Sandor-dur, Edinburgh

Şotlandiyada doqquzuncu dəfədir ki, keçirilən fotoşəkillər müsabiqəsində bütün dünyadan olan peşəkar və həvəskar fotoqrafçılar iştirak edib.

Ətraf mühit, bitkilər, abstrakt, vəhşi təbiət və landşaft mövzularında təqdim olunmuş işlər arasında qalibləri Raymond Besant, Jamie Grant və Niall Irvine seçiblər.

Rattary Məşəl Qülləsi Fotonun müəllifi Wojciech Kruczynski
Image caption Polşadan fotoqraf Wojciech Kruczynski bu fotoya görə dəniz və sahil kateqoriyasında birinci mükafata layiq görülüb - Rattary Məşəl Qülləsi
Presentational white space
Görünüşü paraşütu xatırladan göbələk Fotonun müəllifi Jean Robson
Image caption Lockerbie şəhərindən Jean Robson bitkilər mövzusunda çəkilən şəkillər müsabiqəsində mükafata layiq görülüb.
Presentational white space

Inverness şəhərindən 8 yaşlı Kaitlyn Clark gənc fotoqraflar üçün mükafata layiq görülüb.

Müsabiqənin ən gənc iştirakçısı olan Kaitlyn bu mükafata kürən dələni çəkə bildiyinə görə layiq görülüb.

Daşlar üzərində viski Fotonun müəllifi Charly Schleder
Image caption Almaniyadan olan Charly Schleder təbiətə aid ən yaxşı abstrakt foto çəkdiyinə görə mükafata layiq görülüb.
Solway Fotonun müəllifi Roger Lever
Image caption Dalbeattie şəhərindən Roger Lever ətraf mühit mövzusunda müsabiqənin qalibi seçilib
Glas Mheall Liath zirvəsi - An Teallach dağı Fotonun müəllifi Colin Campbell
Image caption Beauly şəhərindən Colin Campbell ən yaxşı landşaft fotoşəklinə görə mükafata layiq görülüb.

"Mən təbiəti sevirəm və valideyinlərimlə təbiət səyahətlərinə çıxmaqdan ləzzət alıram", - Kaitlyn mükafatı alarkən deyib.

Münsiflər heyəti qeyd edib ki, Kaitlyn-in çəkdiyi şəkillərdə kompozisiya və işıq balansı qaydaları yüksək dəqiqliklə təmin edilib.

Qara kəklik Fotonun müəllifi David Perpiñán
Image caption İspaniyalı fotoqraf David Perpiñán-ın çəkdiyi video təbiət mövzusunda filmlər kateqoriyasında mükafata layiq görülüb.
Geoloji ayrım Fotonun müəllifi Martin Gibb
Image caption Luss şəhərindən olan Martin Gibb-in çəkdiyi bu foto tələbələr arasında fotomüsabiqənin qalibi seçilib.

Bütün şəkillər müəlliflik hüququ ilə qorunur.

Bu barədə daha geniş