Dünya səyahətinə çıxmaq üçün evdən gedən 8 yaşlı uşaq tapılıb

Encyclopaedias and a piggy bank were among the items an 8-year-old boy set off with to travel the world Fotonun müəllifi Russian Interior Ministry

Rusiyanın Həştərxan şəhərində 8 yaşlı oğlan dünya səyahətinə çıxdıqdan sonra sosial şəbəkələrdə məşhurlaşıb.

Oğlanın anası evdə oğlunun "dünya səyahətinə getdiyini" deyən məktubu tapdıqdan sonra polisə zəng edib.

Rusiyanın Daxili İşlər Nazirliyinin məlumatına görə, uşaq bir neçə saat sonra tapılanda onun üzərində ensiklopediya, oyuncaq, daxılından çıxardığı pul və banan var idi.

Gənc tədqiqatçı onu tapanlara deyib ki, o gəzintisindən demək olar ki, yorulmuşdu və istirahət etmək istəyirdi. O, tapıldığı yerə qədər əvvəlcə üç avtobusla, daha sonra isə piyada getmişdi.

Sosial media istifadəçiləri oğlanın məqsədli olmasını alqışlayıblar.

"Həştərxandan olan 8 yaşlı oğlan piyada dünya səyahətinə çıxıb. Mən isə şəhərin içində səyahət edəndə şikayət edirəm", - bir Twitter istifadəçisi yazıb.

Fotonun müəllifi Rusiya Daxili İşlər Nazirliyi
Image caption 8 yaşlı oğlan dünya səyahətinə çıxmamışdan əvvəl anasına məktub yazıb

Özəl dil məktəblərindən biri Twitter-də yazıb ki, "Həştərxanlı gənc tədqiqatçıya bir illik ödənişsiz ingilis dili kursu təklif edir".

Bu hadisədən sonra bir çox digər sosial media istifadəçiləri də öz "dünya səyahəti" xatirələrini paylaşıblar.

"Mən də uşaq olanda evdə bənzər məktub qoymuşdum. Səyahətdən əvvəl düşündüm ki, bir az uzanım və güc toplayım və yuxuya getdim. Nəticədə, getməyə icazə vermədilər", - istifadəçilərdən biri yazıb.

Sosial media istifadəçiləri oğlana Rusiyada təkbaşına təhlükəli səyahətlərə çıxan tədqiqatçının şərəfinə "Konyuxov" adı veriblər.

"O böyüyüb Konyuxov olacaq", - bir nəfər tvit yazıb.

Bəzi sosial media istifadəçiləri isə fərqli fikirlər səsləndirib. Onlar qeyd edib ki, rusiyalıların çoxu səyahət edə bilmək üçün çox kasıbdırlar.

"Bu məni çox məyus edir, çünki bu gün rusiyalıların çoxu üçün nəinki dünya turuna çıxmaq bahalıdır, onlar hətta başqa ölkəyə səyahət edə bilmirlər", - sosial mediada yazılıb.

Bu barədə daha geniş