30 illik hakimiyyətdən sonra Sudan prezidenti Ömər əl-Bəşir devrilib

Sudanda hərbçilər hakimiyyəti ələ alıb, prezidenti həbs ediblər, müdafiə naziri açıqlayıb Fotonun müəllifi REUTERS

Sudanda hərbçilər hakimiyyəti ələ alıb, prezidenti həbs edilib, müdafiə naziri açıqlayıb.

Ölkənin müdafiə naziri Awad Ibn Ouf Sudanın dövlət televiziyasına deyib ki, 30 il hakimiyyətdə olan prezident Ömər əl-Bəşir həbs edilib.

Hazırda Sudanda üç aylıq fövqəladə vəziyyət elan olunub.

Sudanda 1989-cu ildən hakimiyyətdə olan Ömər əl-Bəşirə qarşı etirazlar artıq bir neçə aydır ki, davam edirdi.

Müdafiə naziri "rejimin dəyişdirildiyini" və sabiq prezidentin təhlükəsiz yerdə saxlanacağını deyib.

O əlavə edib ki, Sudanın konstitusiyası, sərhədkeçmə məntəqələri növbəti təlimata qədər, hava nəqliyyatı isə 24 saatlıq dayandırılıb.

Bu barədə daha geniş