Qara dəliyin tarixdə ilk fotosu çəkilib: burada baxın

Black hole Fotonun müəllifi EHT Collaboration
Image caption Tarixdə ilk dəfə qara dəliyin fotosu çəkilib: O işıq saçan qaz halqası ilə əhatə olunub. Qazı dəliyin cazibə qüvvəsi özünə çəkir.

Astrofiziklər ilk dəfə olaraq "qara dəlik" adlanan və uzaq qalaktikada yerləşən astronomik obyektin təsvirini əldə edə biliblər.

"Monster" (əjdaha) adı verilmiş həmin qara dəliyin diametri 40 milyard km təşkil edir - bu, Yer planetinin ölçüsündən 3 milyon dəfə çoxdur.

Qara dəlik Yerdən 500 milyon trilyon km uzaqlıqdadır və onun fototəsviri dünya boyu yerləşən və 8 teleskopdan ibarət şəbəkə vasitəsilə alınıb.

Hadisə barədə ətraflı məlumat Astrophysical Journal Letters elmi jurnalında bu gün dərc olunub.

Eksperimenti təklif etmiş, Hollandiyanın Radboud Universitetindən professor Heino Falcke BBC News proqramına bildirib ki, qara dəlik M87 qalaktikasında aşkar olunub.

"Gördüyümüz obyektin ölçüsü bizim Günəş Sisteminin ölçüsünü üstələyir, - o deyib. -Onun kütləsi Günəşin kütləsindən 6,5 milyard dəfə çoxdur. Fikrimizcə, bu, mövcud olan qara dəliklərin ən ağırıdır. Əsl əjdahadır, kainatdakı qara dəliklər arasında çempiondur".

Image caption Şəkil 12 teleskopun köməyilə çəkilib.

Əlaqəli mövzular

Bu barədə daha geniş