Facebook, Instagram və WhatsApp bir müddət işləməyib

Sosial media tətbiqləri Fotonun müəllifi PA

Bazar günü Facebook, Instagram sosial şəbəkələrindən və WhatsApp tətbiqindən istifadəçilər üç saatdan çox bir vaxt ərzində istifadə edə bilməyiblər.

Down Detector vebsaytı bildirib ki, dünya boyu minlərlə adam Bakı vaxtı ilə 14:30-dan başlayaraq Facebook, Instagram və WhatsApp xidmətləri işləmədiyinə görə şikayət ediblər.

Facebook-da istifadəçilərə sistemdən "Nəsə düz olmayıb" mesajı verilib.

Saat 17:50-də (Bakı vaxtı) Facebook bildirib ki, tətbiqləri işlədərkən bəzi istifadəçilərin üzlədiyi problem həll olunub.

Şirkətin sözçüsü əlavə edib: "Hər hansı bir narahatçılığa görə üzr istəyirik."

Facebook problemin səbəbləri və nasazlığın təsirinə məruz qalmış istifadəçilərin sayı barədə heç bir şərh verməyib.

Mart ayında Facebook-un işində ən uzunmüddətli pozuntu baş vermişdi - o zaman dünya boyu istifadəçilər Facebook, Instagram və WhatsApp-dan 24 saat ərzində istifadə edə bilməmişdilər.

Bu barədə daha geniş