Ekrem İmamoğlu İstanbulun meri oldu

Ekrem İmamoğlu Fotonun müəllifi Reuters

Ekrem İmamoğlu İstanbul Böyükşəhər bələdiyyə başqanı oldu.

17 gündür davam edən çəkişmələrdən sonra Cümhuriyyət Xalq Partiyası (CHP)-nin namizədi seçki sertifikatını, başqa sözlə, bələdiyyə başqanı olduğunu göstərən sənədi aldı.

Təqdimat mərasimi isə Bakı vaxtilə saat 20.00-da İstanbul Böyükşəhər Bələdiyyəsi binasında baş tutub. Bundan sonra o, nitq söyləyib.

Türkiyədə 31 martda keçirilmiş bələdiyyə seçkilərində İstanbulda CHP 25 il sonra böyükşəhər bələdiyyəsində qələbə qazandı.

Həmin vaxt rəsmi olmayan nəticələrə görə, Millət İttifaqının CHP-dən olan namizədi Ekrem İmamoğlu səslərin 48,79 faizini qazanaraq 24 min 408 səs fərqiylə bələdiyyə başqanı seçilmişdi.

Lakin hakim partiyanın etirazı ilə bütün şəhərin qəsəbələrində etibarsız səslərin, bəzi qəsəbələrdə isə bütün səslərin yenidən sayılması qərarı verilmişdi. Səslərin sayımı bu gün başa çatıb.

Fotonun müəllifi Twitter/Feyza Altun
Image caption Ekrem Imamoğlunun seçki sertifikatı

Hesablamanın yenidən həyata keçirildiyi ən son məkan Maltəpə idi. AKP orada hesablama bitdikdən sonra, protokolların yanlış düzüldüyünü iddia edərək İstanbul İl Seçki Mərkəzindən onların ləğvini istəyib.

Lakin AKP imtina cavabı alıb.

Əlaqəli mövzular

Bu barədə daha geniş