Venesuelada əhali natural alqı-satqıya keçib

Venezuelalı balıkçı Fotonun müəllifi Mohamed Madi
Image caption Hər gün yüzlərlə adam dəyiş-düyüş yoluyla balıq ala bilmək üçün Los Cocos bazarına gəlir.

Balıqçı Beudis Martinez tutduğu balıqları satmağa müştəri tapmır.

O, 24 kilo sardinanı bir paket süd tozuna dəyişir.

Venesuelanın Puerto La Cruz şəhərindəki Los Cocos bazarında ancaq bu şəkildə alver etmək mümkündür.

Ölkədəki böyük ölçülü inflyasiya və ərzaq qıtlığı əhalini bu üsula əl atmağa məcbur edib.

Fotonun müəllifi Mohamed Madi
Image caption Ət və toyuq məhsullarının bahalığı ucbatından venesuelalılar protein ehtiyacını yalnız balıqla ödəmək məcburiyyətindədirlər.

Puerta La Cruzda nəğd pul görmək çətindir.

Əlində paslı "ingilis açarı" olan bir adam bir növbədə durub gözləyir, "Bunu bir paket makarona dəyişmək istəyirəm" deyir.

Adı Martines olan bu şəxs bildirir ki, əvvəllər pul verib mal alardılar, amma indi bu mümkün deyil: "Ən böyük kağız pulumuz bir paket un almağa bəs etmir".

O heç olmasa, oğlu üçün bir az süd ala bilir: "Kalsium ehtiyacını ödəməyə çətinlik çəkirik".

Fotonun müəllifi Mohamed Madi
Image caption Balıqçılar tutduqları balıqları əsasən un, makaron və yağa dəyişirlər.

Martines balıq tutmaqla ən zəruri ehtiyacları qarşılaya bildiyini, amma dava-dərmana pul tapmadığını söyləyir. Qardaşı oğlu sidik kanalının infeksiyasından əziyyət çəkəndə onu çətinliklə müalicə ediblər.

Venesuelada qıta çıxan ilk məhsullardan biri dərmanlar olub.

Bu gün onları da ancaq dəyiş-düyüş vasitəsilə əldə etmək mümkündür.

"Lazım olan dərmanı tapmaq üçün xeyli əziyyət çəkdim. Axırda bazarda birindən başqa mal verib aldım" - Martines belə deyir.

Fotonun müəllifi Mohamed Madi
Image caption Avropa bazarlarında sardinanın 1 kilosu 8 dollar olduğu halda, Venesuelada bu balığın 24 kiloqramına sadəcə bir paket süd almaq mümkündür.

Ən çox ehtiyac duyulan malın dərman olması təəccüblü deyil. Amma bazarda insanlar daha çox makaron və düyü almaq üçün dəyiş-düyüş edirlər.

Bir balıqçı deyir ki, "Başqa ərzaqları verib onları alırıq".

Bəziləri də ərzaq almaq üçün bazara müxtəlif alətlər gətirirlər.

Ət və toyuq məhsulları çox bahalaşdığı üçün venesuelalıların başlıca protein qaynağı balıqdır.

Fotonun müəllifi Mohamed Madi

Amma elektrik enerjisi qıtlığı var deyə insanlar soyuducu işlədə bilmirlər və ona görə də az miqdarda balıq alırlar. Bu isə bu məhsulun ucuzlaşmasına səbəb olur.

Avropanın istənilən balıq bazarında 24 kiq balıq 192 dollara satıldığı halda, Puerto de la Gruzda bu qədər balığı bir paket şəkər tozuna dəyişirlər.

Ərzaq məhsullarının böyük əksəriyyətində qıtlıq var. Bəziləri hava işıqlanmamış bazara gəlsə də, sadəcə bir paket sardina ala bilir.

Fotonun müəllifi Mohamed Madi
Image caption Los Cocos bazarında ərzaq məhsulları, dərman və hətta paslı alətlər belə dəyiş-düyüş edilir.

Balıq almağa gələnlərin çoxluğu ucbatından yaranan basabasda bəzi qayıqlar yana yatdığı üçün artıq balıqçılar onları sahildən uzaqda saxlayırlar və satdıqları balığı hər dəfə üzərək sahilə çıxarırlar.

Natural alver təkcə Puerto Cruzda deyil.

Cupira şəhərində bunun üçün yol kənarına xüsusi piştaxtalar qoyulub. Genesis Melo onlardan birində kakao meyvəsi və kasava adlı kök bitkisindən hazırlanmış çörək satır.

Fotonun müəllifi Mohamed Madi
Image caption Beudis Martines 20 ildir balıq satır, amma son vaxtlar müştəri tapmaqda çətinlik çəkdiyini deyir.

"İnsanlar, demək olar ki, bütün alış-verişlərini natural mübadilə vasitəsilə həyata keçirirlər" - Melo belə deyir.

Əvvəlki prezident Uqo Çaves də ərzaq problemini həll etmək üçün digər ölkələrə neft-ərzaq mübadiləsini təklif etmişdi.

"Bizim sosializmimiz həmrəyliyə əsaslanır. Ona görə də pul əvəzinə dəyiş-düyüşü etibarlı edən bazarı - mübadiləni təşviq etməliyik" - 2006-cı ildə Çaves belə demişdi.

Fotonun müəllifi Guillermo Olmo
Image caption Elektrik enerjisinin qıtlığı ucbatından soyuducularından istifadə etmək olmur deyə, heç kim çox miqdarda balıq almaq istəmir.

Bu barədə daha geniş