Şimali Koreya lideri zirehli qatarında Rusiyaya gedib

Ким Fotonun müəllifi Aleksandr Safonov/TASS
Image caption Kim Jong-Un

Rusiyanın uzaq şərqində, Şimali Koreya ilə sərhəddə yerləşən Vladivostoka səfərə çıxan Kim Jong-Un Ruisya prezidenti Putinlə görüşəcək. Bu, onun Putinlə ilk danışıqlarıdır.

Görüşdə Koreya yarımadasının "nüvə problemləri" müzakirə ediləcək.

Ekspertlər hesab edirlər ki, Kim Jong-Un ABŞ prezidenti Donald Trump-la uğursuz danışıqlardan sonra dəstək axtarır.

Donald Trump və Kim Jong-Un bu ilin əvvəlində Çində görüşmüş və Şimali Koreyanın nüvə silahı proqramını müzakirə etmiş, ancaq sammit razılaşmasız bitmişdi.

BBC-nin rusca xidməti Rusiyada Şimali Koreya liderinin səfərinə hazırlıqdan yazıb.

Fotonun müəllifi Yuri Smityuk/TASS

Cümə günü nəzərdə tutulan görüşün keçiriləcəyi Vladivostok ətrafında sular kiçik gəmilərin istifadəsi üçün bağlı olacaq.

"Kommersant" qəzeti yazır ki, görüş Rus adasında Uzaqşərq Federal Universitetinin kampusunda olacaq. Kim Jong-Un həm də burda qalacaq: bu yer təhlükəsizliyin sərt tələbləri əsasında seçilib. Çərşənbə axşamından adaya gedən yol və universitetin ərazisi Şimali Koeyanın bayraqları ilə bəzənib.

Ria Novosti yazır ki, sərhəddə Kimi çörək və duzla qarşılayıblar. Onun qatarına qədər olan yolu isə qırmızı xalça ilə döşəyiblər.

Kim Jong-Un bildirib ki, Rusiyada olmaqdan məmnundur və əmindir ki, bu səfər sonuncu deyil.

İnterfaks agentliyi xəbər verir ki, çərşənbə axşamı Şimai Koreyadan Vladivostoka iki təyyarə uçub; onlardan biri limuzini, digəri isə təhlükəsizlik xidmətinin əməkdaşlarını daşıyıb.

Agentlik bildirib ki, təyyarələrdə uçanların hamısı kişi olub: "Bəzisi onların videosunu çəkməməyi xahiş etdi. Onlardan biri Cənubi Koreya jurnalistinin videokamerasına zərbə endirdi".

Həmçinin bax:

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Şimali Koreya sakini ölüm təhlükəsinə rəğmən danışmaqdan çəkinmədi

Bu barədə daha geniş