Sosial mediada məşhur foto: Qadın süd vəzilərinin təsviri

Qadın süd vəziləri Fotonun müəllifi @lemonadead/Twitter

Qadının döşündə gül kimi görünənlər nədir?

Facebook və Twitter platformasında sürətlə yayılan bu görüntü qadın döşlərinin anatomiyasıdır.

Çiçək şəkli almış əzalar isə qadın süd vəziləridir.

Süd əmələ gətirən vəzilər dar kanallardan və bölümələrdən ibarətdir. Süd boruları vəzlərdə əmələ gələn südü məməciklərə daşıyır.

Qadın anatomiyasını tanımaqda çətinlik çəkən Twitter istifadəçilərinin bir çoxunu bu təsvir təəccübləndirib.

Twitter-də paylaşdığı mesajlardan birində istifadəçilərdən biri yazıb yazmışdı: "Qadın əzələlərinin anatomik təsvirinin ilk dəfədir ki, görürəm. Qadın süd vəzinin bu şəkildə olacağını ağlıma gətirə bilməzdim".

Qadın süd vəzilərinin anatomik təsviri Twitter-də sürətlə yayılıb - cəmi bir neçə gün ərzində həmin təsvirə 130000-dən çox dəfə baxılıb və bəyənilib.

Twitter-də bu görüntü fotoşəkil kimi təsvir edilsə də, əslində bu, iPad üçün yaradılmış "Anatomiya və Fiziologiya" adlı tətbiqdən götürülmüş illüstrasiyadır.

Bu görüntünü paylaşan istifadəçilərin çoxu açmış çiçəyə bənzəyən süd vəzilərinin təsvirindən şoka düşdüklərini etiraf ediblər.

Fotonun müəllifi Anatomy & Physiology

Doğuşdan sonra qadının süd vəzlərində süd əmələ gəlməyə başlayır.

Bəzi istifadəçilər bu təsvirə baxandan sonra sual ediblər ki, görəsən, bu təsviri niyə ilk dəfə görürlər, niyə görə biologiya dərsliklərində və məktəb dərslərində insanın anatomiyası yalnız kişi bədəni üzərində göstərilir?

Bu barədə daha geniş