Azərbaycana dair korrupsiya qalmaqalını araşdıran və qətlə yetirilən Maltalı jurnalist Daphne Galizia-nın oğlu: Anamın ölümü minlərlə insanı qəhrəmanlığa ilhamlandırıb

Daphne Caruana Galizia, 2011 Fotonun müəllifi Reuters
Image caption Daphne Caruana Galizia rəsmi səviyyədə korrupsiya halları barədə kəskin reportajlar dərc etdirib.

Hər bir neçə aydan bir mən anamın qətl hadisəsini araşdıran şəxslə üz-üzə bir otaqda oturmalıyam.

Ailəmiz onunla ilk dəfə altı il bundan əvvəl üz-üzə gəlib. O zaman o, anamı həbs etməyə gəlmişdi.

Mənim anam seçki günü Baş nazir vəzifəsinə bir namizəd barədə satirik bloq post dərc etmişdi və həmin namizədin tərəfdarlarından biri bu barədə polisə raport yazmışdı.

Müstəntiq evimizə gecəyarısı, əlində anamın qeyri-qanuni ifadəsi ittihamı əsasında cinyaətə görə yazılmış həbs orderilə gəlmişdi.

O zaman mən dünyanın başqa bir küncündə idim və insanlar mənə onun polis məntəqəsindən 01:30-da azadlığa buraxılmasını göstərən videolar göndərirdi.

Bir neçə saatdan sonra anam öz internet səhifəsində təhqirli rəftara məruz qaldığından yazmışdı.

İndi isə onu həbs edən həmin o gecə onu həbs etmiş müstəntiqə anamın qətlinin araşdırılmasl tapşırılıb.

Fotonun müəllifi Getty Images
Image caption Matthew uşaqlıqda və onun anası Daphne

Qətlə yetirildiyi gün mənim anam Daphne Caruana Galizia avtomobilində banka yollanırdı - bank hesabını bərpa etmək üçün.

Onun hesabı hökümət nazirinin tələbi ilə həbs olunmuşdu.

Anamın təzəcə 53 yaşı tamam olmuşdu və o, 30 illik jurnalist karyerasının zirvəsində idi.

Avtomobildə onun oturacağının altına quraşdırılmış partlayıcı qurğu məsafədən idarə olunaraq işə salınmışdı.

Hökümət tərəfdarları onun qətlə yetirilməsini açıq şəkildə bayram edirdilər və bu mənə Türkiyədə erməni qəzetinin redaktoru Hrant Dinkin qətlini bayram edənləri xatırlatdı.

Digərləri eyham vururdular ki, güya mən intihar etməyə hazırlaşıram və ya guya ki, mənim anam həyatını risk altına qoymağı sevirdi.

Eyni böhtan Suriyada oğurlanıb başı kəsilmiş ABŞ müxbiri James Foley haqqında da deyilirdi.

Daphne Caruana Galizia-nın qətli

  • Oktyabr, 2017: Araşdırmaçı jurnalist Daphne Caruana Galizia avtomobilində baş vermiş partlayış nəticəsində ölüb
  • Baş nazir Joseph Muscat bu qətli "barbarlıq" adlandırıb. Qətlə yetirilmiş jurnalistin ailəsi dəfn mərasimində Malta liderlərinin iştirakına icazə verməyib.
  • Dekabr, 2017: Üç nəfər həbs olunub və prokurorlar muzdlu qatillərdən istifadə olunmasının mümkünlüyünü araşdırıblar.
  • İyul, 2018: Malta hökümətinin apardığı istintaq Baş nazir və onun arvadına qarşı Daphne Caruana Galizia-yanın açıqladığı korrupsiya ittihamının əsassız olduğunu bəyan edib.
  • Avqust, 2018: Daphne Caruana Galizia-nın ailəsi onun qətlinin qarşısının Malta tərəfindən alınmasının mümkün olub-olmadığını müəyyən etmək üçün tammiqyaslı ictimai istintaqın keçirilməsini tələb edib.

Bu qətl hadisəsinə niyə bu qədər diqqət verilir?

"Faktların və rəylərin azad paylaşması, jurnalistlərin təcrübəsi və bacarığı daha azad və ədalətli cəmiyyətin formalaşmasına kömək edir", - qardaşım Avropa diplomatları ilə görüşdə bildirmişdi. O zaman ana itkisinin ağrısı bizdən hələ çəkilməmişdi.

Anamın qətlindən sonra bizə müxtəlif təbəqələrdən olan insanlar dəstək, canıyananlıq, həmrəylik bildirirdi.

Bu mənim üçün gözlənilməz idi və o zaman bir dostumun dediyi yadıma düşdü: "Yaxşı adamlar hər yerdə var; axtaranda tapırsan".

Qanunun qarşısında hamının bərabər olduğu və insan hüquqlarına hörmət edildiyi azad və açıq bir cəmiyyətdə yaşamağı hər kəs arzulayır.

Amma iş burasındadır ki, bir ovuc pis insanların bizə hökmranlıq etdiyini çox gec anlayırıq.

Anamızın qətlindən sonra qarşımıza qoyduğumuz vəzifə çox böyükdür - onun qətlinin ədalətli istintaqı və ədalətli qərarın çıxarılmasına nail olmaq, belə halların bir daha təkrarlanmayacağını təmin etmək.

Başqa işlər üçün isə çox az vaxt qalır.

Fotonun müəllifi Getty Images
Image caption Matthew (solda) və onun qardaşı Paul anaları üçün ədalət uğrunda kampaniya aparırlar

Ailəmiz daxilində biz bəzən başqalarının, xüsusilə də, hakimiyyətdə olanların hərəkətsziliyindən və etinadsızlığından gileylənirik.

Onların tənbəlliyi və üzüqırmızılığı bizi qəzəbləndirməyə bilməz.

Qətlə yetirilmiş Türkiyəli araşdırmaçı jurnalist Uğur Mumcunun uşaqları mənə demişdilər ki, onların atası avtomobil partlayışı nəticəsində öldürüldükdən sonra polis istintiqın nəticə vermədiyini belə bir şərh ilə izah etmişıdi: "Biz nə edə bilərik, daş divara dirənmişik".

Onların anası isə buna belə cavab vermişdi: "Həmin divardakı daşları bir-bir sökün, bütün divar yox olanadək".

Bizim anamız qətlə yetirildikdən sonra biz məhz bu işlə məşğuluq.

Biz əlimizdən gələni etməyə çalışırıq və mən indi düşünürəm ki, prosesin özü də son məqsəd qədər vacibdir.

Biz mədəniyyətə dəyişiklik gətiririk, dövləti öz öhdəliyini yerinə yetirməyə və ədaləti təmin etməyə məcbur etməklə azad ifadəyə daha böyük hörmət mühiti yaradırıq.

Biz dünyanı insan haqlarına hörmətlə yanaşmağı öytrətməyə və "azadsızlıq" xəstəliyindən sağaltmağa çalışan insanlara qoşulmuşuq.

Fotonun müəllifi Getty Images
Image caption Qətlə yetirilmiş maltalı jurnalist Daphne Caruana Galizia üçün ədalət tələbi ilə keçirilən etiraz aksiyası

"Azadlıq vicdan azadlığından başlayır. Vicdan azadlığı olmadan başqa azadlıqlardan necə faydalanmaq olar?" - cümləsini bizə deyəndən beş gün sonra yazıçı Yamin Rəşid 2017-ci ildə Maldivdəki evinin qarşısında bıçaqlanaraq öldürüldü.

Mənim anamın qətli kimi, onun da qətli aşkar etdi ki, bizim ölkələrimizdə bu azadlıqlara hörmət göstərilmir.

Öldürülənlərin doğmaları, yaxınları, dost-tanışları üçün azadlıq uğrunda mübarzəni aparmaq olduqca ağır bir vəzifə və məsuliyyətdir.

Bu mübarizəmizə digər insanların da qoşulmasına ehtiyacımız var.

Ümumdünya Mətbuat Azadlığı Günü

  • Ümumdünya Mətbuat Azadlığı Günü BMT tərəfindən 1993-cü ildə elan olunub və hər il mayın 3-də qeyd olunur
  • 2019-cu ilin şüarı dezinformasiya dövründə jurnalistika və seçkilərdir
  • Bu tədbirin məqsədi bütün dünyada mətbuat azadlığını müdafiə etmək və vəzifələrini yerinə yetirərkən ölən jurnalistlərin xatirəsini yad etməkdir
  • Beynəlxalq Jurnalistlər Federasiyasının məlumatına görə, ötən il qətllərdə, bomba hücumlarında və atışmalarda 95 jurnalist və media işçisi öldürülüb

Bilirəm ki, biz çoxuq. Səudiyyəli jurnalist Camal Kaşıkçını (Jamal Khashoggi) insanlar sevirdi.

Ona yalnız bir şəxs nifrət edirdi və həmin şəxsin nifrəti onun öldürülməsi üçün kifayət idi.

Anamın da qətli daxil olaraq, bütün bu qətllərdə ümumi olan cəhət odur ki, dövlət bu hadisələrə görə cavabdeh olanların ittiham edilməsi üçün ciddi bir səy göstərmir.

Fotonun müəllifi Getty Images
Image caption Səudiyyəli jurnalist Camal Kaşıkçını (Jamal Khashoggi) insanlar sevirdi 2018-ci ilin oktyabrında qətlə yetirilib.

Bizim ilk addımımız icitimai istintaq tələbi oldu - aydınlaşdıraq görək ki, aparıcı jurnalistin qətlə yetirilməsinin qarşısı nə səbəbdən alınmayıb.

Bundan sonra biz qaşımızda duran divarın növbəti daşını sökməyə çalışacağıq.

Mən istəyərdim ki, özünü qurban verməkdənsə, anam indi sağ olardı.

Lakin həbs altında saxlanması insan haqları qrupları tərəfindən "amansız" kimi təsvir edilən Azərbaycan jurnalisti Xədicə İsmaylovanın dediyi kimi: "Biz əzizlərimizi həqiqətən seviriksə, onların olduğu kimi olmasını istəyirik. Və Daphne məhz belə bir insan idi - mübariz və qəhrəman".

Mənim anamın ölümü Maltada və onun xaricində minlərlə insanı qəhrəmanlığa ilhamlandırıb.

Mən inanmaq istərdim ki, bu qəhrəmnalıq aktlarından hər biri cəsur jurnalistləri mənim anamın taleyini təkrarlamaqdan qoruyacaq.

Matthew Caruana Galizia araşdırmaçı jurnalist və 2017-ci ilin oktyabrında avomobilində partladılmış Daphne Caruana Galizia-nın oğludur.

Bu barədə daha geniş