Şotlandiya: Edinburqun mərkəzi ayda bir dəfə avtobomillər üçün bağlı olacaq

Edinburq Fotonun müəllifi City of Edinburgh Council
Image caption Edinburq şəhərinin mərkəzi

Şotlandiya paytaxtı Edinburqda mayın 5-dən başlayaraq hər ayın ilk bazar günü şəhərin mərkəzi hissəsində küçələr gündüz saatlarında avtomobil hərəkəti üçün bağlı olacaq.

18 ay ərzində davam edəcək bu kampaniya çərçivəsində hər ayın ilk bazar günü şəhərin mərkəzi hissəsi avtomobillər üçün səhər tezdən başlayaraq yerli vaxtla saat 17:00-dək bağlı qalacaq.

Beləliklə, Edinburq şəhəri dünya boyu keçirilən Açıq Küçələr adlı təşəbbüsə qoşulan ilk Britaniya şəhəri olub.

İnsanları avtomobildən istifadə etməməyə həvəsləndirmək üçün Edinburqda velosiperd kirayəsi də bütün həftə ərzində pulsuz olacaq.

Edinburq Şəhər Şurasının Twitter səhifəsindəki elan: "Unutmayın #justeatcycles (Just Eat şirkətinin velosipedləri - red.) bütün həftə ərzində PULSUZDUR"

Image caption Edinburq şəhərinin mərkəzi küçələrindən birində badminton oyunu üçün hazırlıq aparılır.
Image caption 18 ay ərzində davam edəcək bu kampaniya çərçivəsində hər ayın ilk bazar günü Edinburq şəhərinin mərkəzi hissəsi avtomobillər üçün səhər tezdən yerli vaxtla saat 17:00-dək bağlı qalacaq.

Bu hərəkat çərçivəsində dünya boyu şəhərlər müvəqqəti olaraq öz mərkəzi küçələrini avtomobil hərəkəti üçün bağlı elan edir.

"İqlim dəyişikliyi cəmiyyət üçün təhlükədir, aydındır ki, biz hərəkətə keçməliyik, və Açıq Küçələr hərəkatı düzgün istiqamətdə atılan addımdır", - bu günkü hadisə ilə bağlı Edinburq şəhər şurasının nəqliyyat və ətraf mühit üzrə rəsmisi Lesley Macinnes deyib.

Bu barədə daha geniş