Eurovision 2019: qalib Niderlanddır, Azərbaycan 7-ci yerdədir

Duncan Fotonun müəllifi Eurovision.tv

Eurovision 2019 mahnı müsabiqəsinin qalibi Niderland təmsilçisi Duncan Laurence oldu.

Sayca 64-cü olan builki beynəlxalq yarışmanın finalında onun "Arcade" mahnısı 492 bal qazanıb.

İkinci yerdə İtaliya, üçüncü yerdə isə Rusiya qərarlaşıb.

Azərbaycanı yarışmada Çingiz Mustafayev təmsil edib.

Azərbaycan təmsilçisi Eurovision 2019 mahnı müsabiqəsində yeddinci yeri tutub.

İsrail sonuncu dəfə mahnı yarışmasını 1999-cu ildə qəbul edib.

Azərbaycan yarışmaya 2012-ci ildə ev sahibliyi edib.

Yarım-final

Fotonun müəllifi EurovisionTV

Yarım finalda Çingiz Mustafayev "Truth" mahnısı ilə 18-ci sırada çıxış edib və o, finala seçilən 10 ölkədən biri olub.

Azərbaycanla yanaşı, bu yarım-finalda onun qonşuları Ermənistan və Rusiya da çıxış edib və Rusiya da finala keçib.

İlk yarım-finalda iştirak edən Gürcüstan finala çıxa bilməyib.

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Azərbaycan Eurovision-2019-a Çingiz və Truth mahnısı ilə gedir - Video

Bu yarım-finalda 10 ölkə, səsvermə nəticələrinə əsasən mayın 18-də baş tutacaq finala çıxacaq.

Mahnı təqdim edildikdən sonra təxminən 15 dəqiqə səsvermə üçün zaman ayrılır. Telefon, SMS və ya Eurovision-ın rəsmi tətbiqi ilə səs vermək mümkündür.

Qaydalara görə, izləyicilər yalnız ölkəsinin iştirak etdiyi yarımfinalda, öz ölkəsi istisna olmaqla, səs verə bilərlər. Bir nəfər 20 dəfə səs verə bilər, amma öz ölkəsinə yox.

Telesəslər nəticələrin 50 faizini təşkil edir. Digər 50 faizi hər ölkədən olan jüri tərəfindən verilmiş səslər nəticəsində bəlli olur.

İlk yarım-final mayın 14-də keçirilib.

Ötən il İsrailin təmsilçisi Netta "Toy" mahnısı ilə qalib gəldikdən sonra tədbirə sahiblik Təl-Əvivə keçib.

Fotonun müəllifi EPA
Image caption İsrailin 2018-ci il təmsilçisi Netta

Lakin ölkənin insan haqlarının pozulması reytinqinə görə müğənnilər və media təşkilatçıları tədbiri boykot etməyə çağrılıb.

Yanvar ayında Britaniyanın məşhurları Xanım Vivienne Westwood, Peter Gabriel, Roger Waters, Mike Leigh, Maxine Peake və Wolf Alice qrupu BBC-ə məktub yazaraq tədbiri işıqlandırmamağa çağrılıb.

Sənədi imzalayanlar İsraili Qərb sahili, şərqi Qüds və Qolan yüksəkliyinin işğalına görə tənqid ediblər.

"Eurovision ola bilər ki, yüngül əyləncədir, amma bu, insan haqlarını gözardı etmək üçün istisna deyil və biz İsrailin fələstinlilərin insan haqlarını sistemli pozmasına etinasız yanaşa bilmərik".

Başqaları isə təklif edilən boykota qarşı çıxıb. Onlar deyiblər ki, Eurovision-ın "birlik ruhu hücum altındadır".

Müğənni Madonna da insan haqlarına görə İsraili boykot etməyə çağrılanlar arasında olub. Bu səbəbdən müsabiqənin fasiləsi zamanı iki mahnı ifa etməli olduğu iddia edilən müğənninin çıxışı sual altında qalıb.

Yarışma təşkilatçıları həmin vaxt bildirib ki, hələ müğənni ilə şou arasında müqavilə imzalanmayıb.

Lakin mayın 16-da Madonna-nın final günü tədbirdə çıxış edəcəyi təsdiqlənib, Franse 24 kanalı İsrailin ictimai televiziyasına istinadən yazıb.

Bu barədə daha geniş