Britaniya Baş naziri Theresa May istefa gününü elan etdi

Theresa May

Britaniyanın Baş naziri Theresa May iyunun 7-də istefaya gedəcəyini elan edib.

Baş nazir həmçinin, öz varisinin nə vaxt seçiləcəyini müəyyən edə bilər, yüksək rütbəli hökumət rəsmiləri bildirir.

Mühafizəkar partiyasının liderliyi uğrunda rəqabətin 7 iyunda başlayacağı güman edilir.

Theresa May-in Brexit planı parlamentdə mühafizəkar partiyasını təmsil edən millət vəkilləri tərəfindən rədd edildikdən sonra istefaya dair çağırışlar güclənməkdə idi.

Yanvar ayından bəri Brexit-lə bağlı Britaniya ilə Avropa İttifaqı arasında aparılan üç danışıqların nəticəsi Britaniya millət vəkilləri tərəfindən rədd edilib.

Bu barədə daha geniş