Britaniyanın Baş naziri Theresa May-in karyera pillələri - şəkillərdə

Fotonun müəllifi Reuters

Ağlamaq həddinə çatan Britaniyanın Baş naziri Theresa May 7 iyunda Mühafizəkarlar partiyasının lideri vəzifəsini tərk edəcəyini deyib.

Onun bəyanatı yeni Baş nazir vəzifəsi uğrunda rəqabətə yol açıb. BBC-nin hazırladığı şəkillər qalereyası Theresa May-in karyerasına nəzər salır.

Fotonun müəllifi Getty Images

Maidenhead dairəsindən seçilmiş millət vəkili Theresa May siyasi karyerasının növbəti mərhələsini David Cameron hökumətində Daxili İşlər naziri vəzifəsində başa vurur.

Fotonun müəllifi Getty Images

May 1997-ci ildə Berkshire qraflığındakı Maidenhead dairəsindən seçilərək ilk nitqlə çıxış edir. O, parlamentdə indiyədək ilk seçildiyi bölgəni təmsil edir.

Fotonun müəllifi Getty Images

2004-cü ildə kölgə hökumətində nazir vəzifəsini tutan Theresa May-in Mühafizəkarlar Partiyasının Bournemouth şəhərində keçirilən konfransında çıxış edir. Onun ayaqqabı seçimi daima fotoqrafların diqqətini cəlb edib.

Fotonun müəllifi Getty Images

2010-cü ildə Theresa May 70 illik fasilədən sonra qurulan ilk koalisiya hökumətində Daxili İşlər naziri olur.

Fotonun müəllifi Getty Images

2016-ci ildə Theresa May Mühafizəkarlar partiyasının lideri və daha sonra Böyük Britaniyanın Baş naziri seçilir. O, bu vəzifədə Aİ üzvlüyü ilə bağlı referendumdan sonra istefaya çıxan Baş nazir David Cameron-u əvəz edir.

Fotonun müəllifi Getty Images

13 iyul 2016-cı il.

Britaniyada Baş nazir vəzifəsinə sahib olan sayca ikinci qadın - Theresa May hökumət qurmaq üçün Kraliça II Elizabeth-in dəvətini alır.

Fotonun müəllifi Getty Images

Baş nazir vəzifəsini tutan Theresa May əri Philip-lə birlikdə hökumət qarşısında toplaşan media nümayəndələri ilə görüşür.

Fotonun müəllifi Getty Images

2017-ci ilin əvvəlində ABŞ-a yollanan Theresa May prezident Donald Trump-la görüşən ilk xarici dövlət başçısı olur.

Fotonun müəllifi Getty Images

2017-ci ilin aprel ayı. Bir müddət növbədənkənar seçkilər ehtimalı barədə iddiaları rədd edən Theresa May erkən səsvermənin 8 iyuna təyin edildiyini bildirir.

Fotonun müəllifi Getty Images

"Güclü, sabit liderlik və milli maraqlar" şüarı altında keçirilən seçkilər onun Aİ ilə Brexit danışıqlarında mövqelərini gücləndirmək məqsədilə təşkil olunur.

Fotonun müəllifi Getty Images

Ölkənin cənub-qərbindəki Cornwall-da seçki kampaniyası vaxtı çips yeyən Baş nazirin şəkilləri bir çox memlərə təkan verir.

İki ay davam edən seçkilər mühafizəkarları parlament çoxluğundan məhrum edir.

Fotonun müəllifi Getty Images

2017-ci ildə Londondakı çoxmərtəbəli binada yanğın 72 nəfərin ölümünə səbəb olur. Theresa May London Yanğınla Mübarizə xidmətinin komissarı Dany Cotton-la söhbət edir.

Fotonun müəllifi Getty Images

2017-ci ilin oktyabr ayında Britaniya Baş nazirinin hakim Mühafizəkar partiyasının konfransındakı çıxışına komediyaçı mane olub.

Simon Brodkin Theresa May-ə iş yerini tərk etmək üçün P45 formasını təqdim edir.

Fotonun müəllifi Getty Images

2018-ci ildə Theresa May Mühafizəkarlar partiyasının konfransının əvvəlində ABBA qrupunun Dancing Queen sədaları altında rəqs edib. Birmingham şəhərində çəkilən bu görüntülər xəbər başlıqlarına çıxarıldı.

Fotonun müəllifi Getty Images

Brexit məsələsinə dair səsvermə 2018-ci ilin dekabr ayında keçirilməli idi. Lakin planın dəstək qazana bilməyəcəyini düşünən Baş nazir Brüsseldən yeni dəyişiklər almaq üçün səsverməni ertələməli oldu.

Fotonun müəllifi Reuters

2019-cü ilin mart ayında Brexit üzrə ikinci səsvermədə Theresa May-in Brexit planı rədd olundu. Hökumət daha sonra üçüncü səsverməni də qazana bilmədi.

İstefa barədə bəyanat Mühafizəkarlar partiyasında liderlik uğrunda rəqabətə təkan verib. Onun nəticələri növbəti Baş naziri müəyyən etməlidir. Britaniya həmçinin Brexit-lə bağlı planların inkişafını gözləyir.

Əlaqəli mövzular

Bu barədə daha geniş