Nə yeyirsənsə, osan? Bununla razısınızmı?

Yemək Fotonun müəllifi SOPA Images

Sizin üçün yaxşı nahar yeməyi nədir? Bu, bəzilərimiz üçün tərəvəz salatı, bəzilərimiz üçün kabab, bəzilərimiz üçün də suşidir.

Bəs hansı yeməyi yeməyimiz bizim kimliyimizi də müəyyənləşdirirmi? Məhşur deyimə görə, nə yeyirsənsə osan. Bununla razılaşmayanlar da ola bilər. Alimlərə görə, bizim yemək tərzimiz və qida haqqında fikirlərimiz kimliyimizin bir hissəsini təşkil edir.

Martha Sif Karrebaek Kopenhagen Universitetinin linqvistik etnoqrafıdır. O, deyir ki, bir araşdırmasında bir danimarkalı müəllimənin immiqrant şagirdin çantasındakı yeməyə çox təəccübləndiyinə rast gəlib.

Karrebaek deyir ki, müəllimə uşağın ənənəvi Danimarka çovdar çörəyini deyil, ağ fətir yeməsini yaxşı hesab etməyib.

Son illərdə Avropada separatçı müzakirə mövzusuna çevrilən immiqrasiya problemləri məktəblərdəki yeməklərə qədər təsir göstərib.

Karrebaek və onun Rutgers Universitetindən Kathleen Riley və Brooklyn Kollecindən Jillian Cavanaugh adlı linqvistik antropoloq həmkarları üçün bu heç də təəccüblü hal deyil. Qida və onu əhatə edən söhbətlər mədəniyyət, kimlik və siyasətin əsas göstəriciləridir.

Hər üç həmkar Annual Review of Anthropology jurnalında qida və dil üzrə aparılan araşdırmaları nəzərdən keçirir.

Onlar deyirlər ki, bəzi amerikalı valideynlər adətən uşaqların ən sevimli qidası olan şirniyyat və desertləri çox müzakirə edir və uşaqlarla bu barədə razılığa gəlməyə çalışırlar.

Fransada isə araşdırmalar göstərir ki, uşaqlara qidaya tənqidi yanaşmaq öyrədilir.

İsveçdə bərabərçilik rəmzi olaraq, bütün ailə üzvlərinin eyni qidanı yeməsi vacibdir.

Yava kimi Qərbə daxil olmayan ölkələrdə isə yemək zamanı danışmaq yaxşı sayılmır.

Fotonun müəllifi Donald Bowers
Image caption Amerikada şirniyyat uşaqların sevimli qidası hesab edilir.

Hər üç araşdırmaçı, qidanın ictimai sağlamlıq, ətraf-mühit, özəl və mədəni dəyərlər haqqında qlobal debatlara təsirinə inanır. Onların müzakirəsini aşağıda oxuya bilərsiniz.

Dil və qida ilə necə maraqlanmağa başladınız?

Martha Sif Karrebaek: Mən bir Danimarka bağçasında bir araşdırma üzərində işləyirdim.

Araşdırma çərçivəsində immiqrant uşaqların məktəblərə başqa dillər gətirib-gətirmədiyini müşahidə edirdim.

Bir müəllimənin, yeməyi sosiallaşmaq üçün ən mühüm vasitə hesab etdiyini gördüm. O, müəyyən ənənəvi normaları təqdim və təbliğ edirdi.

Danimarkada uşaqlar adətən məktəbə evdən yemək gətirirlər deyə, məktəb və ev normaları uşaqlar üçün çətin olur. Xüsusilə də, uşaqların yemək vərdişləri ənənəvi Danimarka mədəniyyəti ilə üst-üstə düşmürsə.

Bir il ərzində uşaqlara nahar yeməyi üçün evdən çovdar çörəyi gətirmələri tapşırılırdı. Əks halda, müəllimə onların naharını qeyri-sağlam adlandırırdı.

Fotonun müəllifi SOPA Images
Image caption Uşaqlar nahara çovdar çörəyi gətirmədikdə, müəllimə onların yeməyin qeyri-sağlam adlandırırdı.

Əslində bunun sağlamlıqla yox, daha çox standarta uyğunlaşmaq ilə əlaqəsi var.

Danimarkalılar çovdar çörəyinin xüsusi Danimarka qida növü olduğunu bilirlər, lakin bir çoxları bunu bilmir və bəziləri üçün çovdar çörəyi nahar üçün yaxşı alternativ olmaya bilər.

Kathleen və Jillian, bəs siz necə? İnsanların yemək haqqında fikirlərini necə araşdırırsınız?

Kathleen Riley: Mən Fransa Polineziyasında Marquesas mədəniyyətini və insanların fransızca necə danışdığını öyrənirdim.

Marquesaslıların yemək vaxtı birlikdə oturub yeyəcəklərini zənn etsəm də, belə olmadı. Əksinə onların arxasınca düşüb, özlərinə yemək hazırlamalarını müşahidə edirdim.

Daha sonra fermadan-məktəbə layihələrində sağlam qidanın məktəblərə çatdırılmasında iştirak etdim və uşaqlara yemək haqqında məlumatın necə ötürülməsi ilə maraqlanmağa başladım.

Müəyyən sosial-iqtisadı sinfə mənsub insanlara yedikləri yeməyin "pis" olduğu deyildiyində, onların pis dəyərlərə sahib pis insanlar olduğu mesajı ötürülür.

Bu, əlində hakimiyyət olan insanların başqalarını damğalamaq üsulu kimi görülə bilər. Anladım ki, sağlamlığa təsir və sağlam qidaya həvəsləndirmək üçün tərifləmək, mühakiməsiz və müsbət şərhlər vermək lazımdır.

Fotonun müəllifi CHARLY TRIBALLEAU
Image caption Fransada yerləşən Courtonne-la-Meurdrac ibtidai məktəbində uşaqlar bufetdə nahar zamanı. Bu məktəb, şagirdlərini eksklüziv olaraq orqanik qida ilə təmin edir.

Jillian Cavanaugh: Mənim ilk araşdırma layihəm İtaliyanın Bergamo qəsəbəsində olmuşdu.

Burada insanların yerli dilə, (mən fərqli dil adlandırsam da, əksəriyyət dialekt deyə xitab edir) nə dərəcədə və necə bağlı olduğunu araşdırırdım.

İnsanların müasir olduqları halda, keçmişlərinə bağlı qalması mənə maraqlı gəlmişdi. Səbəb isə həqiqətən də mürəkkəb idi. Bunu bacarmaq üçün insanların seçdiyi bir yol da yeməkdir.

Zorla donuz əti yedirtmək

MSK: Mən Danimarkada "donuz əti" (pork) və "donuz" (pig) sözlərinin dəyişən mənaları üzrə bir yazını tamamlamaq üzrəyəm.

Donuz əti Danimarkada ənənəvi qida sayılır və son 10 il ərzində bayağı milliyyətçilik ilə əlaqələndirməyə başlanılıb.

Bir neçə il əvvəl bəzi məktəbəqədər təhsil müəssisələri, qloballaşma və immiqrasiya fonunda menyülərindən donuz ətini çıxarmağa qərar verirlər və bu, narahatçılığa səbəb olur.

Bəzi siyasətçilər vəziyyəti arzuolunmaz qlobal təsir kimi gördülər.

Bir qəsəbə bələdiyyəsi hətta, məktəbəqədər müəssisələrdə "Danimarka yeməkləri" təklifi irəli sürüb, səs verdi.

Populist Danimarka Xalq Partiyasının bir üzvü buraya donuz ətinin də daxil olduğunu demişdi. Yəni, dini fərqlər nəzərə alınmadan uşaqlara donuz əti veriləcək.

Çovdar çörəyi elmi səslənən "sağlamlıq" mənasında irəli sürülsə də, donuz əti ənənə kimi təqdim olunurdu. Burada anti-immiqrasiya, ələlxüsus anti-müsəlman hissini sezməmək qeyri-mümkündür.

Və 2016-cı ildə Danimarkanın Mədəniyyət Nazirliyi vətəndaşlarından Danimarka dəyərlərinin əsasları haqqında fikir bildirməklərini istəyib. Nazir mücərrəd cavablar gözləsə də, donuz əti adı bir neçə dəfə çəkilmişdi.

Bu hallar göstərir ki, donuz əti danimarkalıların yediyi, adi qidadan Danimarkaya məxsus bir simvola çevrilməyə başlayır. Üstəlik, donuz əti yeyirsənsə, immiqrasiyaya qarşı aktiv fikir bildirmiş kimi olursan.

Fotonun müəllifi Francis Dean
Image caption "Donuz əti danimarkalıların yediyi gözə dəyməyən qidadan Danimarkaya məxsus bir simvola çevrilməyə başlayıb"

Digər tərəfdən Danimarka böyük donuz əti istehsalatçısıdır. İnsanlar da bu yolla ətraf-mühitə dəyən ziyanı müzakirə edirlər və donuz əti gündəlik danışıqda da öz əksini tapır.

Danimarkaca "svin" sözü donuz və ət üçün istifadə olunur. Və başqa bir söz olan "gris" yalnız heyvanlara xitabən işlədilir.

Kommersiya mənasında gris artıq svin-i əvəz etməyə başlayıb, çünki svin neytral mənasından çıxaraq, daha neqativ mənada işlənməyə başlanıb.

Veqan olmaq unikallıq deyil

JC: Əvvəllər bir çox şey qəbul edilən qidalarla yox, insanın işi ilə ölçülürdü. Son vaxtlar isə yerdəyişmə baş verib və yemək özümüzü ifadə etmənin mərkəzinə yer almağa başlayıb. Qida mediası bumu ilə gələn seçimlər və fərqlilik potensialı sayəsində sağlam qidalanmanın saysız yolları başgicəlləndirici vəziyyətə çatıb.

MSK: Qida həmişə bir icmanı əks etdirmək və digərlərindən fərqlənmək vasitəsi olub. Veqan olmaq insanı xüsusi və ya unikal etmir, sadəcə olaraq səni veqanlardan ibarət başqa bir qrupun parçasına çevirir.

Fotonun müəllifi Pacific Press
Image caption Vegan olmaq səni veganlardan ibarət başqa bir qrupun üzvünə çevirir.

Artıq istədiyimiz icmanı seçmək qabiliyyətindəyik və biz, qida davranışı, oriyentasiya, fiziki məşğələ və geyimlərimizə uyğun müxtəlif icmalar və ya qruplar seçə bilərik. Bəzən bu icmalar üst-üstə düşür, bəzən yox.

Ailəvi yemək

MSK: Araşdırmalar göstərir ki, Birləşmiş Ştatlarda ailələr qidanın sağlam olub-olmadığı, İtaliyada isə dadlı olub-olmadığı haqqında danışırlar. Bu isə təzadlı səslənir, çünki ABŞ-da köklükdən əziyyət çəkən insanların sayı en qədərdir.

Fotonun müəllifi Awakening
Image caption İtaliyada ailələrdə yeməyin dadlı olub-olmadığı haqqında danışırlar.

KR: Birlikdə yemək heç də bütün mədəniyyətlərdə norma hesab olunmur. Ailə yeməkləri yeyən insanlar adətən yemək əsnasında söhbət etmirlər - bu, diqqətyayındırıcı hesab olunur.

Onlar uşaqlarına qidaya qarşı diqqətli olmağı və onun üçün şükr etməyi təlqin edirlər.

Marquesas-da söhbətlər ərzaqların toplanması və yemək hazırlanması əsnasında baş tuturdu, yeyən zaman yox.

Fotonun müəllifi The Washington Post
Image caption "Adam hər kəsin ailəvi yemək yediyini fikirləşir, amma bu daha çox sinif və irq ilə bağlıdır".

JC: Ailə üzvlərilə birlikdə yemək məsələsi adətlərlə, həyat tərzi və hətta irqlərlə bağlıdır.

İmkanı çatanların və 9 və 5 arası işləyənlərin müntəzəm şəkildə şam yeməyi etmək şansı var. Lakin növbəli işləyənlər, iki və ya üç işdə çalışanlar, yaxud müxtəlif mədəni ənənələri olanlar bunu etmirlər.

Bu bir az da mənəvi məsələyə çevrilib - ailəvi yemək yemirsənsə, uşaqlarınla həqiqətən də mühüm əlaqəni itirmiş olursan mesajı... İnsanları uğursuz olduqlarına inandırırlar sanki.

MSK: Məsələ indi bu qədər ciddi müzakirə olunur. Əgər tarixə nəzər salsaq, bəzi dövrlərdə uşaqların valideynləri ilə yemək yeməsi və ya danışması qadağan olub. Ailəvi yemək ideyasının əhəmiyyəti yanlış aşılanır.

Ailəvi yemək yeyənlərin söhbətləri dəmi mədəni fərqləri əks etdirir, yoxsa bu söhbətlər mədəniyyət formalaşdırmağa kömək olur?

MSK: Bəzən cəmiyyətdə böyük ölçüdə baş verən hadisələrin əksini ailəvi yeməklərdə görmək mümkün olur.

Məsələn, bir İsveç araşdırmasının sənədlərində, bərabərçiliyin əsasının ailəvi yeməklər zamanı qoyulduğu göstərilir.

Məncə, ailəvi yeməklər həm mədəniyyətin hərəkətdə olduğu, həm də insanların necə yaxşı vətəndaş ola biləcəklərini öyrəndiyi bir prosesdir.

MSK: Ailəvi yeməklər heç də cəmiyyətin təcrid etdiyi bir proses deyil və ailəvi yeməklərin sayının azalması (və bununla bağlı yaşanan mənəvi həyəcan) qloballaşmanın yox, yemək vərdişlərinin dəyişməsinin göstəricisidir.

Fotonun müəllifi Christian Science Monitor
Image caption Ailəvi yeməklərə təsir edən ən böyük şey hazır qidaların əlverişli olmasıdır

Evdə yediyimiz müxtəlif növ qidaların əlverişliliyi qloballaşma ilə dəyişir. Lakin ailəvi yeməklərə iki ən böyük təsiri, sənayeləşmə və hazır qidaların əlçatan olması edib.

Bir çox yerlərdə, əsasən də ABŞ-da, insanlar hazır yeməyi alıb, isidib yeyə bilərlər. Eyni masaya əyləşsələr belə, ailə üzvləri fərqli qidalar yeyə bilər. Bu isə böyük dəyişiklikdir.

Bəs iş yerində yemək necə?

MSK: Bir tələbəm iş yerlərində yemək vərdişləri araşdırması üzərində işləyirdi və tortların böyük gücü olduğunu izah edirdi.

Hər kəs tort haqqında danışılanda özünü heç yemirmiş kimi göstərməyə çalışır. Ofisdə tort olarsa, hamı bir dilim istəyəcək!

Fotonun müəllifi The Washington Post
Image caption "Keks iş yerində hər kəsi birləşdirən bir dəyərdir sanki"

Tort hamı üçün ortaq razılaşma nöqtəsidir. Keks iş yerində hər kəsi birləşdirən bir dəyərdir sanki.

Yemək şəkilləri

KR: İnsanlar söhbət etmək əvəzinə yeməklərinin şəklini çəkib, sosial mediaya paylaşdığı zaman qidanın multi-həssas aspektlərini itirmiş olurlar.

Fotonun müəllifi NICOLAS ASFOURI
Image caption "İnsanlar söhbət etmək əvəzinə yeməklərinin şəklini çəkib, sosial mediaya paylaşdığı zaman qidanın multi-həssas aspektlərini itirmiş olurlar"

Hazırda təkcə ərzaqlar yox, yemək hazırlamaq üçün bütün vasitələr evlərə çatdırılır.

Bu isə yemək bişirmə prosesini tərənnüm edir və insanları masaya öz bişirdikləri yeməyi qoymağa həvəsləndirir.

MSK: Məni həm də insanların hazırda müxtəlif pəhrizlərin arxasınca düşməsi narahat edir. Elə pəhrizlər ki, sağlam olmadığı halda belə, asanlıqla internetdə "təsdiqini tapdığına" görə insanlar tərəfindən seçilir.

Bu, qidanın köməyilə sosiallaşmanı məhv edir. Yemək yeyərkən bir-birimizi görürük, eyni qidanı qəbul edirik və icma yaranma prosesində iştirak edirik.

Yemək pozğunluğu artan bir problemdir və pozğunluq ilə normal davranış arasındakı incə xətt günbəgün daha da pozulur.

Fotonun müəllifi JUSTIN TALLIS
Image caption "Qidanın və ərzağın səyahət yolları gözəgörünməzdir və orijinal sözü istehsalçılar ilə istehlakçılar arasında məsafəni azaltmaq üçün istifadə olunur"
Fotonun müəllifi JUSTIN TALLIS
Image caption Fermer bazarları super-marketlərdə sonsuz sayda gördüyümüz ərzağa dəyər yükləmək yolu kimi qiymətləndirilir

Qida ilə bağlı söhbətlər gələcəkdə nəyə aparacaq?

KR: Mən buna pessimist yanaşıram.

Hər şeyi dəyişmək üçün biz qida ilə bağlı mesajları daha ləzzətli ötürməliyik və insanların təəssüb hiss etməsi üçün özümüzü yaxşı dil ilə silahlandırmalıyıq.

Mən sağlam və davamlı qidanı ləzzətli, əlçatan və münasib qiymətli etmək istəyirəm.

JC: Müzakirələr iqlim dəyişikliyi, əhali artımı və obezeliyi əhatə edərək- ekoloji, bioloji və sosial cəhətdən - davamlılığa doğru gedir. Və qidamızın haradan gəlməsini öyrənmək trendi daha normallaşacaq.

MSK: Mən də narahatam, çünki çirklənmə, davamlılıq, artıq istehsal, emal olunmuş qidalar və artıq qatqılardan istifadəni yaxşı başa düşən yaxşı təhsilli, xoşməramlı və iqtisadi baxımdan güclü insanlar ilə müxtəlif səbəblərdən bu məsələlərlə ayaqlaşa bilməyən yerdə qalan insanlar arasındakı boşluq getdikcə böyüyür.

Bu da əhalisinin bir hissəsi daha az mənəvi sağlamlıq və qabiliyyətə malik cəmiyyətdəki digər fərqlərin üzərinə əlavə olur.

Bu barədə daha geniş