ABŞ-da atışma: Ən azı 12 nəfər öldürülüb

Bələdiyə kompleksinin binası Fotonun müəllifi Reuters

ABŞ-ın Virginia ştatındakı dövlət binasında baş verən kütləvi atışma nəticəsində ən azı 12 nəfər həlak olub.

Polis bildirir ki, binaya daxil olandan sonra kimə gəldi atəş açan şəxs uzun müddət ərzində Virginia Beach şəhər bələdiyyəsinin işçisi olub.

Şübhəlinin atışma vaxtı öldürüldüyü bildirilir.

Bir sıra bələdiyyə xidmətlərinin yerləşdiyi inzibati kompleksdə baş verən atışma haqqında ilk xəbər cümə günü yerli vaxtla saat 16:00 (Bakı vaxtı ilə 22:00) daxil olub.

Bundan sonra hadisə yerini mühasirəyə alan polis binadakı insanları təxliyə etməyə başlayıb.

Atışma vaxtı bir nəfər binanın kənarında, qalanlar isə kompleksin içində qətlə yetirilib, polis rəisi James Cervera yerli mediaya deyib.

Hadisədə bir polis zabitinin də xəsarət aldığı bildirilir.

Bu barədə daha geniş