FİFA - 2019: niyə qadın futbol komandalarına daha az ödəniş edilir?

ABŞ-ın milli qadın komandası 2015-ci il kubokunda qalib gəlmişdi. Fotonun müəllifi Getty Images
Image caption ABŞ-ın milli qadın komandası 2015-ci il kubokunda qalib gəlmişdi.

Qadın futbolu bütün dünyada getdikcə daha çox populyarlaşmaqdadır. FİFA-nın bu il keçirilən Qadınlararası Dünya Çempionatını 1 milyarda yaxın insanın izləyəcəyi proqnozlaşdırılır.

Amma qadın futbolçular onlara verilən maaş və pul mükafatlarının nə üçün kişilərə verilən məbləğlərdən az olduğunu getdikcə daha çox dilə gətirirlər.

2015-ci il çempionatında qalib gəlmiş ABŞ milli komandasının üzvü Hope Solo da FİFA-da qadın və kişilərin pul mükafatları arasındakı böyük fərqin "kişi şovinizminin möhkəmlənməsinin göstəricisi olduğunu" deyib.

Bəs, bu fərq nə qədərdir?

Kişilərə qadınlardan 10 dəfə çox pul verilir

Fransada keçkiriləcək builki çempionatda qalib komandaya əvvəlki turnirlərdən iki dəfə çox, yəni 4 milyon dollar mükafat veriləcəyi gözlənir.

Digər komandalara verilən pul mükafatları 750 min dollardan başlayır və komandaların tutduqları yerlərə görə dəyişir.

FİFA qadınlar çempionatında yarışan komandalara toplam 30 milyon dollar mükafat ayırıb.

Fotonun müəllifi Getty Images

Kişilərin keçən ilki dünya çempionatında isə pul mükafatı bundan 10 dəfədən də çox - 400 milyon dollar olmuşdu.

Hər bir qadın komandasına mükafatdan başqa verilən hazırlıq xərcləri və təzminatlar da daxil toplam 800 min dollardan bir qədər çox pul ayrılıb, kişi komandalara verilən məbləğsə 1,5 milyon dollar olub.

Qadın və kişi komandalar arasındakı bu uçurum iki çempionatın gəlirləri arasındakı fərqlə izah edilsə də, FİFA rəsmiləri qadınlar arasında dünya çempionatının kişilərin çempionatından fərqləndirilməyəcəyini, çünki haqların paket şəklində satın alındığını deyir.

Oyunçular pul mükafatının hamısını ala bilirlərmi?

FIFA mükafatları komandaların oyunçulara yox, milli futbol federasiyalarına verir, onlar da həmin məbləğin nə qədərinin oyunçulara ödənəcəyini, nə qədərinin invesitiya şəklində digər sahələrə sərf ediləcəyini müəyyənləşdirilirlər.

Bu tənzimlənmə üçün, adətən, oyunçuları təmsil edən həmkarlar təşkilatları və qurumlarla razılığa gəlinir, cəmiyyətə bununla bağlı məlumat verilmir.

Fotonun müəllifi EPA

Avstraliyanın qadın milli komandası pul mükafatının 30 faizinin kəsilməsiylə bağlı razılığa gəlindiyini açıqlayıb.

Münasibətini öyrənməyə çalışdığımız digər komandalar bu haqda məlumat vermək istəmədilər.

ABŞ-da qadın futbol komandasının tarixini araşdıran Caitlin Murray deyir ki, "Günün sonunda qadınların pul mükafatı kişilərə verilən məbləğlə müqayisədə o qədər kiçilir ki, oyunçular klub maaşlarından, sponsorlardan və federasiya gəlirlərindən getdikcə daha çox asılı vəziyyətə düşürlər".

Futbolçu həmkarlar ittifaqlarının Avropada yaratdığı "Fifpro" təşkilatı qərbi Avropadakı qadın futbolçuların klublardan aldıqları aylıq maaşların

1 000-2 000 avro arasında olduğunu, ulduz futbolçuların, adətən, daha çox qazandığını açıqlayıb.

Daha yoxsul ölkələrdə oyunçular milli futbol federasiyalarından bundan qat-qat az maaş ala bilirlər.

FIFA isə futbolda qadınları cəsarətləndirmək istiqamətində irəliləyiş əldə etdiklərini bildirir.

Qurumun qadın futbolu blokunun rəhbəri Sarai Baremen deyir ki, "pul mükafatı FİFA-nın qadın futbolunu inkişaf etdirmək üçün xərclədiyi vəsaitin çox kiçik hissəsidir".

FIFA qarşıdakı 3 ildə qadın futboluna birbaşa 500 milyon dollara yaxın sərmaye ayrılacağını açıqlayıb.

Ədalət axtarışında

Dünyanın dörd bir yanında futbolda cinsi bərabərliklərlə bağlı ədalət axtarışı gedir. ABŞ-da milli qadın komandası maaşların bərabərləşdirilməsiylə bağlı milli futbol federasiyasına qarşı rəsmi addımlar atıb, Avstraliyada isə qadın oyunçular qadın və kişi futbolçuların maaşları arasındakı uçurumun aradan qaldırılmasıyla bağlı FIFA-ya müraciət ünvanlayıblar.

Fotonun müəllifi Getty Images
Image caption Amerikalı oyunçu Negan Rapione qadın futboluna uzun illərdir investisiya qoyulmamasından şikayətlənir.

Nigeriyanın qadın milli komandasının oyunçuları 2016-cı ildə qalib gəldiyi Afrika çempionatından sonra bəlli miqdarda pulun onlara ödənilməməsinə etiraz olaraq otellərin birində etiraz aksiyası keçirmişdilər.

Yeni Zenlandiyada 2018-ci ildə əldə edilmiş bir razılaşmaya əsasən qadın və kişi komandalara verilən maaş və pul mükafatlarının eyni olması istiqamətində bəzi addımlar atılıb.

2017-ci ildə Norveçdə qadın və kişi komandaların ödənişləri bərabərləşdirilib.

Hollandiyada isə 2021-ci və 2023-cü illər aralığında futboldakı ödənişlərdə qadın-kişi bərabərliyinə nail olmaq üçün razılaşma əldə edilib.

Bu barədə daha geniş