Yaxşı turist olmaq üçün nə etməli?

Bura turzim məkanıdır yoxsa bazardır? İstanbulun Qapalı çarşı bazarına gündə 400000 insan baş çəkir - yerli sakinlər və turistlər Fotonun müəllifi Getty Images
Image caption Bura turzim məkanıdır yoxsa bazardır? İstanbulun Qapalı çarşı bazarına gündə 400000 insan baş çəkir - yerli sakinlər və turistlər

Səyahət edənlərin sayı artmaqdadır və bu, çox yaxşıdır. Səyahət edən insan dünyagörüşünü genişləndirir.

Lakin seyr edilməmiş qalan və bir ömür boyu mütləq ziyarət edilməli yerlərin siyahısı daralmaqdadır.

Aşırı turizm dünya boyu şəhərləri boğur. Problem yaratmamaq üçün turist səyahətinə çıxanlar nə etməlidir?

Problem nədədir?

Fotonun müəllifi Getty Images
Image caption "Turizm şəhəri öldürür", - antiturizm etirazçılarının bu plakatında bildirilib. Şəhərlərlə yanaşı kənd yerlərinin də ekosisteminə turizmdən zərər dəyir.

Aşırı turizm qlobal problemə çevrilib: Peruda Maçu Piçu; Şotlandiyada mənzərəli Skye adası; Yaponiyanın Kioto şəhərində geyşaların Gion məhəlləsi; Amsterdamda Qırmızı Fənərlər məhəlləsi; Venesiya kanalları; Kaliforniyanın çiçəklənən xaşxaş sahələri; turistlər üçün hazırda qeyri-müəyyən vaxtadək bağlanmış Tailandın Maya buxtası; əməkdaşlarının həddindən çox seyrçi kütləsi olmasına görə etirazını bildirib tətil etdiyi və buna görə də bu yaxınlarda bağlanıb, sonradan yenidən açılan Parisin Louvre muzeyi.

Bütün bu yerlərn əməkdaşları aşırı dərəcədə turist kütləsinin öhdəsindən gələ bilmir.

Ziyarətçilər sıxlıq yaradır, ətrafı zibilləyir, ətraf mühitə zərər vururlar, yerli adət-ənənəyə hörmət göstərmirlər, özlərini biədəb və sərxoş kimi aparırlar, ev kirayəsi bazarını bahalaşdırırlar.

Eyni zamanda heç kimə səyahət etməyi də qadağan etmək olmur. Odur ki, "daha yaxşı turist necə olmaq olar" sualı yaranır.

"Mən ora niyə getmək istəyirəm?"

Fotonun müəllifi AFP
Image caption Kambocanın Anqkor Vat məbədi Qırmızı kxmerlər hökmranlığı dövrünə və cəngəlliyin təsirinə tab gətirə bilib, amma görəsən, kütləvi turizmin təsirinə də tab gətirə biləcəkmi?

2013-cü ildə jurnalist Elizabeth Becker aşırı turizm probleminə həsr olunmuş "Yerlər tutulub: sürətlə artan səyahət və turzm biznesi" kitabını yazıb.

"O zaman yazdıqlarımı heç kim anlamırdı", - o qeyd edir, lakin o zaman yazılanlar indi reallığa çevrilib.

BMT-nin Ümumdünya Turizm Təşkilatının yanvar hesabatında qeyd olunduğu kimi, 2018-ci ildə beynəlxalq turistlərin sayı 1,4 milyarda çatıb.

Müqayisə üçün 1950-də onların sayı 25 milyon, 1998-ci ildə - 602 milyon, 2008-ci ildə - 936 milyon təşkil edib.

Proqnozlara görə, 2030-cu ildə bu göstərici 1,8 milyarda çatacaq.

Bu cür artımın bir çox səbəbi var: qlobal orta təbəqənin böyüməsi, aviabiletlərin ucuzluğu, sosial media və hökümətlər səviyyəsində müəyyən edilən ambisiyalı turizm hədəfləri.

Fotonun müəllifi AFP/Getty Images
Image caption Perunun məşhur Maçu Piçu turizm zonası. Qədim ink şəhərinin qalıqlarını ziyarət etməyə gələn turistlərin sayına gündəlik 2500 nəfərlik hədd qoyulub.

Odur ki, bu sahədə ümumi vəziyyətin yaxşılaşdırılmasına kömək etmək istəyən turist seçdiyi yerə nəyə görə getmək istədiyi sualını özünə verməlidir.

"Sual edilməlidir ki, siz həmin yeri gedib görmək istəyirsiniz, yoxsa camaata özünüzü göstərmək ki, orada olmusunuz?" - Avropa Səyahət Komissiyasının icraçı direktoru Eduardo Santander deyir.

Fotonun müəllifi Getty Images
Image caption Siz təbiətdən xoşlanmaq üçün Qalapaqos adalarını ziyarət etməyi istəyə bilərsiniz, amma görəsən, səfərinizin təbiətə göstərdiyi təsir barədə düşünməlisinizmi?

"Səfər səthi planlaşdırılanda, səyahətdən alınan təəssürat da səthi olur", - jurnalist Becker deyir.

O, səyahətə yaxşı hazırlaşmağı məsləhət görür.

Əks halda səfərin yerli sakinləri əsəbiləşdirən və aşırısaylı turist kütləsinin yaranmasına gətirib çıxaran "ayaqüstü turizmə" çevrilə bilər.

Digər bir yanaşma nəyə gəldi baxmaqdansa, özünüz üçün nə etmək və nəyi görmək istədiyinizi aydınlaşdırmaqdır.

"Əgər nəyəsə ürəyiniz yatmırsa, turist səyahətinizdə onu etməyin: misal üçün, yaşadığınız yerdə muzeylərə getmirsinizsə, onda misal üçün, Parisə səyahət zamanı da Louvre muzeyinə gedib oradakı kütlənin sayını artırmağa dəyməz", - Elizabeth Becker deyir.

Səyahətinizi genişləndirin

Fotonun müəllifi Getty Images
Image caption Turistlərlə həmişə dolu olan Tailandın Maya buxtası indi bağlanıb. Məqsəd buxtanın ekosisteminə bərpa olunmaq imkanının yaradılmasıdır.

"Misal üçün, Praqaya səyahət edirsinizsə, iki gün əvəzinə orada bir həftə keçirin və turistlərin toplaşdğı yerlərdən yayının", - Becker deyir.

"Parisə gedirsinizsə, Eyfel Qülləsini seyr edəcəyiniz başa düşüləndir. Lakin yalnız məşhur turist yerlərinin ziyarəti xətrinə ziyarət edilməsi aşırı turizm problemini daha da dərinləşdirir, - turistlərin sıxlıq yaratdığı yerlərdənsə, səyahətinizin hüdudlarını genişləndirməyə çalışın", - jurnalist məsləhət görür.

Turist tətbiqlərindən istifadə edin

Fotonun müəllifi Getty Images
Image caption "Sənin lüks səyahətin, mənim gündəlik müsibətim deməkdir", - bəzi Barselona sakinləri deyirlər ki, turistləti yerləşdirmək səbəbindən. özləri şəhəri tərk etməli olublar.

Turist izdihamı olan yerlərə gedib daha böyük sıxlıq yaratmamaq üçün tətbiqlərdən istifadə edə bilərsiniz.

Washington-da mənzillənən Məsuliyyətli Səyahət Mərkəzinin direktoru Martha Honey Amsterdamda işləyən bir tətbiqi misal çəkib.

Həmin tətbiq turistlərin telefonuna şəhərin ziyarətçilərlə dolu olduğu yerlər barədə məlumat göndərir.

Dəniz kruizlərinə gəldikdə isə Martha Honey kiçikölçülü gəmiləri seçməyə məsləhət görür.

"Venesiya, Barselona, Dubrovnik kimi yerlərə kiçik gəmilərdə səyahət etmək daha yaxşıdır, çünki kiçik gəmilərdə əsas turist kütləsinin az baş çəkdiyi kiçik limanlara yol tapmaq daha asan olur.

Islandiya təcrübəsi

Fotonun müəllifi Getty Images
Image caption Islandiyada aşırı turizmin öhdəsindən gəlmək üzrə əməli təcrübə toplanıb.

Islandiyanın cəmi 340 min əhalisi var, lakin 2018-ci ildə ölkəyə 2,3 milyon turist səfər edib.

Burada turistlərə marşrutlarını yalnız paytaxt Reykjavik və Göy Laquna ilə məhdudlaşdırmamaq, ucqar yerlərə də baş çəkmək imkanı yaradılır.

Promote Iceland şirkətinin PR meneceri Sigríður Dögg Guðmundsdóttir deyir ki, bu təşəbbüs iqtisadiyyata pul gətirməklə yanaşı yerli sakinlərə də kömək edir.

"Turist bizim üçün investordur, İslandiyanın ucqarlıqlarında işləyən şirkətlər üçün turistlər dəstəkdir", - Sigríður Dögg Guðmundsdóttir qeyd edir.

Nəzakətli olmaq

Fotonun müəllifi Getty Images
Image caption Yaponyanın Kioto şəhərindəki bu plakatda turistlərdən geyşalara toxunmamaq və digər xoşagəlməz hərəkətlər etməmək xahiş olunur.

Aşırı turizm təkcə turistlərin say məsələsi demək deyil: bu problem həm də turist kimi gələnlərin yerli mədəniyyəti, yerli adət-ənənələri bilməmələriylə bağlıdır.

"İnsanlar addımlarını düzgün atmaq istəyirlər, onlara bunu necə etməyi bildirmək lazımdır", - Guðmundsdóttir deyir.

İslandiya və Yaponiya da daxil, bir çox turist məkanlarında ziyarətçilərin maarifləndirilməsi kampaniyasına başlanıb.

İslandiyada turistlərə avtomobil yollarının xaricində olan ərazilərdə maşın sürməmək, yaşıllıq, ot örtüyü olan yerləri tapdalamamaq, dərə-təpəli yerlərdə selfi çəkdirməmək tövsiyə olunur.

Yaponiyada, Kioto şəhərində isə turistlərə maarifləndirici vərəqələr və bukletlər paylanır.

"Turistlər unutmamalıdırlar ki, ziyarət etdikləri məkanı yerli sakinlər onlara yalnız kirayəyə verib", - Yaponiya Milli Turizm Təşkilatının qlobal strategiya qərargahının icraçı direktoru Tadaşi Kaneko deyir.

Qalacağın yer barədə məlumat öyrən

Fotonun müəllifi Getty Images
Image caption San Francisco, California kimi şəhərlərdə kirayədə yaşayan yerli sakinlər turist axınından narazıdırlar, çünki turistlərə yer vermək üçün ev sahibləri onları evlərdən çıxarır.

Müasir turistlər arasında səyahət edilən şəhərdə, misal üçün, Airbnb saytı vasitəsilə qalmağa yer tapmaq praktikası geniş yayılıb.

Amma elə Airbnb-dən istifadə edənlərin təcrübəsi göstərir ki, bəzən belə evlərlə bağlı problemlər ortaya çıxa bilər.

Məsuliyyətli Səyahət Mərkəzinin direktoru Martha Honey turistlərə qalmaq üçün seçdikləri yeri yaxşıca yoxlamağı məsləhət görür.

"Google-da axtarış edin. Barselona, Charleston, Cənubi Carolina və ya Savannah [ABŞ, Corciya ştatı] kimi şəhərlərdə böyük sayda mənzillərin qısa müddətə kirayəyə verilməsinin təsiri hiss olunur", - Honey deyir.

Planınızı yaxşı qurun

Fotonun müəllifi Getty Images
Image caption Əgər siz daşlarla mistik bağlılıq duyursunuzsa yayda günün uzunluğunun maksimuma çatdığı dövrdə Britaniyadakı Stonehenge turist məkanını ziyarət etmək ən yaxşı seçim olamya bilər.

Bəs səyahətə ilk dəfə çıxanlar və ya səyahət büdcələri məhdud olan turistlərə nə məsləhət verilə bilər?

Becker deyir ki, səyahətə çıxmaqdan əvvəl büdcənin nə qədər olduğunu bilmək lazımdır, çünki bu, bədxərcliyin də qarşısını almağa kömək edər.

"Pulunuz məhduddursa, səfərinizi daha yaxşı planlaşdırmalısınız, - o deyir. - Ziyarət edəcəyiniz yeri, ora gedəcəyiniz vaxtı, daha ucuz mənzili, daha ucuz aviabileti axtarmaq xərc tələb etmir".

Fotonun müəllifi Getty Images
Image caption Hindistanın Ceypur şəhərində olduğu kimi turist səfərlərindən çox vaxt gözəl təəssüratlar yadda qalır.

Maraqlıdır ki, aşırı turizm təkcə yerli mədəniyyətlər üçün yox, turistlərin özü üçün də bəzən xoşagəlməz ola bilər.

"Bəzən aşırı turizm ölkə barədə təəssürat toplamaq üçün yalnız yeganə imkan əldə etmiş səyahətçinin planlarını poza bilər" - Məsuliyyətli Səyahət Mərkəzinin icraçı direktoru Samantha Bray deyir.

Elizabeth Becker isə hesab edir ki, hər bir turist ziyarət etdiyi yerə pulla aldığı baxımlı bir yer kimi yanaşmamalıdr - özünü öz evində necə aparırsa, turist kimi gəldiyi yerdə də elə aparmalıdır.

"Bir çox insan hesab edir ki, onlarda istədikləri yerə səyahət etmək haqqı var", - Becker deyir.

Lakin o hesab edir ki, əslində bu, imtiyazdır: "Səyahət etmək hüququ mövcud deyil".

Bu barədə daha geniş