Çinin müsəlmanları: uşaqları valideynlərindən ayıran Sincan məktəbləri

Composite of missing children
Image caption Missing in China; some of the family portraits handed to us in Turkey by Uighur parents looking for information about their children back home in Xinjiang

Yeni araşdırmaya görə, Çin özünün uzaq qərb əyaləti olan Sincanda bilərəkdən müsəlman uşaqları ailələrindən, dini inanclarından və dillərindən qoparır.

Yüz minlərlə insanın nəhəng düşərgələrdə həbs edildiyi bir vaxtda, internat məktəblərin tikilməsi üçün genişmiqyaslı kampaniyalar həyata keçirilir.

BBC ictimaiyyət üçün açıq olan sənədlərdən istifadə edərək və xaricdə yaşayan ailə üzvlərindən müsahibələr almaqla bu bölgədəki uşaqların həyatı ilə bağlı ətraflı məlumat toplamağa çalışıb.

Məlum olub ki, təkcə bir qəsəbədə 400-dən çox uşağın hər iki valideyni ya düşərgəyə, ya da həbsxanaya göndərilib.

Sincanın yetkin yaşına çatmış sakinlərinin kimliklərini dəyişdirmə cəhdləri ilə yanaşı, uşaqların da öz köklərindən uzaqlaşdırılması siyasətinin həyata keçirildiyi aydın olub.

Image caption Hotan uşaq bağçasında da bir sıra digərləri kimi yüksək təhlükəsizlik tədbirləri görülüb

Sərt nəzarətin həyata keçirildiyi Çinin Sincan əyalətində xarici jurnalistlər izləndiyi üçün burada şahidlərdən müsahibə almaq mümkünsüzdür. Lakin bu cür müsahibələri Türkiyədə həyata keçirmək mümkündür.

İstanbulda yerləşən böyük bir zalda onlarla insan öz hekayələrini danışmaq üçün növbəyə düzülüblər. Onların bəziləri indi Sincanda qalmış uşaqların fotolarını saxlayırlar.

"Bilmirəm indi onlara kim baxır", üç azyaşlı qızının şəklini göstərən ana deyir.

"Onlarla heç bir əlaqəm yoxdur".

Üç oğlu və qızının fotosunu saxlayan digər bir ana isə göz yaşlarını saxlaya bilmir. "Eşitmişəm ki, onları yetimlər üçün sığınacağa yerləşdiriblər", o deyir.

60 müxtəlif müsahibənin ardından narahat və kədərli valideynlər və digər qohumları Sincanda yüzdən çox uşağın yoxa çıxdığını bildirilər.

Fotonun müəllifi Getty Images
Image caption Uyğur kişilər Sincanda qəzet oxuyur (2015)

Onlar uyğurlardır - Sincanın ən böyük, müsəlman etnik qrupu. Onlar həm dil, həm də inanc baxımından özlərini Türkiyəyə yaxın bilirlər.

Minlərlə uyğur təhsil almaq, işləmək, ailələrini ziyarət etmək və ya Çinin uşaq doğuşuna nəzarət sistemindən yaxa qurtarmaq və artan dini repressiyalardan qaçmaq üçün məhz bu ölkəyə üz tutub.

Lakin son üç ildə Çin yüz minlərlə uyğuru və digər azlıqları nəhəng düşərgələrdə həbs etməyə başlayandan bəri bu insanlar geri qayıda bilmirlər.

Çin rəsmilərinin bildirdiyinə görə, uyğurlar zorakı dini ekstremizmə qarşı təşkil edilmiş "peşəkar təlim mərkəzlərində" təhsil alırlar.

Lakin əldə olunan sübutlara əsasən bir çoxları sadəcə öz inanclarını ifadə etdikləri üçün - ibadət etdikləri və ya hicab geyindikləri - və ya Türkiyə kimi ölkələrdə əlaqələrinin olduğuna görə həbs ediliblər.

Bu uyğurların öz ölkələrinə qayıtması onların potensial həbsi deməkdir. İndi Sincanda yaşayan insanların xaricdə yaşayan qohumları ilə telefonla danışması belə çox təhlükəlidir.

Arvadı həbs olunmuş səkkiz uşaq atasının bildirdiyinə görə, o, indi uşaqlarının Çin dövlətinin nəzarətində olduğuna inanır.

"Məncə onları indi uşaq təhsil düşərgəsinə aparıblar", o deyir.

BBC tərəfindən həyata keçirilən yeni tədqiqat bu və minlərlə digər uşaqlara nə baş verdiyini üzə çıxarıb.

Almaniyadan olan Dr Adrian Zenz Çinin Sincanda müsəlmanları kütləvi həbsini ifşa etməsi ilə tanınır. Onun ictimaiyyət üçün açıq olan rəsmi sənədlərə əsaslanan məruzəsi Sincanda məktəblərin görünməmiş genişləndirilməsi siyasətinə işıq salır.

Düşərgələr genişləndirilib, yeni yataqxanalar tikilib və həcmi kütləvi şəkildə artırılıb. Dövlət həbs düşərgələri tikməklə yanaşı, uşaqlara nəzarət gücünü də artırır.

Aydın olur ki, hədəfdə təkcə bir etnik qrup var.

Təkcə bir ildə, 2017-ci ildə Sincan əyalətində uşaq bağçasına götürülmüş uşaqların sayı yarım milyonu keçib. Dövlətin rəsmi sənədlərinə əsasən bu artımın 90 faizini uyğurlar və digər müsəlman azlıqlar təşkil edir.

Nəticədə isə Sincan məktəbəqədər tərbiyə müəssisələrinə qəbul Çində ən yüksək yerə qalxıb.

Yalnız Sincanın cənubunda, uyğurların ən çox saxlandığı bölgədə, hökumət uşaq bağçalarının tikintisinə və təmirinə 1.2 milyard dollar xərcləyib.

Cənab Zenz-in təhlilinə əsasən, bu tikinti bumu əlavə böyük yataqxanaların tikintisini də nəzərdə tutur.

Image caption Youyi uşaq bağçası 700 uşaq üçün nəzərdə tutulub. Onlardan 80 faizi Sintszyanın milli azlıqlarını təmsil edir

Aydın olur ki, Sincandakı bu təhsil genişləndirməsi siyasəti yetkinlik yaşına çatmış insanların həbsi ilə paralel həyata keçirilir. Bu isə valideynlərinin düşərgələrdə saxlanıb-saxlanılmamasından asılı olmayaraq demək olar ki, bütün uşaqları əhatə edir.

2018-ci ildə Sincanın cənubundakı Yeçen şəhərində iki yeni internat məktəbinin tikintisinə başlanıb.

Interactive Use the slider button to see how the school has developed

May 2019

Yechung County Number 11 and Number 10 Middle School

April 2018

Yechung County Number 11 and Number 10 Middle School

Yuxarıdakı şəkildə diyircəyi hərəkət etdirməklə tikinti prosesini izləmək mümkündür. İki nəhəng orta məktəbi futbol meydançası ayırır və onlar təxminən bir il bundan əvvəl tikilib.

Keçən ilin aprel ayında əyalət rəhbərliyi ətraf kəndlərdən 2000 uşağı yeni tikilmiş 4 nömrəli Yeçen orta məktəbinə köçürüb.

Dövlət internat məktəblərini "sosial stabillik və sülhün qarantı" kimi təbliğ edir. Cənab Zenz isə iddia edir ki, əslində buradakı məqsəd daha dərindir.

"İnternat məktəbləri azsaylı xalqların mədəniyyətlərinin yenidən formalaşdırılması üçün ideal zəmin yaradır", o bildirir.

Onun araşdırmalarına görə, düşərgələrlə yanaşı, indi uyğur və digər yerli dillərin də məktəblərdən uzaqlaşdırılmasına çalışılır.

Təhsil qaydalarına əsasən, şagird və ya müəllimlərin məktəbdə çin dilindən başqa dillərdə danışmasına görə ciddi cəza tədbirləri nəzərdə tutulub.

Rəsmi bəyanatlara əsasən, artıq Sincanın bütün məktəblərində tam çin dili təhsilinə nail olunub.

BBC-ə danışan Sincanın Təbliğat Departamentinin rəsmisi Xu Guixiang valideynsiz qalmış çoxlu sayda uşağın dövlət tərəfindən himayəyə götürülməsini təkzib edib.

"Əgər bütün ailə üzvləri peşə təlimlərinə göndəriliblərsə onda bu ailənin ciddi problemləri var", o gülərək deyir.

"Mən heç vaxt belə halla qarşılaşmamışam".

Lakin cənab Zenz-in tədqiqatında yəqin ki, ən vacib məqam, həbs olunmuş şəxslərin övladlarının internat məktəblərinə göndərildiyi və onların sayının çox olduğunu göstərən dəlillərdir.

Yerli hakimiyyətin valideynləri təlimlərə göndərilmiş və ya həbsdə olan uşaqların himayəyə götürülməsi ilə bağlı təfərrüatların yer aldığı anketlər mövcuddur.

Cənab Zenz-in aşkar etdiyi bir rəsmi sənəddə "ər və arvadın peşə təlimlərinə göndərildiyi" ailələr də daxil olmaqla, "ehtiyacı olan qruplara" bağlı təfərrüatlı məlumatlar var.

Qaşqar şəhəri tərəfindən təhsil şöbələrinə ünvanlanmış sərəncamda, valideynləri düşərgələrdə olan şagirdlərin ehtiyaclarını qarşılamaq üçün təcili tədbirlərin görülməsi tapşırılır.

Məktəblər "psixoloji məsləhət xidmətini" gücləndirməli və "şagirdlərin fikirlərinin formalaşması ilə bağlı təhsili inkişaf etdirməlidir", sərəncamda deyilir. Bu ifadə həmçinin onların valideynlərinin qaldığı düşərgələrdə də əks-səda edir.

Görünür uşaqların kütləvi halda valideynlərindən təcrid edilməsi artıq ciddi sosial problemə çevrilib və bununla bağlı bəzi tədbirlər görülür. Lakin hakimiyyət bu məsələnin ictimailəşdirilməsində maraqlı deyil.

Mövzu ilə bağlı bəzi rəsmi sənədlərin axtarış saytlarında bilərəkdən gizlədildiyi məlum olub. Bəzi hallarda böyüklərin həbs edildiyi düşərgələrin yanında uşaq bağçaları da tikilib və Çinin dövlət mediası bu halı tərifləyən xəbərlər yayıb.

Bu internat məktəbləri azlıqların uşaqlarına "daha yaxşı vərdişlərə" yiyələnməkdə kömək olur və evdəkindən daha təmiz mühit vəd edir, xəbərlərdə belə deyilir. Bəzi uşaqlar öz müəllimələrinə "ana" deyə müraciət etməyə başlayıblar.

Biz Sincan əyalətindəki bir sıra yerli təhsil şöbələrinə zəng edərək mövzu ilə bağlı rəsmi mövqeni öyrənməyə çalışmışıq. Onlardan bir çoxu bizimlə danışmaqdan imtina edib, lakin bəziləri sistem haqqında qısa məlumat verməyə razılaşıb.

Bir rəsmidən valideynləri düşərgələrdə olan uşaqların vəziyyətini maraqlandıq.

"Onlar internat məktəbləri deyil", o cavab verdi. "Biz onları ev, yemək və paltarla təmin edirik… və yuxarıdan bizə tapşırılıb ki, onlara yaxşı baxaq".

Image caption Xotan şəhərində uşaq bağçası, məftil arxasında

İstanbuldakı zalda insanlar öz hekayətlərini bölüşdükcə bir ümidsizlik və dərin qəzəb də ortaya çıxır.

"Minlərlə günahsız uşaq öz valideynlərindən ayrı düşüb və biz də elə hey bu barədə danışırıq", bir ana mənə danışır. "Niyə dünya bütün bunları bilərək susur?"

Araşdırmaya görə, Sincanda indi bütün uşaqlar "sərt təcrid tədbirlərinin" görüldüyü məktəblərdə təhsil alırlar. Bir çox məktəblərdə müşahidə sistemi, xəbərdarlıq siqnalı və 10 000 volt gücündə elektrikli hasarlar quraşdırılıb.

Bu tədbirlər 2017-ci ilin əvvəllərindən, həbslərin sayının sürətlə artmağa başladığı vaxtda həyata keçirilməyə başlayıb.

"Məncə, valideynlərin öz uşaqlarından sistemli şəkildə ayrı saxlanması onu göstərir ki, Sintszyan hökuməti öz köklərindən, dini inanclarından və dillərindən qopmuş yeni nəsil yetişdirmək istəyir", cənab Zenz hesab edir.

"Bütün bunlar mədəni soyqırımdan xəbər verir".

Bu barədə daha geniş