Boris Johnson Britaniyanın Baş naziri vəzifəsinə başlayıb

bu gün Fotonun müəllifi PA Media

Kraliça II Yelizaveta Mühafizəkarlar Partiyasının yeni lideri Boris Johnson-u Buckingham Sarayında qəbul edib.

Ənənə əsasında, Kraliça ona Baş nazir olmağı və yeni hökumət formalaşdırmağı təklif edib.

Keçmiş London meri və İngiltərə Xarici İşlər Nazirliyinin keçmiş başçısı Boris Johnson partiyasının rəhbəri vəzifəsində Theresa May-in yerini tutub.

Partiyadaxili son səsvermədə Boris Johnson rəqibi Xarici İşlər naziri Jeremi Hunt-a qalib gəlib.

Boris Johnson Britaniyanın Aİ-dən hətta təsdiqlənmiş razılaşma olmadan belə, oktyabrın 31-də çıxmasında təkid edir.

Bundan əvvəl Theresa May-in əldə etdiyi razılaşma parlament üzvlərinin böyük əksəriyyəti tərəfindən üç dəfə rədd edilmişdi.

Boris Johnson qələbə çıxışında Britaniyanın Avropa İttifaqından ayrılmasını - Brexit prosesini həyata keçirəcəyinə, ölkəni birləşdirəcəyinə və müxalifət lideri Jeremy Corbyn-i "məğlub edəcəyinə" söz verib.

Theresa May cənab Johnson-u təbrik edib və ona "tam dəstək" vəd edib.

Fotonun müəllifi Reuters

Əlaqəli mövzular

Bu barədə daha geniş