İstilərin yeni dalğası: İnsanlar necə sərinlənir? Şəkillər

istilər Fotonun müəllifi ALAIN JOCARD/AFP/Getty Images
Image caption İstilər artdıqca, Parisin mərkəzində, Eyfel qülləsinin yaxınlığındakı hovuzlara axışan insanların sayı da artmaqdadır. Güman edilir ki, bu həftə Avropanın bəzi bölgələrində iyul ayının ən yüksək temperaturu qeydə alına bilər.

Ötən ayının sonlarındakı rekord istilərdən sonra Avropa və ABŞ qızmarın növbəti dalğası ilə üzləşməkdədir.

Fotonun müəllifi Andrew Lichtenstein/Corbis/Getty Images
Image caption New York şəhərinin sakinləri Coney İsland yarımadasının sahillərinə üz tutub

Fransanın cənubunda temperatur 40C dərəcə həddini keçib. İstilərə görə atom elektrik stansiyasında cərəyanın istehsalı müvəqqəti olaraq dayandırılıb.

Qərbi Avropadakı bəzi çaylarda su nəqliyyatının aramsız fəaliyyəti pozulub.

Bir çox şəkillərdə göl, dəniz və hovuzlarda sərinlənən insanları görmək olar.

Dünya Meteorologiya Təşkilatına əsasən, isti havanın yeni dalğasında "iqlim dəyişikliyi əlamətlərini" görmək olar.

Belçika hakimiyyəti istilərlə bağlı "qırmızı təhlükə" səviyyəsini elan edib.

Avropa Komissiyası İspaniya və Portuqaliyada meşə yanğınları təhlükəsinin yüksək olduğunu bildirir.

Fotonun müəllifi STEFAN SAUER/AFP/Getty Images
Image caption Günəşın amansız şüalarından daldalanan almanlar və turistlər Baltik dənizinin Usedom adasının çimərliyinə sığınırlar. Sinoptiklərə əsasən, 30C dərəcəni keçən istilər getdikcə şiddətlənərək həftənin sonuna doğru maksimum səviyyəyə çata bilər.
Fotonun müəllifi FREDERICK FLORIN/AFP/Getty Images
Image caption Fransanın şimal-şərqindəki Strasburq şəhərinin Orangerie Parkında sərinlənən insanlar. Belçika, Lüksemburq və Niderlandda temperaturun 40 dərəcəyə çatacağı gözlənilir.
Fotonun müəllifi BART MAAT/AFP/Getty Images
Image caption Almaniya və Fransa ilə yanaşı istilərin təsirini Niderland sakinləri də hiss edirlər. Burada qızmardan əziyyət çəkən yalnız insanlar deyil: Niderlandın Amersfoort zooparkında su samuru buz parçasını dişinə çəkir.
Fotonun müəllifi BERTRAND GUAY/AFP/Getty Images
Image caption Gənclər Parisin Trokadero hovuzunda əylənirlər. Fransa meteorologiya qurumunun rəsmi vebsaytı hava proqnozu ilə bağlı müraciətlərin sayının kəskin şəkildə artdığını bildirir. Bu arada, istilər məşhur Tour de France velosiped yarışlarının iştirakçılarını sınağa çəkməkdədir. İdmançılar üçün marşrut boyunca əlavə su təchizatı təmin olunub.

Həmçinin oxuyun:

Bu barədə daha geniş