Honq Konqda nümayişçilərə qarşı gözyaşardıcı qaz tətbiq olunub

Etirazçılar Fotonun müəllifi Reuters
Image caption Bəzi etirazçının üzündə respirator olub

Honq Konq polisi icazəsiz keçirilən izdihamlı mitinq iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə edib.

Şəhərin şimalındakı Yen Lun rayonunda yürüşə qatılan on minlərlə insan ötən həftə keçirilən nümayişə maskalı şəxslərin hücumunu pisləyib.

Etirazçılar polisi həmin mitinq iştirakçılarına həmləyə göz yummaqda təqsirləndirirlər.

Polis ittihamları rədd edib.

Fotonun müəllifi PHILIP FONG/AFP/Getty Images

Kütləvi etirazlar Çinə ekstradisiyanı nəzərdə tutan mübahisəli qanun layihəsinin parlamentə təqdim olunmasından sonra başlayıb.

Nümayişlər başlayandan sonra mübahisəli sənədin təsdiqi təxirə salınıb.

Fotonun müəllifi ANTHONY WALLACE/AFP/Getty Image

Lakin etirazçılar artıq öz tələblərini genişləndirib və polis zorakılığının araşdırılması ilə yanaşı yerli lider - Carrie Lam-ın istefasını tələb edirlər.

Şənbə günü keçirilən etiraza icazə verilməyib.

Bu, adətən nümayişlərə maneə törədilməyən Honk Konq üçün nadir haldır.

Həmçinin oxuyun:

Bu barədə daha geniş