İngiltərənin şimal-qərbində leysan yağış və daşqına görə bəzi yollar bağlanıb

Daşqın Fotonun müəllifi PAul Riddlesworth
Image caption Stockpot şəhərində daşqına məruz qalmış bu avtomobillər suyun içində ilişib qalıb.

İngiltərənin şimal-qərbində leysan yağışlar və daşqın avtomobil və dəmir yollarının bağlanmasına səbəb olub.

Böyük Manchester ərazisindən keçən avtomagistral yolun bəzi hissələri leysan yağışa görə müvəqqəti olaraq bağlanıb.

Manchester şəhərinin Victoria stansiyası ilə Southport arasında işləyən qatarların hərəkət cədvəlində də gecikmələr baş verib.

Yola çıxmaqdann əvvəl sərnişinlərə qatarlarının hərəkət cədvəlini sorğu mərkəzində dəqiqləşdirmək məsləhət görülür.

Bütün Britaniya boyu daşqın xəbərdarlığı elan olunub, Şotlandiyada və Şimali İrlandiyanın bəzi ərazilərində daşqının daha güclü ola biləcəyi gözlənilir.

Ramsbottom şəhəri yaxınlığından keçən avtomobil yolunda daşqın nəticəsində idarədəolunmaz vəziyyətə düşmüş Lamborghini avtomobili qəzaya uğrayıb.

Böyük Manchester Yanğın və Xilasetmə Xidməti yerli vaxtla səhər saat 06:00-dan başlayaraq daşqınla əlaqədar yeddi insidentin baş verdiyini bildirib.

Fotonun müəllifi Mark Horrocks
Image caption Oldham şəhərində də maşınları su basıb.
Fotonun müəllifi PA Media
Image caption Peterborough sürücülər bütün Britaniya boyu daşqın xəbərdarlığının əbəs yerə verilmədiyini əyani şəkildə hiss edə biliblər.

Leysan yağış Lancashire şəhərində "Royal Lytham and St Annes" qolf klubunda qolf idmanı üzrə keçirilən turnirinin cədvəlində də gecikmələrin yaranmasına səbəb oolub.

Fotonun müəllifi PA Media
Image caption Royal Lytham and St Annes qolf klubunda yarışlar təxirə salınıb

Bu barədə daha geniş