ABŞ: Minnie Mouse-u səsləndirən aktrisa Russi Taylor 75 yaşında vəfat edib

Russi Taylor uşaqlar üçün cizgi filminin personajı Minnie Mouse-u 30 ildən çox səsləndirib. Fotonun müəllifi Getty Images
Image caption Russi Taylor uşaqlar üçün cizgi filminin personajı Minnie Mouse-u 30 ildən çox səsləndirib.

Uşaqlar üçün cizgi film personajı Minnie Mouse-u 30 ildən çox səsləndirən sənətçi Russi Taylor 75 yaşında vəfat edib.

Walt Disney şirkətinin bildirdiyinə görə, aktrisa Kaliforniyanın Glendale şəhərində cümə günü vəfat edib.

Taylor 1986-cı ildən başlayaraq cizgi filmlərində Mickey Mouse obrazının partnyoru olan Minnie Mouse-u səsləndirib.

O, eləcə də The Simpsons cizgi filmində Bartın sinif yoldaşı Martin personajını səsləndirib.

Taylor, Mickey Mouse-u səsləndirən və 2009-cu ildə vəfat edən Wayne Allwine ilə evli idi.

Fotonun müəllifi Getty Images
Image caption Wayne Allwine və Russi Taylor Disney Əfsanələri adı tədbirdə - 2008-ci il.

Taylor 1944-cü ildə mayın 4-də Massachusetts ştatının Cambridge şəhərində doğulub.

1986-cı ildə Minnie Mouse-u səsləndirmək üçün keçirilmiş müsabiqədə 200 namizədin arasından bu rol üçün məhz Russi Taylor seçilib.

"Mən heç vaxt məşhur olmaq istəməmişəm, - Russi Taylor müsahibələrindən birində deyib. - İfa etdiyim obrazlar məşhur olub, elə bu da mənə bəs edib".

Bu barədə daha geniş