Çində Lekima qasırğası nəticəsində 44 nəfər ölüb, 1 milyondan çox adam təxliyə olunub

Çində Lekima qasırğası Fotonun müəllifi Getty Images

Çinin şərq sahillərində baş verən Lekima qasırğasında ölənlərin sayı bazar ertəsi günü 44 nəfərə çatıb.

Bu ölkənin dövlət televiziyası CCTV-nin bildirdiyinə görə, 16 nəfər itkin düşüb.

Zhejiang əyalətinde 5 milyon nəfərin qasırğadan ziyan çəkdiyi, bir milyona qədər şəxsin evlərindən təxliyə edildikləri bildirilir.

Qasırğa bazar günü Çinin iqtisadi mərkəzi Şangaydan keçərək şimaldakı Şantung əyalətinə doğru irəliləyib.

Şangayın iqtisadi mərkəzi də təxliyə olunub.

Ölkənin şimalında Şantug-dakı fövqəladə halların idarəolunması idarəsi əyalətdən 180 min nəfərin təxliyə olunduğunu bildirib.

Əvvəlcə "super qasırğa" adlandırılan Lekima sahilə çatmadan bir qədər öz gücünü itirsə də saatda 187 kilometrə qədər olan sürəti olan külək yaradıb.

Qasırğa daha sonra yavaş-yavaş şimala Zheijiang bölgəsinə doğru irəliləyib və 20 milyondan çox sakinin yaşadığı Şangaya çatıb.

Şantung əyalətində qasırğa nəticəsində dəymiş zərərin 18 milyard yen (2,55 milyard dollar) olduğu təxmin edilir. Əyalətdəki 364 min hektar ərazi və 36 min ev də zərər görüb.

Fotonun müəllifi Getty Images

Şiddətli fırtına və yağış Zhejiang əyalətində də bəlli ərazilərə və 34 mindən çox evə zərər vurub. Dövlət mediası hazırki zərərin təxminən 14,57 milyard yen (təxminən 2,06 milyard dollar) olduğunu bildirib.

Şangayda qasırğaya görə mindən çox təyyarə və qatar reysləri təxirə salınıb, 250 min nəfər təxliyə olunub. Zhejiang bölgəsindəki digər yerlərdən də 800 min nəfərin təxliyə olunduğu bildirilir.

ÖLkə üzrə ümumilikdə ləğv edilmiş uçuşların sayı 3200-dən çoxdur.

Bölgədə 2,7 milyon obyektin işıqsız qaldığı bildirilir.

Xilasedicilər yollarda sel sularına görə köməksiz qalmış sürücülərə yardım etmək üçün çalışdıqları vaxt ağaclar aşıb və elektrik enerjisinin verilməsində fasilələr müşahidə olunub.

Şinhua Xəbər Agentliyinin məlumatına görə bu il 9-cu olan Lekima son illərdə Çində baş vermiş ən qüvvətli qasırğadır.

Fotonun müəllifi Reuters

Mütəxəssislər qasırğanın saatda 15 kilometr sürətlə şimala tərəf irəlilədiyinin bildiriblər.

Altı ballıq zəlzələdən sonra gələn qasırğanın torpaq sürüşməsi riskini artırdığı vurğulanır.

Böyük okeanda təsirli olan digər bir qasırğa isə Krosadır. Krosa qasırğası Marian adalarının şimalı və Guamda şiddətli yağışlara səbəb olur. Qasırğanın şimal-qərbə doğru irəlilədiyi və gələn həftə Yaponiyanı öz təsiri altına alacağı proqnozlaşdırılır.

Bu barədə daha geniş