Polis qadağasına baxmayaraq Honq Konqda on minlərlə insan yürüşdə iştirak edir

Honq Konq Fotonun müəllifi EPA

Bazar günü Honq Konqda növbəti kütləvi aksiyanın keçirilməsi üçün Victoria parkında toplaşan etirazçılar şəhər mərkəzinə doğru yürüşə çıxıblar.

Təşkilatçılar aksiyada ümumilikdə 300 min nəfərin iştirak edəcəyini gözləyirlər.

Nümayişçilər yağışlı havaya baxmayaraq, yerli vaxtla 15:00-da ( Bakı vaxtı ilə 11:00 ) toplanmağa başlayıblar və iki saatdan sonra polis qadağasını pozaraq səhərin küçələri ilə hərəkətə başlayıblar.

Yürüş dinc şəkildə və polisin müdaxiləsi olmadan keçir.

"Vəziyyət Honq Konq hökumətinin nəzarətindən çıxsa, Çin hakimiyyəti buna biganə qalmayacaq. Hər hansı bir iğtişaşı yatırmaq üçün kifayət qədər gücümüz var", - Londonda Çin səfirliyinin diplomatı Çen Ven BBC-yə deyib.

Onun sözlərinə görə, Honq Konq hakimiyyəti ekstremizm problemi ilə qarşılaşır və Çinin mərkəzi hökuməti Honq Konq administrasiyasının rəhbəri Carrie Lam-a hər cür dəstək verməyə hazırdır.

Fotonun müəllifi AFP
Image caption Honq Konqda növbəti kütləvi aksiyanın keçirilməsi üçün etirazçılar Victoria parkında toplaşıblar.

Əlaqəli mövzular

Bu barədə daha geniş