İsrail Dəməşqin ətraf rayonlarına hava zərbələri endirib

Təyyarə Fotonun müəllifi Getty Images

İsrail aviasiyası Suriya paytaxtı Dəməşqin cənub-şərqində yerləşən İran obyektlərinə zərbələr endirib, İsrail ordusunun mətbuat xidməti xəbər verib.

İsrail hərbiyyəsinin iddia etdiyinə görə, İran həmin obyektlərdən dronlardan istifadə edərək İsrailə hücum etməyə hazırlaşırmış.

Bundan əvvəl, Suriyanın SANA xəbər agentliyi Suriya hava hücumundan müdafiə sisteminin Dəməşqə edilən hücumu əks etdirdiyini bildirmişdi.

Şəhər üzərində, səmada bir neçə partlayışın baş verdiyi qeyd olunub.

Məlumata görə, hava hücumundan müdafiə sistemi hədəflərə çatana qədər bir neçə İsrail raketini vuraraq məhv edib.

İsrailin Baş naziri Binyamin Netanyahu hava zərbələrinin endirilməsi faktını şəxsən təsdiqləyərək qeyd edib ki, bu əməliyyat ölkəsinə edilə biləcək hücumun qarşısını alıb.

Bu hava zərbələri nəticəsində ölən və yaralananlar barədə məlumat hələlik açıqlanmayıb.

Suriya dəfələrlə İsraili ərazisinə hava zərbələri endirməkdə ittiham edib. Həmin zərbələrdən bəzilərini İsrail təsdiqləyərək qeyd edib ki, zərbələrin hədəfi İran hərbçiləri olub və onların Suriyada qalmasına İsrail dözməyəcək.

Bu barədə daha geniş