ABŞ: elektron siqaretlə bağlı ilk ölüm halı qeydə alınıb

A person vaping Fotonun müəllifi Getty Images

ABŞ-da bir nəfər elektron siqaretlə əlaqəli yaranmış kəskin ağ ciyər xəstəliyindən vəfat edib. Bu, ABŞ-da ilk belə ölüm halıdır, səhiyyə rəsmiləri bildirirlər.

Son vaxtlar ABŞ-da ekspertlər elektron siqaretdən istifadə ilə əlaqəsi olan ağ ciyər xəstəliyini araşdırırdılar.

Xəstəliklərə Nəzarət və Qarşısının alınması Mərkəzinin (CDC) bildirdiyinə görə, elektron siqaretlə bağlı ABŞ-ın 22 ştatında 193 "potensial xəstəlik halı" mövcuddur.

Bu hallardan bir çoxuna Tetrahidrokannabinol (THC) - marixuananın tərkibində olan aktiv qatışıq səbəb olub, ekspertlər hesab edirlər.

Xəstəlik halları iyun- avqust ayları arasında qeydə alınıb.

Vəfat etmiş şəxs "elektron siqaret çəkdikdən sonra yaranmış müəmmalı xəstəlikdən sonra xəstəxanaya yerləşdirilib", İllinois ştatında baş tibbi işçi olan Dr Jennifer Layden bildirib.

Müəmmalı xəstəliyin dəqiq səbəbi hələ ki, müəyyən edilməyib, lakin bütün xəstələrin elektron siqaret çəkdiyi məlumdur.

"Bir çox hallarda pasientlər tərkibində THC olan məhsullardan istifadə etdiklərini etiraf ediblər", CDC eksperti Dr İleana Arias deyib.

Xəstəliyə tutulanlarda öskürək, nəfəs çatışmazlığı, yorğunluq və bəzi hallarda qusma simptomları müşahidə olunur. Xəstəliyə infeksiyanın səbəb olması ilə bağlı heç bir sübut yoxdur.

Bu barədə daha geniş