Hollandiya Vladimir Tsemaxın Rusiyaya verilməsinin qarşısını almağa çalışıb

Vladimir Tsemax Fotonun müəllifi TASS/VOLODYMYR GONTAR
Image caption Kiyevin apellyasiya məhkəməsinin qərarıyla Tsemax zaminə buraxılıb.

Ukrayna prezidenti Vladimir Zelenski şənbə günü bildirib ki, Malayziyanın Boeing MH17 təyyarəsinin məhvinin mümkün şahidi olan Vladimir Tsemax Rusiyaya göndərilməzdən əvvəl Hollandiya müstəntiqləri tərəfindən dindirilib.

Hollandiya hakimiyyəti onun ekstradisiyasının qarşısını almağa çalışıb.

Vladimir Tsemax, Snejnoye şəhərinin hava hücumundan müdafiə qüvvələrinə komandanlıq edib. 2014-cü ildə Malayziyanın Boeing MH17 təyyarəsi bu şəhərin yaxınlığında vurulub.

Təyyarənin göyərtəsində 298 nəfər olub, onların hamısı həlak olub.

Tsemax 2019-cu il iyunun sonlarında Ukrayna xüsusi xidmət orqanları tərəfindən DNR ərazisindən oğurlanıb.

O, şənbə günü Rusiya ilə Ukrayna arasında keçirilmiş əsirlərin dəyişdirilməsi prosesində Ukrayna tərəfindən Rusiyaya verilmiş 35 əsirin siyahısında olub.

Ukrayna prezidenti Zelenski şənbə günü Kiyevin Borispol aeroportunda jurnalistlərə bildirib ki, Tsemax Rusiyaya verilməzdən əvvəl dindirilib: "Dindiriblər , özü də ki, yalnız qaytarılması ərəfəsində yox".

"Bütün istintaq hərəkətlərinin keçirilməsi üçün danışdığımız Avropa liderlərinin adlarını çəkməyəcəyəm. Bizdən nə xahiş olunmuşdusa hamısını yetrinə yetirdik. Çətin idi. Mən qorxurdum ki, buna görə mübadilə pozula bilər ", - Ukrayna prezidenti deyib.

Fotonun müəllifi EPA
Image caption Ukrayna prezidenti Zelenski şənbə günü Kiyevin Borispol aeroportunda jurnalistlərə bildirib ki, Tsemax Rusiyaya verilməzdən əvvəl dindirilib

Bu barədə daha geniş