İngiltərə məktəbində yubka qadağası məktəbli qızlar və onların valideynlərini qəzəbləndirib

Etiraz Fotonun müəllifi Eddie Mitchell
Image caption Şagirdlər və onların valideynləri yeni məktəb forması qaydalarına etiraz ediblər.

İngiltərənin Şərqi Sussex bölgəsinin Lewes şəhərində 150-dək şagird və onların valideynləri yerli orta məktəbdə gender çəhətdən neytral məktəb formasının tətbiqinə etiraz bildirmək üçün aksiya keçiriblər.

Həmin məktəb İngiltərədə sentyabrın ilk günlərindən başlamış yeni dərs ilindən bütün şagirdlərə məktəbə şalvar geyinib gəlməyi şərt qoyub.

Bu tələb həm şagird oğlanlar, həm də şagird qızlara aiddir.

Məktəb rəhbərliyi deyir ki, bu addımın atılmasına məktəbli qızların yubkalarının uzunluğu ilə bağlı narahatlıq səbəb olub.

Bundan əlavə, yeni qaydalar bu məktəbdə təhsil alan bir neçə transgender şagirdin ehtiyaclarını da nəzər alır.

Lakin yeni qaydalardan narazı qalmış şagirdlər hesab edirlər ki, onların seçim hüququ təmin olunmalıdır.

Həmin şagirdlər eləcə də qeyd ediblər ki, məktəb tərəfindən irəli sürülmüş yeni şərt onlar üçün artıq alınmış məktəbli formasını lazımsız edir.

Fotonun müəllifi Eddie Mitchell
Image caption Bütün şagirdlərə bildirilib ki, yeni tələblərə əməl edərək dərsə hamı şalvarda gəlməlidir.

2017-ci ildə bu məktəb yubka qadağasını məktəbə qəbul olunan yeni qız şagirdləri üçün tətbiq etməyə başlayıb, indi isə eyni tələb şagirdlərin hamısına şamil olunacaq.

Qaydalara əməl etməyənlər paltarı dəyişmək üçün evə göndəriləcək və yalnız bundan sonra məktəb binasına buraxılacaqlar.

Məktəbə yubkada gəlmiş şagird Nina Cullen dərsə buraxılmayıb.

"Mən yeni forma almamışam və ona pul xərcləməyi mənasız sayıram", - o deyib.

Image caption Yeni qaydalardan narazı olan şagirdlər hesab edirlər ki, onların seçim etmək hüququ təmin olunmalıdır.

Bundan əvvəl, xüsusilə havalar çox isti olanda, məktəb güzəştə gedərək şagirdlərə şort və yubka-şortda dərsə gəlməyə icazə vermişdi.

Lakin iyun ayında təhsil müəssisəsinin rəhbərliyi şagirdlərin valideynlərinə məktub göndərərək bildirmişdi ki, bu addım məktəb üçün xeyli problem yaradıb.

Məktubda qeyd olunmuşdu ki, qaydalara əməl etməyən şagirdlər məktəbin müəllim heyətini tədris prosesindən yayındırır.

Bu barədə daha geniş