İlham Əliyev Rusiyada "Şərq məsələlərini" müzakirə edəcək

Ilham Əliyev Fotonun müəllifi Azertag

Prezident İlham Əliyev cümə axşamı günü Rusiyada keçiriləcək Valdai Beynəlxalq Müzakirə Klubunun 16-cı görüşündə iştirak edəcək.

Azərbaycan prezidenti Rusiyanın Soçi şəəhərinə çərşənbə günü gedib, Azərtac xəbər verib.

Valdai Beynəlxalq Müzakirə Klubunun 16-cı görüşündə Şərqin Şəfəqi və Dünyanın Siyasi Nizamı mövzularının müzakirəsi gözlənir, rəsmi Kremlin saytı yazır.

Plenar iclaslarda Rusiya və Azərbnaycan prezidentləri ilə yanaşı İordaniya kralı II Abdullah, Qazaxstan, Filippin və Rusiya prezidentlərinin ilə iştirakı nəzərdə tutulub.

Görüşlər zamanı iştirakçılar "Şərq məsələlərinin aralıq nəticələrini geniş mənada gözdən keçirəcəklər", rəsmi Kremlin saytı xəbər verir

Müzakirələr əsasən Şərqin dünyanın nizamında artan təsirinə, Yaxın Şərqdə yerləşmə məsələlərinə, Böyük Avrasiya və Asiya-Sakit okean regionu ilə əməkdaşlıq məsələlərinə fokuslanacaq.

İştirakçılar həmçinin Rusiya xarici siyasətinin şərqə istiqamətinə də xüsusi diqqət ayırmağı planlaşdırırlar.

Forum çərçivəsində Vladimir Putinin Azərbaycan, İordaniya, Qazaxstan və Filippin rəhbərləri ilə ayrıca görüşləri də nəzərdə tutulub. İştirakçılar, əsasən, ikitərəfli və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi etməyi planlaşdırırlar.

Bu il Valdai Beynəlxalq Müzakirə Klubunun görüşlərində 37 ölkədən 140-dan çox ekspertin iştirakı gözlənir.

Əlaqəli mövzular

Bu barədə daha geniş