Trump Türkiyənin Suriyaya girişinə razılıq verib

Türkiyə hərbi maşını Fotonun müəllifi AFP
Image caption Ağ Evdən verilən açıqlamaya görə ABŞ hərbi əməliyyatlarda iştirak etməyəcək

Ağ Ev bildirib ki, Türkiyə tezliklə Suriyanın şimali-şərqində əməliyyatlara başlayacaq və ABŞ qüvvələri artıq həmin ərazilərə cavabdehlik daşımayacaq.

Türkiyə kürd silahlılarını sərhədindən kənarlaşdırmaq istəyir.

Ağ evin bəyanatında o da bildirilib ki, Türkiyə son iki ildə yaxalanan bütün tanınmamış İslam Dövləti (İD)yaraqlıları üçün məsuliyyət daşıyacaq.

Xəbərə görə, ABŞ nə hərbi əməliyyatlarda iştirak edəcək, nə də Türkiyənin əməliyyatını dəstəkləyəcək.

Bundan əvvəl kürd YPG qüvvələri Suriyada yüzlərlə hərbçisi olan ABŞ-dan dəfələrlə dəstək alıb.

Bu ilin yanvar ayında prezident Trump Twitter-də Türkiyəyə xəbərdarlıq etmişdi ki, ABŞ-ın Suriyadan planlaşdırılmış çıxışından sonra kürd qüvvələrinə hücum edərsə, ABŞ "Türkiyənin iqtisadiyyatını viran edəcək".

Lakin bazar günü dərc olunan bəyanatda ABŞ-ın Suriyada İD-ə qarşı əməliyyatında əhəmiyyətli rolu olan kürd YPG qüvvələrinin adı çəkilmir.

Hərəkat bazar günü gecə saatlarında ABŞ prezidenti Donald Trump və Türkiyə prezidenti Recep Tayyip Erdoğan arasında olan telefon danışığı zamanı razılaşdırılıb.

"Türkiyə tezliklə Suriyanın Şimalında çoxdan planlaşdırdığı hərbi məliyyatlara başlayacaq" bəyanatda deyilir.

"Birləşmiş Ştatlar Fransa, Almaniya və digər Avropa ölkələrinə onların ölkələrindən olan həbs olunmuş İŞİD döyüşçülərini qəbul etmələri üçün təzyiq edib, amma onlar bundan imtina ediblər", Ağ Evin bəyanatında deyilir.

ABŞ rəsmiləri bəyan edib ki, "onlar da bu yaraqlıları saxlaya bilməzlər və bu ABŞ vergi ödəyiciləri üçün böyük xərcdir".

Bu barədə daha geniş