Ukrayna prezidenti cəbhə xəttindəki qoşunları geri çağırmağı planlaşdırır

Ukrainian troops near Mariupol, 5 Sep 14 Fotonun müəllifi AFP
Image caption Ukrayna qoşunları: cəbhə xəttindəki qüvvələr bir ildin artıqdır ki, əsasən sabitdir

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın dəstəklədiyi üsyançıların adekvat cavab verəcəyi təqdirdə, bütün qoşunları ölkənin şərqindəki cəbhə xəttindən geri çağırmağı planlaşdırır.

Bunu ölkənin xarici işlər naziri Vadim Pristayko Ukrayna televiziyasında çıxışı zamanı bildirib. Bu cür geri çəkilmə cəbhə xəttindəki kəndlərdən birində artıq baş verib.

O həmçinin əlavə edib ki, gələn həftə Rusiya ilə növbəti əsir mübadiləsinə ümid edir.

Cənab Zelenski hakimiyyətə gələrkən ölkənin şərqindəki beşillik münaqişəyə son qoyacağına söz verib.

Separatçılar isə bildirirlər ki, Ukrayna prezidenti onların nəzarətində olan ərazilərdə öz şərtlərini diktə edə bilməz.

Əsirlərin dəyişdirilməsini şərh edən Kreml sözçüsü Dmitri Peskov bildirib ki, "Rusiya hamının hamıya prinsipi ilə mübadilənin tərəfdarıdır".

Senyabrın 7-də baş tutmuş əsirlərin dəyişdirilməsi aradakı gərginliyin mülayimləşdirilməsi üçün ümid yaradıb.

Əlaqəli mövzular

Bu barədə daha geniş