İraqda etirazlar: 100-ə yaxın adam ölüb

İraq Fotonun müəllifi Reuters

İraqda baş verən kütləvi etirazlar nəticəsində ölənlərin sayı 100-ə yaxınlaşıb, yerli parlamentin insan hüquqları komissiyasının məlumatında qeyd olunub.

Məlumatıa görə, azı 99 adam həlak olub, daha 4000 nəfər yaralanıb.

BMT İraqda "mənasız insan ölümlərinə" son qoymağa çağırıb.

Etirazlar çərşənbə axşamı başlayıb və hələlik hakimiyyət etirazçıların qarşısını ala bilmir.

Rəsmilər iğtişaşlarla bağlı komendant saatı və internetin tamamilə kəsilməsi yoluyla mübarizə aparmağa çalışırlar.

Şənbə günü komendant saatı ləğv ediləndən sonra kiçik qrup etirazçılar nümayişləri bərpa etdilər.

Etiraz aksiyalarının mərkəzi Bağdadın Təhrir meydanıdır - yerli mediaya görə, hazırda bu meydana giriş bloklanıb.

BMT-nin İraq üçün yardım missiyasının baçısı Jeanine Hennis-Plasschaert ölkədəki son hadisələrlə bağlı bunları deyib: "Beş gündür insanlar ölür və yaralanır: buna son qoyulmalıdır".

O qeyd edib ki, ölüm hallarına görə cavabdeh olanlar məsuliyyətə cəlb olunmalıdırlar.

Şənbə günü baş verən iğtişaşlar zamanı təhlükəsizlik qüvvələri növbəti dəfə odlu silahdan və gözyaşardıcı qazdan istifadə edib.

Fotonun müəllifi AFP/Getty Images
Image caption Təhrir meydanı bloklanıb

Nümayişlər təxminən bir il əvvəl hakimiyyətə gələn İraqın Baş naziri Adil Abdul Mehdinin hökumətinin üzləşdiyi ilk böyük problem kimi görünür.

Etirazlar necə və niyə başlayıb?

Gənc iraqlılar arasında narazılığı artıran əsas səbəblər korrupsiya, yüksək dərəcədə işsizlik və dövlət xidmətlərinin yarıtmaz işi ilə bağlıdır.

İğtişaşlar şiələrin üstünlük təşkil etdiyi cənub bölgələrdə ilk olaraq kortəbii sürətdə başlayıb, rəsmi liderlərin iştirakı olmadan və sürətlə bütün ölkəyə yayılıb.

Parlament komissiyasından verilən məlumata görə, ümumilikdə 540 etirazçı saxlanılıb, onlardan 200-ü hələ də həbsdədir.

İraq neft ehtiyatlarına görə dünyada dördüncü yeri tuturş

Lakin Dünya Bankının məlumatına görə, 2014-cü ildə ölkə əhalisinin dörddə biri gündəlik gəliri 1,9 dollardan aşağı olub.

Hər altıncı ailə qida çatışmazlığından əziyyət çəkir.

Fotonun müəllifi AFP/Getty Images
Image caption Gənc iraqlılar korrupsiya, yüksək dərəcədə işsizlik və dövlət xidmətlərinin yarıtmaz işindən narazıdırlar.

2018-ci ildə ölkədə işsizlik səviyyəsi 7.9% -ə çadıb, gənclər arasında isə bu göstərici ikiqat yüksəkdir.

Əmək qabiliyyətli iraqlıların demək olar ki, 17%-i yalnız müvəqqəti iş tapa bilir.

2014-cü ildə İraqın qərb və şimalının əhəmiyyətli hissəsini ələ keçirən İŞİD ilə müharibənin ağır nəticələri ölkədə hələ aradan qaldırılmayıb.

İraq Hökuməti və Dünya Bankının hesablamalarına görə, ölkənin yenidən qurulması və bərpası üçün azı 88 milyard dollar tələb olunur.

Əlaqəli mövzular

Bu barədə daha geniş