Türkiyənin Suriyaya müdaxiləsi: onlarla adam öldürülüb

Türkiyə Fotonun müəllifi Reuters
Image caption Türkiyə daxilində də insanlar atəşə məruz qalıb

Türkiyənin Suriyanın şimalına - kürdlərin nəzarətində olan ərazilərə müdaxilənin təzyiqi artdıqca xəsarət alanların sayı artır.

Azı 11 mülki şəxsin öldüyü, kürdlərin rəhbərlik etdiyi Suriya Demokratik Qüvvələri (SDQ) və türk tərəfdarı fraksiyalardan onlarla döyüşçünün öldüyü bildirilir.

İlk türk əsgərinin ölümü artıq Türkiyə hərbçiləri tərəfindən təsdiqlənib.

Hücumu dayandırmaq üçün beynəlxalq çağırışlar artdıqca, on minlərlə insan ərazidə yerləşən evlərini tərk edir.

Amerika Birləşmiş Ştatlarının Nümayəndələr Palatasındakı respublikaçılar Türkiyəyə qarşı sanksiya qanun layihəsi təqdim etməyi planladığını açıqlayıb, prezident Donald Trump isə vasitəçilik etməyi təklif etdi.

Cümə axşamı günü Amerika Birləşmiş Ştatlarının (ABŞ) Nümayəndələr Palatasının 29 üzvü Türkiyənin Suriyaya müdaxiləsinə görə sanksiya tətbiqini təklif edib.

"Barış Pınarı Hərakatı"na görə ABŞ-da respublikaçı senator Lindsey Graham və Demokrat senator Chris Van Holle-nin artıq üzərində anlaşdığı Türkiyəyə sanksiya tətbiq etmək üçün qanun təklifindən sonra Nümayəndələr Palatasının 29 respublikaçı üzvü də oxşar sanksiya ilə bağlı təklif verəcəklərini açıqlayıb.

Nümayəndələr Palatasında respublikaçıların lideri Kevin McCarthy Respublikaçı Partiyasının yoxlayıcısı Steve Scalise və digər partiya liderləri Ankaranın əməliyyatına güclü bir qarşılıq verilməsinin vacibliyini müdafiə edib.

Respublikaçı Kongres üzvü Liz Cheney verdiyi yazılı açıqlamasında "Prezident Erdoğan və rejimi İŞİD-ə qarşı minlərlə itki verən və yurdumuzu qorumağa kömək etmiş kürd müttəfiqlərimizə amansızcasına hücum etdiyi üçün ciddi nəticələrlə üz-üzə qalmalıdır" deyib.

Açıqlamadan sitat: Bu sanksiyalar sadəcə Erdoğan rejiminin şimali Suriyadakı vəhşi hücumlarına yönəlmiş cavab deyil. Konqres uzun zamandır rejimin Rusiya kimi ABŞ düşmənləri ilə olan iş münasibətlərindən narahatdır. Türkiyə ona da digər müəttəfiqlərimiz kimi davranmağımızı istəyirsə, müttəfiqimiz kimi davranmağa başlamalıdır", Liz Cheney yazıb.

Əməliyyat zamanı itki var

Milli Müdafiə Nazirliyi Suriyanın şimal-şərqində gedən "Barış Pınarı Hərəkatı"nda YPG/PKK-lılarla baş vermiş döyüşdə bir əsgərin həlak olduğunu, üçününsə yaralandığını bildirib.

Fotonun müəllifi Getty Images
Image caption Türkiyənin Suriyaya hərbi müdaxiləsi nəticəsində bir neçə qəsəbə və kənd hava hücumuna məruz qalıb, minlərlə insan evlərini tərk etməli olub

ABŞ prezidenti Donald Trump isə bu arada "Üç seçimimiz var: Ya ordumuzu göndərməliyik, ya Türkiyəni sanksiyalarla vurmalıyıq, ya da türklər və kürdlərin arasını düzəltməliyik" deyib.

ABŞ prezidenti Donald Trump attığı son tvitində isə belə yazıb:

"IŞİD-i yüzde 100 məğlub etdik. İndi Türkiyənin Suriyaya hücum etdiyi yerdə heç bir canlı qüvvəmiz yoxdur. İşimizi çox yaxşı gördük. İndi Türkiyə kürdlərə hücum edir və onlar 200 ildir döyüşürlər".

Trump daha sonra Ağ Evin qarşısında jurnalistlərə verdiyi açıqlamada üçüncü seçimin tərəfdarı olduğunu bəyan edib.

Suriyadan Türkiyəyə cümə axşamı günü atılmış pulemyot və top atəşləri nəticəsində 1-i doqquz aylıq körpə olmaqla, 2 nəfər həlak olub.

Bu barədə Türkiyənin Şanlıurfa Valiliyi məlumat yayıb.

Valilik ümumilikdə 46 nəfərin yaralandığını bildirib.

Bundan əvvəl Anadolu Xəbər Agentliyi Türkiyənin Nusaybin adlı ərazisində beş, Akçakaledə üç, Ceylanpınarda altı, Birecikdə isə iki nəfərin yaralanması xəbərini yaymışdı.

Ceylanpınardakı müdaxilədə evlərində yaralanan 13 və 15 yaşında bacı-qardaş, Birecikdə yaralananlar arasında isə avtomobillərinə top mərmisi düşmüş biri uşaq olmaqla, iki nəfərin olduğu deyilir.

ABŞ dövlət katibi Mike Pompeo ABŞ-ın Suriyadakı hücumuna görə Türkiyəyə "yaşıl işıq" verdiyini təkzib edib.

Cənab Pompeo prezident Donald Trump-ın ABŞ qoşunlarının şimal sərhəd bölgəsindən çıxarılması barədə geniş tənqid olunan qərarını müdafiə edib.

ABŞ telekanalı PBS-yə verdiyi müsahibədə cənab Pompeo Donald Trump-ın ABŞ qüvvələrini geri çəkmək barədə gözlənilməyən qərarını müdafiə edərək, Türkiyənin "qanuni təhlükəsizlik narahatlığı" və "onların cənubuna terror təhdidi" olduğunu əlavə edib.

O, qeyd edib ki, ABŞ-ın Türkiyəyə hücum başlatmağa icazə verməsi barədə məlumatlar "sadəcə saxtadır".

"ABŞ Türkiyəyə "yaşıl işıq" verməyib", - o əlavə edib.

Türkiyənin Suriyaya hərbi müdaxiləsi nəticəsində bir neçə qəsəbə və kənd hava hücumuna məruz qalıb, minlərlə insan evlərini tərk etməli olub.

Kürd Qırmızı Xaç Cəmiyyətinin bildirdiyinə görə ikisi uşaq olmaqla, azı yeddi dinc sakin həlak olub.

Türkiyənin Müdafiə Nazirliyi bəyan edib ki, hərbi qüvvələri Suriyada Fərat çayının şərqində irəliləməyə davam edir, Müdafiə Nazirliyi gecə yarısı paylaşdığı tvitdə bildirib.

DHA da Türkiyənin Hatay bölgəsindən Suriya sərhədində tapşırıq almaq üçün yola çıxan hərbçi və zirehli avtomobillərdən ibarət hərbi karvanın Gaziantep regionunun İslahiye rayonuna çatdığını açıqlayıb.

Fotonun müəllifi Getty Images

Türkiyə prezidentinin köməkçisi Fuat Oktay "Barış Pınarı Hərəkatı"nın planlaşdırıldığı kimi davam etdiyini bildirib.

O deyib ki, əməliyyatda "ordumuz terrorçularla mübarizəsini müvəffəqiyyətlə davam edərkən prioritetimiz mülki xalqın zərər görməməsidir".

Fotonun müəllifi CNN

Washington Post qəzeti yazıb ki, Türkiyənin başlatdığı "Barış Pınarı Hərəkatı" çərçivəsini əhatə edən bölgədə kürd qüvvələrinin idarəçiliyi altındakı həbsxanalarda saxlanan təxminən 40 yüksək rütbəli İŞİD yaraqlısı əməliyyatdan əvvəl bölgədən çıxarılaraq ABŞ nəzarətinə götürülüb.

ABŞ səlahiyyətliləri bu addımın İŞİD hərbçilərinin kürd nəzarətindəki həbsxanalardan qaçmaqlarının qarşısını almaq üçün atıldığını ifadə edib.

Ərəb Birliyi Türkiyənin "Barış Pınarı Hərəkatını" başlatmasından sonra Misirin müraciəti ilə cümə günü təcili toplanmağı qərara alıb.

Misirin Xarici İşlər Nazirliyi daha əvvəl verdiyi açıqlamada Ərəb Birliyini iclasa çağırdıqlarını bildirmişdi.

Açıqlamada "Türkiyənin Suriyaya təcavüzkarlığını ən sərt şəkildə qınayırıq. Bu, qardaş ərəb dövlətinin milli suverenliyinə qarşı atılmış həyasız və qəbuledilməz bir hücumdur" ifadələri yer alıb.

Reuters agentliyinə istinadən, sərhəddəki Ras Əl-Ain şəhərində bir neçə güclü partlayış baş verib, partlayışların Tal Abyad şəhərində də eşidildiyi bildirilib.

Suriya Demokratik Qüvvələrininin (SDQ) verdiyi məlumata görə, "Türkiyə döyüş təyyarələri mülki ərazilərə hücum edib".

Bu, Türkiyə qoşunlarının Suriyanın şimalına müxadilə etməsindən sonra baş verir. Hadisə ölkəni ABŞ-ın dəstəklədiyi kürd qüvvələri ilə birbaşa münaqişəyə sürükləyə bilər.

Türkiyə kürd silahlılarından təmizlənəcək ərazilərdə "təhlükəsiz bölgə" yaratmaq və 3.6 milyon suriyalı qaçqının bir hissəsini ora yerləşdirmək istəyir.

Müdaxilə haqqında xəbəri Türkiyə prezidenti Recep Tayyip Erdoğan verib.

Türkiyənin daxili işlər naziri Süleyman Soylu Türkiyənin Suriyaya müdaxiləsi barədə tvit atıb.

"Türkiyənin orada nə işi var deyənlərə səslənmək istəyirəm, biz iki dəqiqəyə bu PPK-nın sonunu kəsib dərhal gələcəyik, onun ardınca da cavab verəcəyik".

CNN Türk kanalı türk qırıcı təyyarələrinin Suriyanın Ras Əl-Ain şəhərindəki hədəfləri vurduğuna dair kadrları ekranda yayımlayıb.

Fotonun müəllifi CNN TURK

Reuters Agentliyi bildirir ki, Suriya Demokratik Qüvvələri ABŞ-dan Türkiyənin hücumlarının qarşısını almaq üçün Suriyanın şimal-şərqində "uçuşun qadağan olunduğu ərazi" elan edilməsini istəyib.

Fotonun müəllifi Getty Images

"Türkiyə YPG-nin hərbi mövqelərini və bazalarını vurur"

Reuters Agentliyinə danışan türk hərbi səlahiyyətlisi Suriyaya təşkil olunan hava hücumlarının ağır silahlar və minomyotlarla dəstəklənəcəyini deyib.

Reuters eyni zamanda bu şəxsə istinadən verdiyi xəbərdə YPG-nin hərbi mövqelərinin və sursat anbarının minomyotlarla vurulduğunu bildirib.

"Rusiya Türkiyə və Suriya arasındakı qarşıdurmaya daxil olmayacaq"

Rusiya hökumətinə bağlı xəbər agentliyi RİA Novosti ölkə parlamentinin xarici əlaqələr komitəsinin sədrinin birinci müavini Vladimir Cabarovun açıqlamalarına yer ayırıb.

Agentliyin məlumatına görə, Cabarov Rusiyanın Türkiyə və Suriya arasındakı qarşıdurmaya daxil olmayacağını deyib.

Cabarov Rusiyanın Suriyada başqa səbəblərə görə olduğunu əlavə edib.

Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Recep Tayyip Erdoğana Suriyadakı sülh prosesinə zərər verə biləcək addımlardan uzaq durmalı olduğuna dair açıqlamalar verdiyi bildirilmişdi.

Avropa Komissiyasından çağırış

Avropa Komissiyasının sədri Jean Claude Juncker Türkiyəni "Barış Pınarı Hərəkatı"-nı dayandırmağa çağırıb.

"Türkiyənin Suriya sərhədində başa düşməli olduğumuz narahatlıqları var. Lakin Türkiyə və digər tərəflər sakitliyi seçib. Plan, deyildiyi kimi təhlükəsiz bölgə təşkil edilməsini də nəzərdə tutursa, Avropa Birliyinin bunun maliyyə xərclərini qarşılayacağını gözləməyin".

"YPG-ni dəmir yumruqlarla vuracağıq"

Fotonun müəllifi Getty Images
Image caption Açıqlamada mülki əhaliyə zərər verilməməsi və silahlarını endirən birliklərə atəş açılmamasına səslənildi.

"Barış Pınarı Hərəkatı"-na Türkiyə Silahlı Qüvvələri ilə birgə qatılan Suriya Milli Ordusu açıqlamasında "YPG müharibədən başqa seçim buraxmadı. Onları dəmir yumruqlarla vuracağıq. Cəhənnəmlərinin atəşini onlara daddıracağıq" dedi.

Açıqlamada mülki əhaliyə zərər verilməməsi və silahlarını endirən birliklərə atəş açılmamasına səslənildi.

Almaniya xarici işlər naziri Heiko Maas: "Türkiyənin hücumlarını qınayırıq: Türkiyə regionun sabitliyinin pozulması və İŞİD-in canlanması riskinə girmiş olur. Türkiyəyə bu hücumları sonlandırması və təhlükəsizlik tələblərini sülh yolu ilə davam etməsi üçün səslənirik" dedi.

"Ancaq terrorçular və onlara aid sığınacaq, yerlər, silah və sursatlar hədəf alınır"

"Prezidentimiz Cənab Recep Tayyip Erdoğanın göstərişləri ilə hazırlanan "Barış Pınarı Hərəkat Planı" Türkiyə Silahlı Qüvvələri tərəfindən bu gün saat 16:00-dan etibarən tətbiq olunmağa başlamışdır. Hərəkat ölkəmizin beynəlxalq hüquqdan irəli gələn haqları, BMT Təhlükəsizlik Şurasının terrorla mübarizəyə dair xüsusilə 1373 (2001), 1624 (2005), 2170 (2014), 2178 (2014), 2249 (2015), 2254 (2015) saylı qərarları və BMT müqaviləsinin 51-ci maddəsində qeyd olunan "Özünümüdafiə haqqı" çərçivəsində Suriyanın ərazi bütövlüyünə hörmət edilərək həyata keçirilməkdədir.

Fərat Qaxlxanı Hərəkatı və Zeytin Dalı Hərəkatında olduğu kimi, hərəkatın planlanma və tətbiqində ancaq terrorçular və onlara aid sığınacaq, yerlər, silah və sursatlar hədəf alınacaq və mülki/günahsız insanların və hərəkat ərazisindəki tarixi, mədəni və dini obyektlər, infrastruktur obyektləri ilə ərazidə ola biləcək dost və müttəfiq ölkə elementlərinin zərər görməməsi üçün hər cür diqqət və həssasslıq göstərilir".

Türkiyə Müdafiə Nazirliyi açıqladığı məlumatda bildirilir.

Fotonun müəllifi Getty Images

BMT Təhlükəsizlik Şurası Suriya problemini müzakirə etmək üçün cümə axşamı toplanır.

Reuters xəbər agentliyi diplomatlara istinadən verdiyi xəbərdə 15 üzvlü Təhlükəsizlik Şurasının İngiltərə, Fransa, Almaniya, Belçika və Polşanın tələbi ilə toplanacağını bildirib.

Fotonun müəllifi Getty Images

ABŞ prezidenti Donald Trump Türkiyənin hərəkatına dair açıqlama yayıb.

"Bir NATO ölkəsi olan Türkiyə bu səhər Suriyanı işğal etdi. ABŞ bu hücumu dəstəkləmir və bu əməliyyatın pis fikir olduğunu da Türkiyəyə bildirdik" deyən Trump "Türkiyə artıq düşərgələrdə saxlanılan bütün İŞİD döyüşçülərinin həbsdə qalmasını davam etdirməsinə məsuliyyət daşıyır. Türkiyə İŞİD-in təkrarən ortaya çıxmasının qarşısını almağa məsuliyyət daşıyır" dedi.

Kürdlər Suriyada özünü İslam Dövləti (İD) adlandıran təşkilatın silahlılarını məğlub etməkdə ABŞ-ın əhəmiyyətli müttəfiqi olub.

Ancaq Türkiyə ABŞ-ın müttəfiqi olan Suriya Demokratik Qüvvələrini (SDQ) və çoxluq təşkil edən kürd silahlılarını "terrorçu qruplaşma" olaraq qəbul edir.

ABŞ-ın bölgədən çəkilməsi hücuma yol açılması kimi görünüb.

Donald Trump prezident Erdoğanla telefon söhbətindən sonra ABŞ qüvvələrinin geri çəkilməsini nəzərdə tutan qərar qəbul edib. Onun bu qərarı ölkə daxilində və xaricində çox qınanılıb. O, çərşənbə axşamı günü etdiyi çıxışında kürdlərin tərk edilmədiyini və "xüsusi" olduqlarını deyərək qərarını müdafiə edib.

Türkiyə ABŞ-la müttəfiq olan kürd qüvvələrini təhdid edən əməliyyatdan əvvəl Suriya sərhəddindəki qüvvələrini artırıb.

Türk quru qoşunları eləcə də sərhəddə cəmləşdirilib.

Erdoğan nə deyib?

"Türk Silahlı Qüvvələrimiz Suriya Milli Ordusu ilə birlikdə Suriyanın şimalında PKK/YPG və Deaş terror təşkilatlarına qarşı #BarışPınarıHarekatı-nı başladıb, Erdoğan çərşənbə günü bildirib.

"Məqsədimiz cənub sərhədimizdə yaradılmağa çalışılan terror dəhlizini yox etmək və bölgəyə sülh və dinclik gətirməkdir".

Erdoğanın həmçinin bildirib ki, "Biz Suriyanın ərazi bütövlüyünü qoruyacağıq və yerli icmaları terrorçulardan azad edəcəyik".

Fotonun müəllifi AFP
Image caption Suriya sərhəddinə tərəf hərəkət edən Türkiyə hərbi karvanı

Sərhəddə nə baş verir?

İlk marşrutda Türkiyə qüvvələrinin Tal Abyad və Ras el-Ain qəsəbələri arasında olan 100-km-lik sərhəd boyu məhdud hücumu nəzərdə tutulur.

İnsanların seyrək məskunlaşdığı, əhalisinin çoxu ərəb olan ərazilərdə kürd qüvvələri ilə hansı toqquşmaların baş verəcəyi məlum deyil.

ABŞ qüvvələri indiyə kimi Suriyanın dörd sərhəd nöqtəsindən geri çəkilsə də, Şərq və Qərb məntəqələrindən geri çəkilməyib.

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Türkiyə tankları Suriya sərhəddinə göndərilir

Çərşənbə axşamı günü əsgərləri daşıyan zirehli texnika və tanklar olan maşın karvanı Türkiyə-Suriya sərhədindəki Akcakale qəsəbəsinə doğru yola düşüb. Şəxsi heyyəti aparan avtobusların görüntüləri Anadolu Agentliyi tərəfindən yayımlanıb.

Türkiyə sərhədin Suriya tərəfində 480 km uzunluğunda və 32 km enində "təhlükəsiz bölgə" yaratmağı planlaşdırır.

Türkiyə Prezidentinin sözçüsü Fahrettin Altun Türkiyə qüvvələrinin "türk vətəndaşlarına qarşı uzun müddətdir davam edən bir təhdidi zərərsizləşdirmək üçün" qısa müddət ərzində sərhəddən keçəcəyini deyib.

Fotonun müəllifi AFP
Image caption Türk qoşunları Suriya sərhəddinə yaxın Akcakale qəsəbəsində yerləşdirilib

Hansı reaksiyalar oldu?

SDQ-nin baş qərərgahı bildirib ki, "hücum minlərlə günahsız mülki vətəndaşın qanını tökəcək".

Bölgədə olan kürd idarəçiliyi "Suriyanın şimal və şərqində üç günlük ümumi səfərbərlik elan edirik" deyərək mülki vətəndaşları "vəzifələrini yerinə yetirmək üçün Türkiyə sərhəddinə üz tutmağa çağırırıq" elanını verib.

Bu arada SDQ sözçüsü Mustafa Bali "bölgə camaatının böyük vahimədə" olduğunu söyləyib.

SDQ ABŞ-dan və İŞİD əleyhinə koalisiyadan "günahsız insanlara edilən hücumları dayandırmaq" üçün ərazidə uçuş üçün qadağan olunmuş zona yaratmağı xahiş edib.

Rusiya Xarici İşlər naziri Sergey Lavrov Washington-un qarışıq siqnallar göndərdiyini və kürdlərin qarışıqlığının "bütün bölgəni alovlandıracağından" qorxduğunu deyib.

Rusiya təhlükəsizlik şurası "bütün qüvvələrin Suriyada sülh yolu ilə həllə mane ola biləcək hər hansı hərəkətdən çəkinməsinin əhəmiyyətli" olduğunu deyib.

Bu barədə daha geniş