Türkiyənin Suriyaya hərbi müdaxiləsi: qızğın döyüşlər gedir

Smoke rises from the Syrian town of Ras al-Ain, in a picture taken from the Turkish side of the border in Ceylanpinar on October 11, 2019 Fotonun müəllifi AFP
Image caption Suriyanın şimalındakı şəhərlər Türkiyənin hava hücumlarına məruz qalıb

Türkiyənin Suriyaya hərbi müdaxiləsinin davam etdiyi şənbə günü Ras əl-Ayn şəhərində kürd silahlıları ilə qızğın döyüşlərin getdiyi bildirilir.

Türkiyə şəhəri ələ keçirdiyini bildirir, lakin kürdlərin Suriya Demokratik Qüvvələri (SDQ) bunu təkzib edir.

Şənbə günü SDQ Qərb müttəfiqlərinə müraciət edərək hava məkanlarını Türkiyə hərbi təyyarələrinə bağlamağa çağırıblar.

Hərbi müdaxilə başlayandan bəri hər iki ölkənin sərhədində təxminən 50 dinc sakinin həlak olduğu bildirilir.

ABŞ Türkiyənin Suriyaya hərbi müdaxiləsini dayandırmaq üçün təzyiqini artırır.

ABŞ-ın müdafiə naziri Mark Esper müdaxilənin "ciddi nəticələr"i barədə xəbərdarlıq edib, maliyyə naziri Steven Mnuchin isə yeni sanksiyalardan danışıb.

Prezident Donald Trump-ın ABŞ qoşunlarını Suriyadan çıxarmaq qərarı Türkiyənin hərbi müdaxiləsinə yol açıb.

Trump bildirib ki, ABŞ-ın Nato müttəfiqi olan Türkiyə ilə kürdlər arasında sülh danışıqlarına vasitəçi olmasını istəyir.

Lakin Türkiyə prezidenti Recep Tayyip Erdogan bildirib ki, hərbi əməliyyatlar davam edəcək. Kürd lideri isə ABŞ-ı onları arxadan vurmaqda ittiham edib.

Bu arada, Pentagon-dan verilən məlumata görə, ABŞ-ın hələ ki, Kobane-də olan hərbi qüvvələri də cümə günü Türkiyənin artilleriyasına məruz qalıb.

BMT-nin bildirdiyinə görə, Türkiyənin Suriyaya hərbi müdaxiləsi başlayandan bəri 100 000-dən çox insan evlərini tərk etməli olub.

Fotonun müəllifi AFP
Image caption Türkiyənin müdaxiləsi davam etdikcə bir çox ailələr evlərini tərk etməli olurlar

Prezident Erdogan bildirir ki, o, Suriyanın şimalını kürd silahlılarından təmizləyərək "təhlükəsiz zona" yaratmaq və buraya suriyalı qaçqınların köçürülməsini istəyir.

Bu barədə daha geniş