Banqladeşdə tələbə qızı yandıran 16 nəfərə ölüm hökmü verildi

Nüsrət Fotonun müəllifi Nüsrətin ailəsi

Banqladeş məhkəməsi müəllimini cinsi təcavüzdə ittiham etmiş tələbə qızın yandırılmasına görə 16 nəfərə ölüm hökmü verib.

19 yaşlı Nüsrət Cahan Rəfi aprel ayında, bu hadisədən 4 gün sonra vəfat edib.

Məhkəmədə baş müəllim də daxil olmaqla, üç müəllim, qızın iki sinif yoldaşı və tələbənin intihar etməsi barədə saxta məlumat yayanların hamısı təqsirkar bilinib.

Məlumata görə, baş müəllim cinsi təcavüzdə ittiham olunandan sonra həbs edilib və o həbsdə olarkən, qızın ölüm sifarişini verib.

İstintaq Nüsrətin ölümünün onun tələbə yoldaşları və icmada tanınmış kişilər də daxil olmaqla, onu susdurmaq üçün sui-qəsd olduğunu aşkara çıxarıb.

Nüsrət baş müəllimin ona toxunması barədə polisə şikayət etdikdən 11 gün sonra məktəbin damına aparılıb.

Burka geyinmiş 4-5 nəfər ondan şikayətini geri götürməyi tələb edib. O etiraz edəndə, Nüsrət yandırılıb.

Polis deyir ki, onlar hadisəni intihara oxşatmaq istəyiblər. O isə qaça və yardım istəyə bilib.

Bədəninin 80 faizi yanmış Nüsrət ölümündən qabaq qardaşının çəkdiyi videoda deyib.

"Müəllim mənə toxunub. Son nəfəsimədək bu cinayətlə mübarizə aparacağam".

Nüsrət videoda onu yandıranların bəzilərinin adlarını da çəkib.

İttiham olunanların vəkilləri appelyasiya şikayəti verəcəklərini bildirib.

Onun ölümü ölkəni şoka salmışdı və Nüsrət üçün ədalət şüarları ilə bir çox etiraz aksiyaları keçirilmişdi.

Bu məhkəmə Banqladeşdə ən sürətli iş hesab olunur. Çünki, adətən belə işlərin araşdırılması illər çəkir.

Əlaqəli mövzular

Bu barədə daha geniş