"İslam Dövləti" Əbu İbrahim əl-Haşemini özünə yeni lider təyin edib

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
İD lideri Bağdadiyə qarşı əməliyyatın görüntüləri

Özünü İslam Dövləti (İD) adlandıran qruplaşma liderləri Əbu Bəkr əl-Bağdadinin ölümünü təsdiqləyib və onun xələfinin adını açıqlayıb.

İD Telegram sosial mesajlaşma platforması vasitəsilə Əbu İbrahim əl-Haşeminiin qruplaşmanın yeni lideri və "xəlifə" olması barədə məlumat yayıb.

ABŞ ordusu Əbu Bəkr əl-Bağdadinin öldürülməsi ilə nəticələnən basqının ilk görüntülərini yayımlayıb.

Özünü İslam Dövləti adlandıran hərbi qruplaşmanın lideri Əbu Bəkr əl-Bağdadi ötən həftinin sonu Suriyanın şimal-qərbində ABŞ ordusunun keçirdiyi əməliyyat zamanı özünü "öldürüb".

Keyfiyyəti çox da yaxşı olmayan videoda qoşunların Əbu Bəkr əl-Bağdadinin gizləndiyi yerə tərəf hərəkət etdikləri görünür.

Bağdadi tunelə girərək intihar gödəkçəsini partladaraq intihar edib. Reyddən sonra istinadgah məhv edilib.

ABŞ Mərkəzi Komandanlığının rəhbəri general Kenneth McKenzie dağıdılan binaların "böyük çuxurları olan park ərazisi" kimi göründüyünü söyləyib.

General McKenzie Bağdadi ilə birlikdə tuneldə əvvəllər bildirildiyi kimi 3 yox, 2 uşağın öldüyünü bildirib.

Fotonun müəllifi US Department of Defense

O, həmçinin prezident Donald Trump-ın Bağdadinin öldüyündə ağladığı iddiasını təsdiq edə bilməyib.

General McKenzie istinadgahda intihar gödəkçələri geyinmiş dörd qadının və bir kişinin də öldürüldüyünü deyib.

O, həmçinin ABŞ-ın helikopterlərinə atəş açdıqdan sonra naməlum döyüşçülərin də öldüyünü qeyd edib.

General onu da vurğulayıb ki, "hücum zamanı mülki insan itkisindən qaçmaq və istinadgahda olduqlarından şübhələnilən uşaqları qorumaq üçün hər cür səy göstərilib".

General McKenzie İD liderinin kimliyini DNT-si ilə təsbit edildiyini təsdiqləyib.

O, qeyd edib ki, bu nümunələr Bağdadinin 2004-cü ildə İraq həbsxanasında saxlanıldığı vaxtdan bəri mövcuddur.

General McKenzie deyib ki, Bağdadinin qalıqları şəxsiyyətini müəyyənləşdirmək üçün bazaya gətirilib və sonra "silahlı münaqişə qanunlarına görə" ölümündən 24 saat sonra dənizdə basdırılıb.

Bu barədə daha geniş