Şəkillərdə: İran-ABŞ girov böhranından 40 il keçir

Düz 40 il əvvəl, 4 noyabr 1979-cu ildə "İmam Xomeynini" dəstəkləyən minlərlə iranlı tələbə ABŞ-ın Tehrandakı səfirliyinə basqın etdi.

Fəallar 444 gün ərzində 52 nəfəri girov saxladılar. İranda İslam İnqilabına rəhbərlik edən Ayətullah Ruhullah Xomeyni, ABŞ səfirliyinin işğalını "ikinci inqilab" kimi səciyyələndirdi.

Bu hadisəyə görə Tehranla Washington arasındakı diplomatik əlaqələr kəsildi. İnqilabdan sonra qurulan İran İslam Respublikası ABŞ-ı ölkədə casusluq fəaliyyəti aparmaqda ittiham etdi.

Hazırda ABŞ-ın Tehrandakı səfirliyi binasının bir hissəsi muzeyə çevrilib.

1979-cu ilin əvvəlində İran şahı Rza Pəhləvi ölkəni "qısa bir tətil" üçün tərk etdi, lakin bu, 38 illik şah rejiminin sonuna gətirib çıxardı. Fotonun müəllifi Getty Images
Image caption 1979-cu ilin əvvəlində İran şahı Rza Pəhləvi ölkəni "qısa bir tətil" üçün tərk etdi, lakin bu, 38 illik şah rejiminin sonuna gətirib çıxardı.
4 noyabr 1979-cu ildə "İmam Xomeyni" tərəfdarları ABŞ-ın Tehrandakı səfirliyinə hücum etdilər və binada olanları girov götürdülər. Həmin günlərdə Tehranda ABŞ səfirliyi qarşısında kütləvi etirazlar keçirilirdi. Fotonun müəllifi Getty Images
Image caption 4 noyabr 1979-cu ildə "İmam Xomeyni" tərəfdarları ABŞ-ın Tehrandakı səfirliyinə hücum etdilər və binada olanları girov götürdülər. Həmin günlərdə Tehranda ABŞ səfirliyi qarşısında kütləvi etirazlar keçirilirdi.
İranlı tələbələr arasında əlləri bağlı bir amerikalı diplomat. Fotonun müəllifi Getty Images
Image caption İranlı tələbələr arasında əlləri bağlı bir amerikalı diplomat.
Tələbələr ABŞ diplomatlarının "casusluq etdiklərini" izah edən fotoları jurnalistlərə nümayiş etdirirlər. Fotonun müəllifi Getty Images
Image caption Tələbələr ABŞ diplomatlarının "casusluq etdiklərini" izah edən fotoları jurnalistlərə nümayiş etdirirlər.
ABŞ-ın Tehrandakı səfirliyinə basqından bir həftə sonra mətbuat konfransı keçirilib. Fotonun müəllifi Getty Images
Image caption ABŞ-ın Tehrandakı səfirliyinə basqından bir həftə sonra mətbuat konfransı keçirilib.
İranlı ABŞ əleydarları səfirliyin qarşısında namaz qılırlar. Fotonun müəllifi Getty Images
Image caption İranlı ABŞ əleydarları səfirliyin qarşısında namaz qılırlar
Öğrenciler ABD bayrağına sarılı halde, çöplerini taşıyorlar. Fotonun müəllifi Getty Images
Image caption Tələbələr zibil daşımaq üçün ABŞ bayrağından istifadə edirlər.
Aksiyada iştirak edən tələbələrdən biri tutduğu girovun fotosunu göstərir. Fotonun müəllifi Getty Images
Image caption Aksiyada iştirak edən tələbələrdən biri tutduğu girovun fotosunu göstərir.
Amerikalı girovlar sərbəst buraxılmazdan əvvəl ABŞ-ın Tehrandakı səfirliyində mətbuat konfransı keçirirlər. Fotonun müəllifi Getty Images
Image caption Amerikalı girovlar sərbəst buraxılmazdan əvvəl ABŞ-ın Tehrandakı səfirliyində mətbuat konfransı keçiriblər.
Ayətullah Xomeyni qadınların və qaradərili girovların sərbəst buraxılması barədə əmr verdikdən sonra tələbələr mətbuat konfransında mahnı oxuyur. Fotonun müəllifi Getty Images
Image caption Ayətullah Xomeyni qadınların və qaradərili girovların sərbəst buraxılması barədə əmr verdikdən sonra tələbələr mətbuat konfransında mahnı oxuyur.

Fotolar Getty Image agentliyinə məxsusdur.

Əlaqəli mövzular

Bu barədə daha geniş