Dünyada Milad bayramı - fotolarda

Avstraliyadan Amerikaya qədər xristian təqvimində ən müqəddəs günlərdən biri olan Milad bayramı qeyd edilir. Sizə dünyada bu bayramın qeyd edilməsindən ən maraqlı şəkilləri təqdim edirik.

Kolombo, Şri Lanka

Şəklin mənbəyi, EPA

Şri Lankada Müqəddəs Antony kilsəsində katolik uşaqlar mələk kimi geyiniblər. Pasxa bazar günündə kilsə intiharçı bombanın üç hədəfindən biri olub. Burada 54 nəfər, ölkə ərazisində isə 300-dən çox adam həlak olub.

Əbu Dabi, Birləşmiş Ərəb Əmirlikləri

Şəklin mənbəyi, EPA

İbadətçi Müqəddəs Joseph Katedralında şam yandırır. BƏƏ-də fəal katolik icması var, əhalinin 5 faizindən çoxunu filippinlilər təşkil edir.

Hanoi, Vyetnam

Şəklin mənbəyi, AFP

Bir qadın Vyetnamın paytaxtındakı 19-cu əsrə aid Müqəddəs Joseph Katedralının önündə selfi çəkir.

Paris, Fransa

Şəklin mənbəyi, EPA

Yepiskop Philippe Marsset Müqəddəs Germain l'Auxerrois kilsəsində gecə yarısında dini ayin keçirir. Aprel ayında Notre-Dame kilsəsində güclü yanğından sonra 200 ildə ilk dəfədir ki, dini ayinlər burada keçirilmir.

Nayrobi, Keniya

Şəklin mənbəyi, Reuters

Keniya paytaxtının Fort Jesus bölgəsində gecə yarısında dini ayin keçirilir.

Beytləhm, Fələstin əraziləri

Şəklin mənbəyi, EPA

Müqəddəs Kitabın İsanın anadan olduğu yer kimi göstərdiyi Qərb Sahili şəhərində dini ayin.

Vatikan şəhəri

Şəklin mənbəyi, AFP

Yeddinci Milad dini ayinində Roma Papası Francis deyib ki, Tanrı "ən pisimizi belə" sevir. Onun bu sözlərinin kilsə qalmaqalları ilə bağlı ifadə etdiyi ehtimal edilir.

Sidney, Avstraliya

Şəklin mənbəyi, EPA

Milad vaxtı Sidneydə baş nazir Scott Morrisonun Havay tətilini tənqid edən divar rəsmi peyda olub. Ölkədə həddindən artıq yanğınlar baş verdiyi üçün baz nazir qınanılıb.

Bütün şəkillərin müəllif hüquqları qorunur