Dennis qasırğası ilə bağlı Britaniyada daşqın təhlükəsi elan olunub

Uelsin Nantgarw məntəqəsində xilasedicilər bir ailəni təhlükəli ərazidən qayıqda evakuasiya edirlər Fotonun müəllifi PA Wire
Image caption Uelsin Nantgarw məntəqəsində xilasedicilər bir ailəni təhlükəli ərazidən qayıqda evakuasiya edirlər

Uelsin cənubunda güclü yağış və küləklərlə bağlı ən yüksək dərəcəli (qırmızı rəngli) xəbərdarlıq elan olunub.

Britaniya üzrə caylarda suyun səviyyəsinin qalxması ilə bağlı 300-dən çox daşqın təhlükəsi barədə xəbərdarlıqlar edilib.

Şotlandiyada iki nəfərin avtomobilləri Newcastleton məntəqəsi yaxınlığında yağış və qasırğalı külək nəticəsində yolun üzərindən yuyulub aparılıb və onların xilas edilməsi tələb olunub.

Britaniya meteoroloji xidmətinin məlumatına görə, şənbə günü küləyin gücü təxminən 146 km/saat təşkil edib, Uelsdəki Brecon Beacons Milli Parkındakı isə yağış suyunun qalınlığı 142mm səviyyəsində qeydə alınıb.

Fotonun müəllifi Getty Images
Image caption Brecon şəhərində Usk çayı daşıb, nəticədə, ətrafdakı ərazini də su örtüb

Şənbə və bazar günləri qasırğanın ən güclü təsirinə məruz qalan ərazilərdə yerli sakinlər daşqın riskiylə üzləşib.

İngiltərədə 200 daşqın təhlükəsi xəbərdarlığı, Şotlandiyada - 40 və Uelsdə 70-dən çox daşqın təhlükəsi xəbərdarlığı elan olunub.

Fotonun müəllifi AFP/Getty Images
Image caption Ouse çayında da suyun səviyyəsi kəskin qalxıb

Qasırğalı hava ilə əlaqədar Britaniyada bazar günü ümumilikdə 170-dək aviareysi təxirə salınıb.

Qasırğa Edinburgh, Glasgow, Newcastle, Southend, Stansted, Heathrow və Gatwick aeroportlarının iş ahənginə təsir göstərib.

Uels cənubunda , İngiltərə və Şotlandiyanın bəsi hissələrində dəmiryol xidməti işini müvəqqəti olaraq dayandırıb.

Fotonun müəllifi PA Wire
Image caption Uelsin Nantgarw məntəqəsində təcili tibbi yardım maşını su basmış yolda ilişib qalıb.
Fotonun müəllifi PA Wire
Image caption Mytholmroyd şəhərində daşqından müdafiə tədbirləri görülür

Bu barədə daha geniş