İtaliyada koronavirus: şəhərlərdə karantin, boş zalda moda həftəsi, karnaval təxirə salınır

Venesiya Fotonun müəllifi EPA
Image caption Venesiyada bu qadın karnaval maskası qismində tibb maskasından faydalanıb

İtaliya Avropada koronavirusun ən ciddi epidemiyası ilə əlaqədar fövqəladə tədbirlər həyata keçirib: bu ölkədə artıq 130-dan çox insan xəstələnib.

Lombardiyanın şimal bölgəsində Covid-19 koronavirusuna yoluxmuş insanların sayı 89 nəfəri keçib, vilayətin qubernatoru Attilio Fontana bazar günü bildirib.

Baş nazir Giuseppe Conte, iki İtaliya vətəndaşının bu xəstəlikdən öldüyü məlum olduqdan sonra şənbə günü yeni tədbirlər elan edib.

78 yaşlı bir kişi təsdiqini tapmiş "koronavirus" diaqnozu ilə Veneto vilayətində vəfat edib, Lombardiyada isə vəfat edən 77 yaşlı qadının koronavirusdan öldüyü cəsədi tibbi müayinə məqsədi üçün yarıldıqdan sonra aşkar olunub.

Fevralın 23-də isə xərçənq xəstəsi olan daha bir qadının koronavirusdan öldüyü təsdiqlənib.

Fotonun müəllifi EPA
Image caption Koronavirusla bağlı müayinələr aparıldığı Padua şəhəri yaxınlığında Schiavoni xəstəxanasının qarşısında keşik çəkən polis əməkdaşları

Bu iki şimal vilayətində onlarla şəhər indi karantin rejiminə keçirilib.

Təxminən, 50 min sayı olan yerli sakinlərə evlərindən bayıra çıxmamaq göstərişi yerli rəsmilər tərəfindən verilib.

Baş nazirin sözlərinə görə, xüsusi icazə olmadan bundan sonra yeni virusun qeydə alındığı zonalara daxil olmaq və ya oranı tərk etmək qadağan olunur.

Bu ərazilərdə məktəb və universitetlərdə dərslər ləğv edilib, muzeylər bağlanıb, bu bazar günü keçiriləcək İtaliya Futbol Çempionatının (A Seriyası) matçı da daxil olmaqla, bütün idman tədbirləri təxirə salınıb.

Fotonun müəllifi EPA
Image caption Milanda insanlar küçədə tibbi maskalarda görünməyə başlayıblar

Karantin tədbirlərinin yerinə yetirilməsinə nəzarət etmək polis və ehtiyac yarandığı hallarda ordu strukturlarına tapşırılıb.

Fotonun müəllifi EPA
Image caption Baş nazir Giuseppe Conte yeni virusun aşkarlandığı ərazilərdən çıxmaq qadağasını bir daha təsdiqləyib

İtaliya hökuməti virusun artıq Lombardiya və Veneto vilayətləri hüdudlarında xaricə çıxdığı ehtimalından ehtiyat edirlər, çünki bu halda virus əleyhinə mübarizənin aparılması çətinləşəcək.

"Bu virusun yoluxma gücü çox böyükdür", - Lombardiyanın səhiyyə şöbəsinin rəhbəri Culio Galler bildirib.

Virusun İtaliyaya necə gəlib çıxdığı hələlik aydın deyil.

Fotonun müəllifi Reuters
Image caption Giorgio Armaninin Milan Moda Həftəsi şousunu yalnız internet vasitəsiylə izləmək mümkündür

Milanda Moda Həftəsində koronavirus amiliKoronavirus epidemiyasının aşkar olunması Milanda moda həftəsinin keçirilmə qaydasına da öz təsirini göstərib.

Bazar günü yerli vaxtla saat 16:00-da açılışı nəzərdə tutulmuş Giorgio Armani kolleksiyasının nümayişi boş zalda keçiriləcək, çünki dəvət olunanlardan tədbirə gəlməmək xahiş olunub.

Yeni geyimləri nümayiş etdirən modellər boş zalda podiumda yeriyəcəklər və bu tədbiri onlayn rejimində internet vasitəsilə Armani brendi saytlarında, Facebook və Instagram platformalarında izləmək mümkün olacaq.

"Bu qərar qonaqların təhlükəsizliyini təmin etmək məqsədiylə verilib", - tədbirin mətbuat üçün verilən açıqlamasında bildirilir.

Bu arada, İtaliya hökumətinin bazar ertəsi və çərşənbə axşamı günlərində davam edəcəyi nəzərdə tutulan Venesiya karnavalının qrafikdən iki gün tez bağlanması, yəni karnavalın bazar ertəsi və çərşənbə axşamı günlərinə düşən hissəsinin ləğv edilməsi barədə qərar verdiyi barədə bazar günü məlum olub.

"La Scala" teatrı bağlanıb

Milanın məşhur La Scala teatrı bazar günü koronavirusun yayılmasına qarşı bir profilaktik tədbir olaraq fəaliyyətinin dayandırıldığını elan edib.

Bu barədə məlumat teatrın rəsmi Facebook səhifəsində yerləşdirilib.

Avropa Komissarı: "Vahiməyə düşmək lazım deyil"

Avropa İttifaqı rəsmiləri vahiməyə düşməməyə çağırır.

Aİ - nin iqtisadiyyat və maliyyə məsələləri üzrə komissarı Paolo Gentiloni Səudiyyə Ərəbistanında G20 qrupu ölkələrinin maliyyə nazirlərinin görüşündə jurnalistlərə bildirib: "Avropa İttifaqı İtaliya hökümətinə və onların qəbul etdikləri qərarlara tam etibar edir".

"Biz də virusun mümkün yayılmasından narahatıq, amma vahiməyə düşməyə ehtiyac yoxdur", - Reuters-in məlumatına görə, Paolo Gentiloni deyib.

Bu barədə daha geniş